Sergey Lavrov, arxiv şəkli

Lavrov Ermənistanı Qarabağla bağlı imzalanan sənədə əməl etməyə çağırdı

15366
(Yenilənib 17:42 31.08.2021)
Rusiya XİN-in rəhbəri bildirib ki, söhbət prosesin yenidən başlamasından deyil, artıq imzalan sənədə əməl olunmasından gedir.

BAKI, 31 avqust — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla bu gün baş tutan görüşündə Qarabağ məsələsinə də toxunulub. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verib.

"Bizim mövqeyimizə gəlincə, liderlərimizin ötən il noyabrın 9-da və bu il yanvarın 11-də üçtərəfli formatda təsdiqlədikləri sənədə sadiqik. İndi mən bundan çıxış edərək deyirəm ki, söhbət prosesin yenidən başlamasından deyil, artıq imzalanan sənədə əməl olunmasından gedir", – deyə Rusiya XİN-in rəhbəri vurğulayıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar.

İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

15366
Tütün məmulatlarının istehsalı zavodu, arxiv şəkli

Niyə siqaret çəkənlər koronavirusa daha az yoluxur

0
Alimlər ACE-2 reseptorlarının əmələ gəlməsinə mane olan maddəni müəyyənləşdirərək ondan tütün ekstraktı yaradıblar. Onların fikrincə, bu ekstraktdan COVID-19-un müalicəsində istifadə etmək mümkündür.

 

BAKI, 21 sentyabr — Sputnik. Yaponiyanın Xirosima Universiteti və Kansay Tibb Universitetinin alimləri siqaret çəkən insanların hansı səbəbdən koronavirusa daha az yoluxduğunu araşdırıblar. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, araşdırmanın nəticəsi "Scientific Reports" jurnalında dərc olunub.

Alimlərin müşahidələri göstərir ki, siqaret çəkənlər arasında SARS-CoV-2 virusuna yoluxanların sayı bu zərərli vərdişdən uzaq olanlara nisbətən xeyli aşağıdır. Bununla belə, siqaret çəkməyin sözügedən xəstəliyin gedişatını çətinləşdirdiyi artıq öz təsdiqini tapıb. Yapon alimləri bu fenomeni araşdırmaq qərarına gəliblər.

Nəticədə aydın olub ki, tütünün tərkibindəki bəzi maddələr virusun "fəaliyyətinə" mane olur. Məsələ burasındadır ki, tütünün tərkibində zəhərli və kanserogen xarakter daşıyan politsiklik aromatik karbohidrogenlər (PAH) var və onlar SARS-CoV-2 virusu ilə insan hüceyrələri arasında bir növ "qapı" rolunu oynayır, yəni ACE-2 reseptorlarının əmələ gəlməsinə maneə törədir. Bu reseptorlar olmadan isə virus insan hüceyrələri ilə "birləşə" bilməz. Buna görə də siqaret çəkənlərin koronavirusa yoluxma ehtimalı aşağıdır.

Alimlər ACE-2 reseptorlarının əmələ gəlməsinə mane olan maddəni müəyyənləşdirərək ondan tütün ekstraktı da yaradıblar. Onların fikrincə, bu ekstraktdan COVID-19-un müalicəsində istifadə etmək mümkündür.

Həmçinin oxuyun:

COVID-19-a yoluxub sağalanlarda immunitet vaksin olunanlardan dəfələrlə güclüdür

0
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Ermənistanın məhkəməyə verilməsi hansı hüquqi nəticələr yarada bilər? Hüquqşünas şərhi

3
(Yenilənib 15:02 24.09.2021)
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib.
Əliməmməd Nuriyev: “Məhkəmədə işə ədalətli baxılacağına əminəm”

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Sputnik Azərbaycan Azərbaycan tərəfinin atdığı bu hüquqi addımın perpektivləri ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, Ermənistan “İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub: “Bundan əlavə bu ölkə beş konvensiyaya qoşulub. Hətta bu konvesiyalar məhkəmənin yurisdiksiyasına daxil olmasalar belə həmin işlərlə bağlı məsələlərə beynəlxalq Ədalət Məhkəməsində baxılmasını zəruri edir. Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib. Məhkəmədə işə ədalətli baxılacağına əminəm. İnanırıq ki, məhkəmənin qərarı Ermənistan üzərinə hüquqi öhdəlikləri qoyacaq”.

Əliməmməd Nuriyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

3