Yunan bəstəkar Mikis Teodorakis

"Sirtaki"nin müəllifi vəfat edib

18
Dünya şöhrətli Mikis Teodorakisin əsərlərini məşhur "Bitls" qrupu, Edit Piaf və digər məşhur sənətçilər ifa ediblər.

BAKI, 2 sentyabr — Sputnik. Yunan bəstəkar Mikis Teodorakis 96 yaşında vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, uzun müddət xəstə olan bəstəkarın səhhəti son vaxtlar daha da pisləşibmiş.

M.Teodorakis 1925-ci ildə Yunanıstanda anadan olub. O, bəstəkarlıqla yanaşı şair, aktivist, siyasətçi kimi də tanınıb.

Ona dünya şöhrəti gətirən musiqi isə "Yunan Zorba" filmi üçün yazdığı "Sirtaki" əsəri olub. M.Teodorakis mahnılarını "Bitls" qrupu, Edit Piaf kimi sənətçilər ifa ediblər.

Bəstəkar 1983-cü ildə "Xalqlar arasında sülhü gücləndirdiyinə görə" Beynəlxalq Lenin Mükafatı laureatına layiq görülüb.

Həmçinin oxuyun:

Mediçi ailəsinin diqqətini cəlb etmiş azərbaycanlı musiqiçilər

18
Teqlər:
bəstəkar

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

5
(Yenilənib 10:40 18.09.2021)
Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.

Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 

Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.

Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".

Eləcə də oxuyun:

5
Teqlər:
MMA, çempion, Həbib Nurməhəmmədov, azərbaycanlı, Moskva
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə

Xalq artisti: “Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı” adlandırmışam”

32
(Yenilənib 09:56 18.09.2021)
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı
Firəngiz Əlizadə: “Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır”

Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olmasının 136 ili tamam olur.

Sputnik Azərbaycan dahi bəstəkarın həyat və yaradıcılığı barədə Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə həmsöhbət olub.

Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı”, “Şərqin Günəşi adlandırmışam” -  deyə söhbətə başlayan xalq artisti dahi bəstəkarın yaradıcılığının əsrarəngizliyindən söz açıb: “Bu xüsusiyyətlər onun musiqisini ölməz edir. Nə qədər ki, azərbaycanlılar var bu musiqi qəlblərimizi fəth edəcək. Üzeyir Hacıbəyov dahi insan olub və bu hər sahədə özünü göstərib. Onun  haqqında danışarkən ən çox istifadə olunan sözlər ilk dəfə, birinci dəfədir. Onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı. Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır. Sovet İttifaqında elə bir ölkə yox idi ki, onun musiqisi orada populyar olmasın”.

Firəngiz Əlizadənin fikirlərinə ətraflı şəkildə audiofaylda qulaq asa bilərsiniz

32