Erməni terrorçulardan təmizlənən ərazilər və aşkarlanan minaların statistikası açıqlandı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər  - Sputnik Azərbaycan, 1920, 30.08.2021
Abunə olmaq
ANAMA-dan bildirilir ki, iyulun 23-dən 28-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 77 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 107 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
BAKI, 30 avqust — Sputnik. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, iyulun 23-dən 28-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 77 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 107 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Məlumata görə, 179 hektar ərazi mina və PHS-dən təmizlənib.
Xatırladaq ki, daha öncəki həftədə 16-23 avqust tarixlərində 110 piyada əleyhinə mina, tank əleyhinə mina, 64 partlamamış hərbi sursat aşkarlanıb.
Eləcə də oxuyun:
Minaya düşərək həlak olanların sayı açıqlandı
Minaya düşən ANAMA əməkdaşının son durumu açıqlandı
Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanılıblar
Azad olunan ərazilərdə məzar yerləri aşkarlayanların nəzərinə
Xəbər lenti
0