Metro

Metroya daxil olmağa çalışan koronavirus xəstələri dayandırıldı

22
(Yenilənib 17:09 31.08.2021)
İctimai nəqliyyatda kütləvi yoxlama tədbirləri davam etdirilir İctimai nəqliyyatda kütləvi yoxlama tədbirləri davam etdirilir

BAKI, 31 avqust — Sputnik. Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda kütləvi yoxlama tədbirləri davam etdirilir.

DİN-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası, eləcə də aktiv koronavirus xəstələri üzərində nəzarət daha gücləndirilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən metronun "20 Yanvar" və "Qara Qarayev" stansiyalarına daxil olmağa çalışan 2 nəfər aktiv koronavirus xəstəsi – 1979-cü il təvəllüdlü Elşən Hüseynov, 2003-cü il təvəllüdlü Nurlan Hümbətov müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdirilib.

Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdirilir.

22
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

5
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

5
Teqlər:
futbol, Türkiyə, milli
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

4
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

4