Aeroflot aviaşirkətinə məxsus təyyarə

Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni qaydalar qüvvəyə minir

54
(Yenilənib 10:13 01.09.2021)
Testdən keçərkən sərnişin Rusiyaya uçduğunu klinikaya mütləq bildirməli və xarici pasport təqdim etməlidir.

BAKI, 1 sentyabr - Sputnik. Bu gündən, sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər.

Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir.

«Путешествую без COVID-19» tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

- iPhone üçün: https://apps.apple.com/app/id1541206996

- Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US

- Huawei smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239

Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:

- Rusiya Federasiyasının vətəndaşları üçün;

- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.

- smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.

Rusiyaya səyahət edərkən, PCR-testi yalnız əvvəlcədən razılaşdırılmış tibb müəssisələrində keçirilə bilər.

Laboratoriyaların siyahısı ilə həm mobil tətbiqdə, həm də keçid vasitəsilə aviaşirkətin rəsmi internet səhifəsində tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-russia

Testdən keçərkən sərnişin Rusiyaya uçduğunu klinikaya mütləq bildirməli və xarici pasport təqdim etməlidir. Tətbiq test əsasında hava limanında sərhəd nəzarəti məntəqəsində göstərməli olduğunuz QR-kod yaradacaqdır. Testin nəticəsi barədə məlumat mobil tətbiqdə yaşıl QR-kod şəklində saxlanılacaqdır.

Bu kodu qeydiyyat masalarında, habelə Rusiyaya gəldikdə sərhəd keçid məntəqələrində təqdim etmək lazımdır. Səyahət zamanı telefonunuzda texniki problemlər yarandığı halda, sərnişində PCR-testin kağız nüsxəsi olmalıdır. Koronavirus infeksiyasına dair testi Rusiyaya uçmazdan əvvəl 72 saat ərzində vermək lazımdır.

«Путешествую без COVID-19» tətbiqini hazırlayan mütəxəssislər bildirirlər ki, ən yaxın zamanda bu tətbiqdə sərnişinlərin peyvənd olunması barədə məlumatlar da öz əksinin tapacaq.

54
Azərbaycan HHQ-nə məxsus qırıcı, arxiv şəkli

Türkiyə Azərbaycan hərbi təyyarələri İstanbul boğazında şou göstərdi

211
Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MiQ-29” qırıcı təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri donanmasının F-16, F-4 qırıcıları ilə birlikdə İstanbul boğazı üzərində hava şouları nümayiş etdiriblər. 

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycana məxsus qırıcı təyyarələri "Türk ulduzları" ilə birlikdə İstanbul boğazı üzərində hava şouları nümayiş etdiriblər. 

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MiQ-29” qırıcı təyyarəsi uçuşları Türkiyə Hərbi Hava Qüvvələri donanmasından F-16, F-4 qırıcıları ilə birlikdə həyata keçirib.

20.09.2021 - 15:30

Türkiyə və Azərbaycan hərbi təyyarələri İstanbul səmasında salamlama uçuşu keçiriblər

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri bu gün saat 11:00-11:30 arası (Bakı vaxtı ilə 12:00-12:30 arası) İstanbul boğazı üzərində salamlama uçuşu həyata keçiriblər.

Sputnik Azərbaycan Türkiyə səfirliyinin Twitter səhifəsinə istinadla xəbər verir ki, uçuşa 15 təyyarə qatılıb.

Uçuşda Türkiyə Hərbi Hava Qüvvələri donanmasından F-16, F-4, Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MİQ-29 təyyarələri iştirak edib.

Atatürk Hava Limanından havaya qalxan təyyarələr Yenikapı-Eminönü xətti üzrə İstanbul boğazını keçib və yenidən Atatürk Hava Limanına eniş edib.

Bu salamlama uçuşu "Teknofest" texnologiya festivalı çərçivəsində baş tutub.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr "Teknofest" texnologiya festivalında iştirak etmək üçün İstanbuldadır.

211
Teledərs

Teledərslər yenidən yayımlanacaq

2
(Yenilənib 18:40 21.09.2021)
Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür!Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür!

BAKI, 21 sentyabr — Sputnik. Təhsil Nazirliyi tərəfindən “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin təkrar yayımına start verilir.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üçün çəkilmiş teledərslərin təkrar yayımına başlanılacaq.

Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi "Facebook" səhifəsi üzərindən, eləcə də Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı vasitəsilə yayımlanacaq.

Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür!

2