Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Qərb qəflətən Əfqanıstandakı vəziyyəti anlamağa başlayıb Lavrov

15
Ötən gün Lavrov ABŞ Prezidenti Co Baydenin digər ölkələrin işlərinə qarışmağı "dayandırmaq" barədə bəyanatını müsbət qiymətləndirib.

BAKI, 2 sentyabr — Sputnik. Belə təəssürat yaranır ki, hazırda Qərbin qəflətən Əfqanıstanda vəziyyətlə bağlı "gözü açılıb", lakin ABŞ rəhbərliyinin demokratiyanın yayılması dövrünün sonu ilə bağlı verdiyi son sözlərə tam etibar etmək olmaz. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Əfqanıstanda indi baş verənlər... sanki hamı gözünü açdı", - deyə Sverdlovsk vilayətinin idman ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.

O, eyni zamanda ABŞ Prezidenti Co Baydenin Vaşinqtonun Əfqanıstandan çıxmasının demokratiyanın yayılması üzrə hərbi aksiyalar erasının başa çatması anlamına gəlməsi barədə bəyanatını da xatırladıb:

"Yəni qeyri-hərbi aksiyalar olacaq. Mən buna şübhə etmirəm... Öz dəyərlərini yeritmək təbii ki, davam edəcək".

Qeyd edək ki, ötən gün Lavrov ABŞ Prezidenti Co Baydenin digər ölkələrin işlərinə qarışmağı "dayandırmaq" barədə bəyanatı pozitiv adlandırıb.

"Həm ABŞ Prezidenti Bayden, həm də Fransa Prezidenti (Emmanuel - red.) Makronun qeyd etdiyi çox maraqlı bir məqamdır: hər ikisi, demək olar ki, bir və ya iki günlük fərqlə bəyan etdilər ki, Qərb tipli demokratiyanı tətbiq etmək üçün digər ölkələrin daxili işlərinə müdaxilə etməyi dayandırmalıyıq. Biz bu cür bəyanatları dəstəkləyirik. Qərbli həmkarlarımızı son onilliklərdə başladıqları avantüralardan dərs çıxarmağa çoxdan səsləyirdik", - deyə Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşü zamanı bildirib.

Həmçinin oxuyun:

Narkotiklər, vergilər və mübhəm sponsorlar: taliblərin milyardları haradandır

15
Teqlər:
Sergey Lavrov, qərb, Əfqanıstan
Dünya Bankının binası, arxiv şəkli

Daha Doing Business reytinqi dərc olunmayacaq

2
(Yenilənib 01:25 17.09.2021)
Bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib.

BAKI, 17 sentyabr - Sputnik. Dünya Bankı bundan belə müxtəlif ölkələrdə biznesin aparılması şərtləri barədə illik Doing Business reytinqini dərc etməyəcək. Sputnik Azərbaycan təşkilatın rəsmi saytına istinadən bildirir ki, buna səbəb 2018 və 2020-ci illər üzrə hesabatlarda aşkarlanmış səhvlərdir.

"Bu gün Dünya Bankının öz Direktorlar Şurasının adından təqdim etdiyi Doing Business barədə bütün məlumat və məruzə, o cümlədən əvvəlki icmal və auditlər öyrənildikdən sonra Dünya Bankının rəhbərliyi Doing Business hesabatının (dərcinin - red.) dayandırılması qərarını verib. Nəticədə biz işgüzar və investisiya iqliminin qiymətləndirilməsinə dair yeni yanaşma üzərində işləyəcəyik", - məlumatda deyilir.

Qeyd edək ki, bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib. Reytinqin tərtibçiləri bildirmişdilər ki, əvvəlki illərin nəticələrini gözdən keçirə bilərlər. Məsələn, Amerikanın WilmerHale hüquq firmasının məlumatına görə, maliyyə təşkilatının rəhbərliyi həmkarlarını reytinqdə Çinin mövqeyini 13 bənd qaldırmağa məcbur etmişdi.

Avqustun sonunda Dünya Bankı özünün Əfqanıstandakı layihələrini maliyyələşdirməyi dayandırıb. Təşkilatın rəhbərliyi bunu ölkədə gərgin vəziyyətlə əlaqələndirib. DB-nin əsas narahatlığına səbəb isə ölkədə qadınların durumudur.

DB-nin saytında bildirilir ki, Əfqanıstanın inkişafı və bərpası üçün 2002-ci ildən 5.3 mlrd dollar ayrılıb. 

Eləcə də oxuyun:

2
Moskvada Cümə məscidində Ramazan bayram namazının qılınması, arxiv şəkli

Moskvada məscid çatışmır

4
(Yenilənib 01:27 17.09.2021)
Müfti Nafiqulla Aşırov bildirir ki, Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir.

BAKI, 17 sentyabr - Sputnik. Müsəlmanlar Moskvada daha çox məscidin tikilməsinə səsləyiblər, çünki inanclıların sayı çox, ibadət etmək üçün məkan isə azdır, bu isə cümə və bayram günlərində paytaxtda tıxaclara səbəb olur.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya mediasına müsahibəsində Rusiyanın Asiya hissəsinin Müsəlmanlarının Dini İdarəsinin sədri Nafiqulla Aşırov deyib.

"Hər şeyi Rus Pravoslav Kilsəsinə (RPK) baxıb etmək vacib deyil, amma pandemiyadan əvvəl  də Moskvanın dörd məscidinin ətrafı insanlarla dolu idi, bu isə nəqliyyatın və piyadaların hərəkətinə mane olurdu", - Aşırov deyib.

Onun sözlərinə görə, Rusiya paytaxtında müsəlmanların sayı artıb və dörd məscid inanclıların hamısını qəbul edə bilmir.

"Onlar gah yağışın, gah qarın altında səkidə dua etməli olurlar. Məsələ bunda deyil ki, RPK-nın proqramına uyğun proqramımız olsun, söhbət küçələrdə insan sıxlığını azaltmaq məqsədilə bir, yaxud iki məscidin tikilməsindən gedir", - müfti deyib.

O qeyd edib ki, məscidləri Moskvanın mərkəzində tikmək vacib deyil, məsələn, Moskvaətrafında böyük Cümə məscid inşa etmək mümkündür. 

Əsas problem isə ondadır ki, indiyədək tikinti üçün yer ayrılmayıb və bunun səbəbi də bəlli deyil, müfti əlavə edib. Onun sözlərinə görə, digər bölgələrdə məscidlərin tikilməsi məsələsi belə problemli deyil.

"Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir, mən hesab edirəm ki, büdcənin özünün əsas məsələləri var", - Aşırov deyib.

4
Teqlər:
məscid, Moskva, çatışmazlıq