Gəncədə qəribə olay: Küçədən tapıb polisə təhvil verdiyi uşağın anası ilə əlbir imiş

© AFP 2023 / DELIL SOULEIMANНоги ребенка, фото из архива
Ноги ребенка, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.08.2021
Abunə olmaq
Polis əməkdaşı dərhal körpənin qayğısına qalaraq, onu 2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər.
BAKI, 31 avqust — Sputnik. Gəncədə küçədə azyaşlını polis əməkdaşlarına təhvil verən şəxsin körpənin anası ilə əlbir olduğu məlum olub.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu yayıb. 
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub ki, körpəni polisə təhvil verən Şəmkir rayon sakini Tural Tağıyev əvvəlcədən körpənin anası, Zaqatala rayon sakini Esmira Məmmədova ilə əlbir olub. Onlar uşağı qərarlaşdırdıqları üzrə polisə veriblər.
Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində həmin şəxslər barəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, avqust ayının 30-u gecə saatlarında Tural Tağıyev adlı şəxs Gəncə şəhərində xidmət aparan Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşına yaxınlaşaraq şəhər ərazisində kimsəsiz, 5-6 aylıq qız uşağı tapdığını bildirib. Polis əməkdaşı dərhal körpənin qayğısına qalaraq, onu 2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər.
Xəbər lenti
0