Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

De Byazi Lüksemburq millisi ilə məğlubiyyətlə bitən oyunda heyət seçimini izah edib

© REUTERS / JOHANNA GERONГлавный тренер сборной Азербайджана по футболу Джанни Де Бьязи
Главный тренер сборной Азербайджана по футболу Джанни Де Бьязи - Sputnik Azərbaycan, 1920, 02.09.2021
Abunə olmaq
Azərbaycan milli futbol komandasının baş məşqçisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Lüksemburqa qarşı keçirilən oyun barədə fikirlərini bölüşüb.
BAKI, 2 sentyabr — Sputnik. Birinci hissədə Azərbaycan yığması öz imkanlarından zəif oyun göstərdilər və komandanın oyunu uğursuz oldu. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə oyun sonrası mətbuat konfransında milli yığmanın məşqçisi Canni De Byazi açıqlama verib.
Futbol üzrə Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində Lüksemburq komandasına 1:2 hesabla uduzaraq üçüncü məğlubiyyətini yaşayıb.
Oyun sonrası mətbuat konfransında milli komandanın məşqçisi De Byazi ilk hissədə komandasının uğur qazana bilməməsindən şikayətlənib.
"Birinci hissədə bizdə heçnə alınmadı, öz imkanlarından zəif oyun göstərdilər. Nəticədə iki qol buraxdıq, həmçinin kəskinlik və oynamaq istəyi ilə rəqibdən geri qaldıq. İkinci hissənin üç əvəzetməsindən sonra oyun dəyişildi və bizdə yaxşı məqamlar yarandı", - deyə De Byazi bildirib.
Eyni zamanda, italyan məşqçi məğlubiyyətə səbəbin onun Azərbaycan yığmasının start heyətinin seçimi olduğunu hesab etmir.
"Bütün işin start heyətdə olduğunu düşünmürəm. Biz oyuna cəld giriş etməliyik. Birinci hissədə müdafiədən çıxarkən böyük çətinliklər yaşadıq. Biz bu günlərdə çox çalışdıq, ancaq meydanda planlaşdırdığımızı göstərə bilmədik. Start heyətinə gəldikdə, biz avqustun 25-dən məşq edirik, ancaq digər oyunçular isə bizə ayın 28-dən qoşulublar. Başa düşürəm ki, çoxlarını bu heyət təəcübləndirib. Daha çox məşq olunanların oyuna buraxılmasına qərar verilmişdi", - De Byazi qeyd edib.
Azərbaycan yığmasının 2022-cil ilin dünya çempionatının seçmə mərhələsinin növbəti oyunu bu dəfə şənbə günü, sentyabrın 4-ü İrlandiya yığmasına qarşı keçiriləcək.
Həmçinin oxuyun:
Lüksemburq-Azərbaycan oyunundan maraqlı kadrlar
Xəbər lenti
0