Azərbaycan HHQ-nin təyyarəsi, arxiv şəkli

Azərbaycan hərbi təyyarələri təlimlər üçün Türkiyəyə yola düşüb

36
(Yenilənib 18:09 01.09.2021)
Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.

BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.

Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

Qeyd edək ki, ötən gün Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib.

Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun aviabazasında xidmət edən bir hərbi qulluqçu şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən qaçırılır. Terrorçular qaçırdıqları pilotla birlikdə tərk edilmiş binada gizlənirlər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin əsir və girovların azad edilməsi üçün binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.

Həmçinin oxuyun:

* Xəzəryanı ölkələrin dənizdə birgə hərbi təlimləri keçiriləcək

“Dəniz kuboku” müsabiqəsində növbəti mərhələsi yekunlaşıb - VİDEO

* Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində təlim keçirilib

36
Ata oğulları ilə birgə, arxiv şəkli

Övladlığa verilmə bu qurumun səlahiyyətindən çıxarıldı

2
(Yenilənib 17:51 21.09.2021)
Dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər siyahısına əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbulu da daxil edilib.

BAKI, 21 sentyabr — Sputnik. Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin vəzifələri sırasından çıxarılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb. Agentlik övladlığagötürmə sahəsində vəzifələrin icrasını təmin etməyəcək.

Eyni zamanda DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər siyahısına əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbulu da daxil edilib. Eyni zamanda mediasiya xidmətlərinin təşkili də DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə olunub.

2
Qaçaqmal­çılığının qarşısı alınıb

DSX DTX Xəzər dənizində əməliyyat keçirib, saxlanılanlar var

17
Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları ("Manchester", "Magna", "Senator", "Kent", "Platinum", "King", "Want") aşkar edilib.

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfi­zəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin güclən­dirilməsi, qaçaqmalçılıq və digər qanunsuz fəaliyyətlər ilə mübarizə sahəsində tədbirlər dаvаm еtdirilməkdədir.

  • Qaçaqmal­çılığının qarşısı alınıb
    © State Border Service of Azerbaijan Republic
  • Qaçaqmal­çılığının qarşısı alınıb
    © State Border Service of Azerbaijan Republic
  • Qaçaqmal­çılığının qarşısı alınıb
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
Qaçaqmal­çılığının qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, cari ilin sentyabr ayının 21-də Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmal­çılığının qarşısı alınıb.

Salyan rayonu istiqamətindən naməlum 2 üzmə vasitəsinin rejim qayda­larını pozaraq icazəsiz olaraq gecə vaxtı dənizə çıxması barədə qabaqlayıcı məlumata əsasən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizi­nin cənub istqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi qeyd olunan əraziyə göndərilib.

Texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə üzmə vasitələrinin hərəkəti nəzarətə götürülüb, sahildən 1.6 mil məsafədə 2 nəfər heyət üzvü olan 1 ədəd bort nömrəsiz "Yamaha-8" mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərrik­siz rezin qayıq saxlanılıb.

Üzmə vasitələrinin heyəti özlərini Neftçala rayonu, Qoltuq kənd sakinləri 1978-ci il təvəllüdlü Quliyev Süleyman Qəhrəman oğlu və 1987-ci il təvəllüdlü Abuşov Sahib Qarakişi oğlu kimi təqdim ediblər.

Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları ("Manchester", "Magna", "Senator", "Kent", "Platinum", "King", "Want") aşkar edilib.

Fаkt ilə bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

17