Xocavənd rayonun Tuğ kəndi

Türkiyə adamlarının Qarabağla bağlı planları açıqlandı

25
(Yenilənib 16:12 31.08.2021)
Məqsəd Azərbaycanla Türkiyə arasında olan qardaşlığın, dostluğun, eləcə də iqtisadi əməkdaşlığın inkişaf etdirilməsidir.

BAKI, 31 avqust — Sputnik. Qarabağda Azərbaycan və Türkiyə iş adamları tərəfindən yeni istehsal müəssisələri qurulacaq. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin üzvü Rafiq Qarayev verib. O bildirib ki, Azərbaycan və türk iş adamları Qarabağın dirçəldilməsi prosesində aktiv iştirak edəcəklər.

© Sputnik / Zulfiyya Guluyeva
ATIB-Azerbaycan Türkiye İş Adamları Birliyinin üzvü Rafiq Qarayev
Onun sözlərinə görə, Qarabağda yaradılacaq sənaye parkında istehsal sahələrinin və onların infrastrukturunun qurulmasında türk iş adamları da iştirak edəcəklər: "Məqsəd Azərbaycanla Türkiyə arasında olan qardaşlığın, dostluğun, eləcə də iqtisadi əməkdaşlığın inkişaf etdirilməsidir".

R.Qarayev bildirib ki, türk iş adamları Qarabağda kənd təsərrüfatı məhsullarının emal olunması, qablaşdırılması, paketlənməsi üçün infrastruktur quracaqlar:

"Bilirsiniz ki, Qarabağın torpaqları əsasən kənd təsərrüfatı təyinatlıdır. Ona görə də, türk iş adamları Qarabağda yeni bağların qurulması, istehsal olunan məhsulların konservləşdirilməsi üçün yeni müasir müəssisələrin yaradılması prosesində iştirak edəcəklər. Türk iş adamlarının Qarabağda istehsal olunan məhsulların xaricə ixracı prosesinə də töhfə verməsi nəzərdə tutulub".

R.Qarayev Qarabağda istehsal müəssisələrinin qurulması üçün türk iş adamları ilə yanaşı, Pakistan şirkətlərinin də maraqlandığını söyləyib.

Həmçinin oxuyun:

Azərbaycan-Türkiyə qarşılıqlı münasibətləri bölgənin xeyrinə olacaq - Barış Sayqın

25
Teqlər:
iş adamı, Türkiyə
Dünya Bankının binası, arxiv şəkli

Daha Doing Business reytinqi dərc olunmayacaq

2
(Yenilənib 01:25 17.09.2021)
Bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib.

BAKI, 17 sentyabr - Sputnik. Dünya Bankı bundan belə müxtəlif ölkələrdə biznesin aparılması şərtləri barədə illik Doing Business reytinqini dərc etməyəcək. Sputnik Azərbaycan təşkilatın rəsmi saytına istinadən bildirir ki, buna səbəb 2018 və 2020-ci illər üzrə hesabatlarda aşkarlanmış səhvlərdir.

"Bu gün Dünya Bankının öz Direktorlar Şurasının adından təqdim etdiyi Doing Business barədə bütün məlumat və məruzə, o cümlədən əvvəlki icmal və auditlər öyrənildikdən sonra Dünya Bankının rəhbərliyi Doing Business hesabatının (dərcinin - red.) dayandırılması qərarını verib. Nəticədə biz işgüzar və investisiya iqliminin qiymətləndirilməsinə dair yeni yanaşma üzərində işləyəcəyik", - məlumatda deyilir.

Qeyd edək ki, bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib. Reytinqin tərtibçiləri bildirmişdilər ki, əvvəlki illərin nəticələrini gözdən keçirə bilərlər. Məsələn, Amerikanın WilmerHale hüquq firmasının məlumatına görə, maliyyə təşkilatının rəhbərliyi həmkarlarını reytinqdə Çinin mövqeyini 13 bənd qaldırmağa məcbur etmişdi.

Avqustun sonunda Dünya Bankı özünün Əfqanıstandakı layihələrini maliyyələşdirməyi dayandırıb. Təşkilatın rəhbərliyi bunu ölkədə gərgin vəziyyətlə əlaqələndirib. DB-nin əsas narahatlığına səbəb isə ölkədə qadınların durumudur.

DB-nin saytında bildirilir ki, Əfqanıstanın inkişafı və bərpası üçün 2002-ci ildən 5.3 mlrd dollar ayrılıb. 

Eləcə də oxuyun:

2
Moskvada Cümə məscidində Ramazan bayram namazının qılınması, arxiv şəkli

Moskvada məscid çatışmır

5
(Yenilənib 01:27 17.09.2021)
Müfti Nafiqulla Aşırov bildirir ki, Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir.

BAKI, 17 sentyabr - Sputnik. Müsəlmanlar Moskvada daha çox məscidin tikilməsinə səsləyiblər, çünki inanclıların sayı çox, ibadət etmək üçün məkan isə azdır, bu isə cümə və bayram günlərində paytaxtda tıxaclara səbəb olur.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya mediasına müsahibəsində Rusiyanın Asiya hissəsinin Müsəlmanlarının Dini İdarəsinin sədri Nafiqulla Aşırov deyib.

"Hər şeyi Rus Pravoslav Kilsəsinə (RPK) baxıb etmək vacib deyil, amma pandemiyadan əvvəl  də Moskvanın dörd məscidinin ətrafı insanlarla dolu idi, bu isə nəqliyyatın və piyadaların hərəkətinə mane olurdu", - Aşırov deyib.

Onun sözlərinə görə, Rusiya paytaxtında müsəlmanların sayı artıb və dörd məscid inanclıların hamısını qəbul edə bilmir.

"Onlar gah yağışın, gah qarın altında səkidə dua etməli olurlar. Məsələ bunda deyil ki, RPK-nın proqramına uyğun proqramımız olsun, söhbət küçələrdə insan sıxlığını azaltmaq məqsədilə bir, yaxud iki məscidin tikilməsindən gedir", - müfti deyib.

O qeyd edib ki, məscidləri Moskvanın mərkəzində tikmək vacib deyil, məsələn, Moskvaətrafında böyük Cümə məscid inşa etmək mümkündür. 

Əsas problem isə ondadır ki, indiyədək tikinti üçün yer ayrılmayıb və bunun səbəbi də bəlli deyil, müfti əlavə edib. Onun sözlərinə görə, digər bölgələrdə məscidlərin tikilməsi məsələsi belə problemli deyil.

"Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir, mən hesab edirəm ki, büdcənin özünün əsas məsələləri var", - Aşırov deyib.

5
Teqlər:
məscid, Moskva, çatışmazlıq