Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kriminal Azərbaycan: Ağla gəlməyən cinayətlər başa gəldi

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.08.2021
Abunə olmaq
FHN əməkdaşı həbs edilib, qadını döyən şəxs saxlanılıb, "Xaşxaş-2021" əməliyyatı keçirilib, narkotiklərin satışı ilə məşğul olan şəbəkənin daha 9 üzvü saxlanılıb və s.
BAKI, 30 avqust — Sputnik. Bu gün də kriminal hadisələrlə yaddaqalan oldu. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa istinadən günün kriminal xronikasını təqdim edir:
Avqustun 28-i saat 10 radələrində 1991-ci il təvəllüdlü Elza Ağayevanın Masallı rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Ariz Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Elza Ağayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Ariz Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Göyçay sakini elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib
Avqustun 29-u saat 12 radələrində Göyçay rayonu ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla müəyyən edilib ki, rayonun Bığır kəndi ərazisində Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini Xəlil Şərifov yaşadığı evin həyətyanı sahəsini suvarmaq üçün su nasosu vasitəsilə su vurmaq istəyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.
Bakıda kafenin mühafizəçisi mübahisə etdi, ölən var
Avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Xətai Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranan mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Ölüm faktı ilə bağlı ibtidai istintaq tamamlanıb
08.03.2021-ci il tarixdə 1997-ci il təvəllüdlü Tərxan Rzayevin paytaxtın Nərimanov rayonu ərazisində xəsarət alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Cabir Sadıqovun şəxsi münasibətlər zəmnində aralarında yaranan münaqişə zamanı Tərxan Rzayevə xuliqanlıq etməklə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında Cabir Sadıqova Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Binə qəsəbəsində avtobus dayanacağında qadına hücum edən şəxs saxlanılıb
Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir qadın Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək 27 avqust 2021-ci il tarixində evdən çıxıb işə gedən zaman avtobus dayanacağında bir nəfər tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib. Qadın həmin şəxsin onun boğaz nahiyyəsindən tutub müxtəlif bədən xəsarətləri yetirərək əl çantasını almaq istədiyini bu zaman çantanın içərisində olan pul kisəsinin yerə düşməsindən istifadə edərək onu götürüb hadisə yerindən yayındığını bildirib. Qadın pul kisəsinin içində 60 manat, övladlarına aid şəxsiyyət vəsiqələrinin və əmək haqqı kartının olduğunu bildirib.
Qeyd edək ki, həmin şəxsin qadına hücum etməsi ərazidə olan müşahidə kameraları vasitə ilə də qeydə alınıb.
Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum oluna Teymur Mirzəyev saxlanılıb. O, ifadəsində etdiyi hadisəni etiraf edib.
Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Teymur Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir. Teymur Mirzəyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.
Lənkəranda yaşayış yerini tərk edən 2 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv COVID-19 virusu aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayon sakinləri İ.Həsənov və D.Ağazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdikləri müəyyən edilib və onlar izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.
Onların barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Ümumilikdə isə, avqustun 28-də və 29-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 13 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 5 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
"Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər aparılıb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Ənnağı Gülməmmədov saxlanılıb.
Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.
Narkotiklərin satışı ilə məşğul olan şəbəkənin daha 9 üzvü saxlanılıb
Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan şəbəkənin daha 9 üzvü saxlanılıb onlardan 91 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcək realizə olunması və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində silsilə əməliyyatlar davam etdirilir.
Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Yardımlı rayonu Mirimli kəndi ərazisində həyata keçirdikləri növbəti tədbir zamanı həmin kənd sakini Ağagül Qarayev narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun Mirimli kəndində yerləşən evinin həyətindəki yardımçı tikiliyə baxış zamanı 52 kiloqram 49 qram heroin, 328 qram marixuana, 2 kiloqram 585 qram psixotrop maddə metamfetamin və 300 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon həbi aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, Ağagül Qarayev xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradıb. Daha sonra o, narkotik vasitələri Yardımlı rayonunun ərazisində qəbul edib. Ağagül Qarayevin əsas məqsədi əldə etdiyi yüksək təsiredici xassəyə malik külli miqdarda narkotik vasitəni hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək olub. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edərək narkotik maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini və paylanılmasını təşkil etdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində həyata keçirilən digər əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin onlayn yolla satışını təşkil edən Mehran Musayev və tanışı Əli Mirzəyev saxlanılıb. Bu şəxslərin üzərində şəxsi axtarış aparılan zaman ümumilikdə 132 qram heroin aşkar edilib. Həmçinin Mehran Musayevin idarə etdiyi avtomobilə baxış zamanı əlavə olaraq 10 kiloqram 490 qram heroin, 3 kiloqram 360 qram marixuana, 200 qram tiryək, 1 kiloqram 440 qram psixotrop maddə olan metamfetamin və 200 ədəd metadon həbi aşkar olunub.
Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq Mehran Musayev Əli Mirzəyevlə birgə narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən dəstənin digər üzvləri Beyləqan rayonunda saxlanılıblar. Əməliyyat zamanı Rövşən Quliyev və onunla birlikdə Vüsal Əhmədov, eləcə də Böyükağa Ağayev tutulublar. Saxlanılan zaman onların üzərindən 45 qram heroin aşkar edilib. Bu şəxslər ifadələrində xaric ölkələrdən birində yaşayan narkotacirin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərdiyi külli miqdarda narkotik vasitələri satmaq məqsədi ilə Beyləqan rayonu Qaradağlı kəndi ərasində qəbul etdiklərini bildiriblər. Tədbirin davamı olaraq Rövşən Quliyevin Beyləqan rayonu ərazisində yaşayan qohumunun evində gizlətdiyi əlavə 16 kiloqram 325 qram heroin, 2 kiloqram 515 qram marixuana və 1 kiloqram 280 qram psixotrop maddə olan metamfetamin aşkar olunub.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Mehran Musayev, Əli Mirzəyev, Rövşən Quliyev, Vüsal Əhmədov və Böyükağa Ağayevdən ibarət dəstə üzvləri xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb ediliblər. Onlar onlayn yolla satdıqları narkotik maddələrdən əldə etdikləri külli miqdarda pul vəsaitlərini müxtəlif maliyyə əməliyyatlarının köməkliyi ilə həmin şəxslərin hesablarına köçürüblər.
Baş İdarənin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının paytaxtın Yasamal, Səbail və Biləsuvar rayonları ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Cəlilabad sakini Şamil Nuriyeva Yasamal, Məhərrəm Fariqov Səbail, Seyran Musayev isə Biləsuvar rayonu ərazisində tutulub. Onlardan ümumilikdə 1 kiloqram artıq heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 91 kiloqramdan artıq "kola" və "kakos" adlanan narkotik vasitə heroin və "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin, eləcə də 500 ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, sosial şəbəkələrdə xarici ölkələrdəki narkotacirlər tərəfindən idarə olunan səhifələrdən onlara asan yolla varlanmaq üçün narkotik vasitələrin satışını təklif edən şəxslərin yalan vədlərinə inanmasınlar. Həmin şəxslərin narkokuryerlik təklifinə indiyə qədər müsbət cavan verən şəxslərdən isə könüllü olaraq bu yoldan imtina etməyi tövsiyə edirik. Əks halda, narkoruryerliklə məşğul olan, narkotik vasitələrin onlayn satışını həyata keçirən, bu maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən şəxslərin anket məlumatları Daxili İşlər Nazirliyinin istifadəsində olan ən son texnologiyalar vasitəsi ilə həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən ediləcək və onlar qısa zamanda saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediləcəklər.
FHN əməkdaşı həbs edilib
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşının dələduzluq etməsi ilə bağlı rayon prokurorluğuna daxil olan vətəndaş müraciəti əsasında aparılan araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Quliyev Elvin Afiq oğlu FHN-nin Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə dəstəsinin inspektoru vəzifəsində işləyərkən tanışı Fikrət Hüseynovun övladı Rüfət Hüseynovu həmin Xidmətdə yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyini yalandan vəd verib 2021-ci ilin fevralın 15-də Fikrət Hüseynovdan 10 min manat məbləğində pulu alaraq öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi müəyyən olunub. O, bu əməli ilə də sonuncunu rüşvət verməyə təhrik edib.
Elvin Quliyev Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Xəbər lenti
0