Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ukraynada azərbaycanlı heykəltəraşın "Siçovul" abidəsinin açılışı olub

© Photo : AZƏRTACXarkovda azərbaycanlı heykəltəraşın “Siçovul” kompozisiyasının açılışı olub
Xarkovda azərbaycanlı heykəltəraşın “Siçovul” kompozisiyasının açılışı olub - Sputnik Azərbaycan, 1920, 02.09.2021
Abunə olmaq
Kompozisiyasının hündürlüyü 3,5 metrdir və tuncdan hazırlanıb. Seyfəddin Qurbanov Xarkovda 60 heykəl kompozisiyası və memorial lövhənin müəllifidir.
BAKI, 1 sentyabr — Sputnik. Xarkov şəhərində Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovun "Siçovul" abidəsinin açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Xarkov Əczaçılıq Universitetinin 100 illiyi münasibətilə ali təhsil ocağının ərazisində yerləşən "Siçovul" abidəsi Ukraynada ilk bu cür abidədir.
Onu da bildirək ki, Seyfəddin Qurbanovun "Siçovul" abidələri dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Rusiya və Avropanın bir sıra ölkələrində ucaldılıb. Ukraynada belə bir abidənin məhz Xarkovda ucaldılması şəhər sakinləri və turistlər üçün maraq doğuracaq. Heykəl kompozisiyasının mənası odur ki, dünya təbabəti siçovullar üzərində aparılan elmi təcrübələr sayəsində inkişaf edib. İnsanları xəstəlikdən, ölümdən qurtaran dərmanlar yaradılıb. Ona görə də haqqında danışılan kompozisiyasında siçovul, kitablar və dərman fiqurları əksini tapıb.
© Photo : AZƏRTACXarkovda azərbaycanlı heykəltəraşın “Siçovul” kompozisiyasının açılış mərasimi
Xarkovda azərbaycanlı heykəltəraşın “Siçovul” kompozisiyasının açılışı olub - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Xarkovda azərbaycanlı heykəltəraşın “Siçovul” kompozisiyasının açılış mərasimi
Onu da qeyd edək ki, tuncdan tökülmüş kompozisiyanın hündürlüyü 3,5 metrdir. Seyfəddin Qurbanov Xarkovda 60 heykəl kompozisiyası və memorial lövhənin müəllifidir.
Məlumat üçün bildirək ki, Seyfəddin Qurbanov Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Ukraynanın Xalq Rəssamı olan həmyerlimiz Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiridir. Həmyerlimiz "Zolotoy yaquar", "Evropeyskoye kaçestvo", "Vısşaya proba", "Zolotoy merkuriy", "1000-letiye" kimi dövlət və beynəlxalq mükafatların laureatıdır. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
 
Xəbər lenti
0