Рынок автомобилей в Баку

Payızdan Azərbaycanda yeni avtomobillər bahalaşacaq

1137
(Yenilənib 18:07 30.08.2021)
Ekspertin sözlərinə görə, payızdan etibarən biz dünya bazarında avtomobil qiymətlərinin daha 5 % yüksəlməsinin şahidi olacağıq.

BAKI, 30 avqust — Sputnik. Ötən ilin sonlarından başlayaraq dünya bazarında avtomobillərin qiymətində müəyyən artım müşahidə edilməyə başlayıb. Bu ilin əvvəlində isə ekspertlər açıqlamışdı ki, 2021-ci ilin sonuna qədər avtonəqliyyat vasitələrinin qiyməti modelindən asılı olaraq 5-10 % civarında artacaq. Bahalaşmaya səbəb kimi isə yük konteynerlərinə olan tələbatın artması, pandemiya ilə əlaqədar tətbiq edilən sosial məsafə tədbirləri nəticəsində müəyyən avadanlıqların istehsalının azalması və başqa səbəblər göstərilirdi.

Məsələ ilə bağlı Report-a açıqlama verən ekspert Eldəniz Cəfərov bildirir ki, tələbin artması bazarda bahalaşmanı yaradan əsas səbəblərdəndir.

E.Cəfərovun sözlərinə görə, ölkələr daha çox xammal ixracatçısı deyil, istehsalçı olmağı məqsəd kimi qarşıya qoyub:

Bu gün ABŞ, Çin, Yaponiya, Almaniya, Koreya və başqa bu kimi ölkələr arasındakı iqtisadi rəqabət güclənib. Bir faktı da qeyd etmək lazımdır ki, pandemiya olmasına baxmayaraq Çin bu il rekord həddə neft alıb. Hətta onlar İranla da yeni müqavilə imzalayıblar. Onlar İrandan da milyardlarla dollar dəyərində neft almağı planlaşdırırlar. Bu bir daha əmtəə və istehlakçı uğrunda da ciddi mübarizənin getdiyini göstərir.

Bu gün “gadget”lərə (xırda avadanlıqlar) maraq o qədər artıb ki, bütün ölkələr onu özü istehsal etmək istəyir. Xüsusən də bu mobil telefon və avtomobil sektorunda müşahidə edilir. Əgər ötən illərin statistikasına fikir versək görərik ki, Çin Avropa ölkələrində daha çox elektromobil istehsal edib satıb. Hazırda bu sahədə əsas rəqabət ABŞ, Çin və Avropa İttifaqı ölkələri arasında gedir.

Bütün bu sadaladıqlarımın nəticəsidir ki, Çin, ABŞ kimi böyük dövlətlərin mal daşımalarına nəqliyyat vasitələri çatışmır. Hətta böyük holdinqlər belə loqistika və daşımaçılıqda çətinliklərlə üzləşirlər. Burada dövlətlərin maraqları toqquşduğu üçün bir sıra şirkətlər yükdaşıma gəmi-bərələri, konteynerlər tapa bilmirlər. Bu səbəbdən də daşımaçılığın qiyməti yüksəlir. Rəqabətin artması səbəbindən öhdəsində 100 və daha çox gəmi-bərə olan şirkətlər bir neçə illik icarəyə götürülür.

Yük dövriyyəsi artsa da bərələrin hərəkət etdiyi yollar məhduddur. Eyni yoldan daha çox yük gəmisi buraxmaq mümkün deyil. Çünki onlar müxtəlif kanallardan keçir. Bu yaxınlarda Suveyş kanalında gəminin ilişib qalması və bu kimi oxşar hadisələr də yükdaşımaların sürətinə təsir edib. Loqistika və daşımaçılığın qiyməti yüksəldiyindən əmtəələrin də qiyməti artır.

Azərbaycan da dünya iqtisadiyyatının bir qoludur və bu səbəbdən də qiymət artımı ölkəmizə də təsirsiz ötüşmür. Yaxşı haldır ki, ölkəmizdə demoqrafik problem yoxdur. Əhalinin sayı normal templə artır, bu isə avtonəqliyyat vasitələrinə olan ehtiyacı da artırır.

Ekspert son illər Azərbaycanın bölgələrində avtomobil alqı-satqısının artdığını qeyd edib:

“Əgər əvvəllər dillerlər yalnız mərkəzdə avtosalon açmağa üstünlük verirdilərsə, son zamanlar bölgələrdə baş verən hərəkətlilik onlara regionlarda da yeni avtomobil satış mərkəzinin açmalarına imkan yaradır. Tələbatın artması müsbət haldır, amma biz çalışmalıyıq ki, ölkəmizə daha müasir və ekoloji cəhətdən təmiz avtomobillər idxal olunsun.

Bildiyiniz kimi bu ildən avtomobillərin beyni deyilən “çip”lərin istehsalı ilə məşğul olan şirkətlər elan elədilər ki, həmin avadanlıqların istehsalında problem yaranıb, defisit mövcuddur. Təbii ki, bu da avtomobillərin bazar dəyərinə təsir etdi və yüksəlmə baş verdi. Payızdan etibarən biz dünya bazarında avtomobil qiymətlərinin daha 5 % yüksəlməsinin şahidi olacağıq. Qiymət artımı əsasən idxalçı ölkələrdə hiss olunacaq. ABŞ, Çin kimi iri istehsalçılar bu yüksəlməni hiss etmir. Ölkəmiz də avtomobil idxalçısı olduğu üçün bu Azərbaycana da təsir edəcək. Payız-qış mövsümündə biz yeni avtomobillərin qiymətində 5 %-lik artıma şahid ola bilərik. Bir daha qeyd edim ki, bu dünyada gedən proseslərlə bağlıdır. Dünyada bahalaşma olacaqsa, Azərbaycana da təsirsiz ötüşməyəcək.

İkinci əl avtomobil bazarında isə qiymətlər hələ də sabitdir. Lakin payızda bizi hansı sürprizlər gözləyəcək onu demək çətindir”.

1137

Böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir - Sergey Lavrov

86
Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi.

BAKI, 25 sentyabr - Sputnik. Nüvə dövlətləri arasında istənilən müharibə, hətta nüvə müharibəsi olmasa belə, qəbuledilməzdir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz böyük dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasına tərəfdarıq. İstərdik ki, bu münasibətlər heç vaxt müharibəyə gətirib çıxarmasın. Ən azı, nüvə müharibəsininin olmasını dəqiq istəmirik. Yaxşı ki, prezidentlər Putin və Bayden nüvə müharibəsinin prinsipcə məqbul olmadığını bildiriblər. Mən isə düşünürəm ki, böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir. Çünki onun hər zaman nüvə münaqişəsinə gətirib çıxarması riski böyükdür", - deyə Lavrov mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi - prezdentlər nüvə müharibəsinin məqbul olmadığı mövqeyini təsdiq edib, habelə silahlara nəzarətə dair danışıqlar barədə razılığa gəliblər.

86
Teqlər:
Sergey Lavrov, nüvə müharibəsi
Neft buruğu, arxiv şəkli

İraqın neft naziri: Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıyıq

70
(Yenilənib 21:36 25.09.2021)
Azərbaycan və İraqın energetika nazirləri görüşüb. İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

BAKI, 25 sentyabr — Sputnik. Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə əsasən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz sektorunda nailiyyətləri, şaxələndirilmiş infrastruktur sisteminin yaradılması ilə ölkəmizin regional və beynəlxalq enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr, həmçinin qaz hasilatı və ixracının artımında "Cənub Qaz Dəhlizi"nin rolu barədə ətraflı məlumat verib. Eyni zamanda, müasir trendlərə uyğun olaraq bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" məkanlarına çevrilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi milli prioritetinin növbəti onillikdə reallaşdırılmasını, işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılmasını təşviq edən strateji qərarları enerji əməkdaşlığı üçün yeni imkanlar açır.

Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpa olunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib:

"Hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və qlobal neft bazarının tənzimlənməsi prosesində birgə iştirak gələcək əməkdaşlığımız üçün təməldir. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatı və OPEC+ formatı çərçivəsində mövcud olan enerji əməkdaşlığını genişləndirmək üçün perspektivləri dəyərləndirə bilərik".

İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid isə ölkəsinin neft-qaz sahəsində mövcud təcrübəsini bölüşüb, Azərbaycanın neft bazarının balanslaşdırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır.

Görüşdə, həmçinin İraqın bərpa olunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

İraq SOCAR-la əməkdaşlıq etmək niyyətini açıqladı

70
Teqlər:
İraq