Bakıda avtomobil satışı mərkəzi, arxiv şəkli

Avtomobil bazarında bahalaşma - SƏBƏBLƏR

94
Minik avtomobili üçün ehtiyat hissələri və avadanlıqların orta qiyməti ötən ilin iyulunda 321 manat olduğu halda, bu ilin iyulunda 363 manata yüksəlib.

BAKI, 27 avqust — Sputnik. Cari ilin iyul ayında Azərbaycanda minik avtomobilləri illik müqayisədə 2,4 faiz bahalaşıb. Keçən ilin iyulunda minik avtomobillərinin qiyməti 0,6 faiz azalmışdı. Sputnik Azərbaycan sfera.az saytına istinadla xəbər verir ki, 2021-ci ilin iyulunda satışa çıxarılan avtomobillərin orta qiyməti 35 681 manat olub. Ötən ilin iyulunda orta qiymət 34 861 manat idi. Beləliklə, bir il ərzində minik avtomobilləri 820 manat bahalaşıb.

Bazar oyunçularının sayının azalması qiymətlərin artmasına gətirib çıxaran amildir

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a bildirib ki, pandemiya qiymət artımlarını şərtləndirir. Çünki faktiki olaraq avtomobil idxalının əhəmiyyətli hissəsini fiziki şəxslər həyata keçirirdilər. Əvvəlki dövrlərdə fərdlər səyahətə çıxır, xüsusilə də Gürcüstandan Azərbaycana avtomobil gətirirdilər. Pandemiya fiziki şəxslərin hərəkətlərini məhdudlaşdırdı. Nəticədə avtomobillərin idxalı daha çox iri şirkətlər tərəfindən həyata keçirilir. Bazar oyunçularının sayının azalması bazarda təklifin konsentrasiyasına və qiymətlərin artmasına gətirib çıxaran amildir.

Digər amil logistika ilə bağlıdır

"İkinci faktor logistika ilə bağlıdır. Çünki pandemiya eyni zamanda logistika xərclərinin, daşınma xərclərinin artımına gətirib çıxardıb. Bu, Azərbaycanda daha qabarıq şəkildə özünü göstərir. Son nəticədə bu xərclər maya dəyərinin üzərinə əlavə olunmaqla qiymətlərə təsir edir. Dolayısı ilə bu faktorlar bu gün avtomobil bazarında qiymətlərin bahalaşmasına öz təsirini göstərib", - deyə o qeyd edib.

Yayda məhsul yığımından sonra nəqliyyat vasitəsinə tələb artır

Onun fikrincə, burada mövsüm ilə də bağlı məsələ var. Adətən yay aylarında regionlarda məhsul yığımından sonra müxtəlif istiqamətlərdə xərcləmə imkanları, o cümlədən nəqliyyat vasitəsinə tələb artır. Çünki onların gəlirləri əsasən yay mövsümü dövrünə düşür. Bu da tələbə təsir etməklə bazarda müvəqqəti qiymət artımlarını şərtləndirir.

Rusiyada istehsal edilən avtomobillər xüsusilə də texniki təminat baxımından Azərbaycan bazarında üstünlüyə malikdir

Azərbaycanın Rusiyadan avtomobil idxalını artırmasına da münasibət bildirən ekspert deyib ki, artım ilə bağlı ilk fakor Rusiya ilə ənənəvi əlaqələrimizin olmasıdır. İkinci faktor alıcılıq gücü ilə bağlıdır, yəni pandemiya dövründə əlçatan avtomobillərə meyillilik daha da artıb. Rusiyada istehsal edilən avtomobillər xüsusilə də texniki təminat baxımından Azərbaycan bazarında müəyyən qədər üstünlüyə malikdir. Üçüncü faktor isə son illər Rusiyada avtomobil istehsalının təkmilləşdirilməsi ilə bağlıdır. Bu da Azərbaycan bazarında cəlbediciliyi artırır və Rusiyadan ölkəmizə avtmobil gətirilməsinə müsbət təsir göstərir.

Payızda avtomobil bazarında durğunluq müşahidə ediləcək

Növbəti aylarda bazarda vəziyyət necə olacaq sualına iqtisadçı belə cavab verib:

"Payız aylarında Azərbaycanda avtomobil bazarında durğunluq müşahidə ediləcək. Bu durğunluq fonunda xüsusilə ikinci əl avtomobil bazarında qiymətlərin aşağı meyilliliyi müşahidə olunacaq. Bu tendensiyanı mart ayınadək müşahidə edə bilərik".

Azərbaycan Rusiyadan avtomobil idxalını 123% artırıb

Qeyd edək ki, bu ilin 6 ayında Azərbaycan Rusiyadan avtomobil idxalını 123% artırıb. Ötən il Rusiyada yığılmış 1332 avtomobil alınmışdısa, 2021-ci ilin ilk 6 ayı ərzində bu göstərici 3090-a çatıb. Ekspertlərin proqnozlarına görə, əgər idxal tempi bu şəkildə saxlanılarsa, Azərbaycan Rusiyadan avto-texnika alan ölkələrin siyahısında ilk üçlüyə daxil olacaq. Mütəxəssislər belə hesab edirlər ki, Azərbaycanda Rusiyadan avtomobil idxalının artmasının əsas səbəbi 2020-ci ildə tətbiq olunan məhdudiyyətlərdən sonra tələbin və işgüzar fəallığın yüksəlməsidir.

Avtomobillərlə bərabər ehtiyat hissələrinin də qiyməti artıb

Onu da bildirək ki, avtomobillərlə bərabər ehtiyat hissələrinin də qiyməti artıb. Bu ilin iyulunda ehtiyat hissələrinin orta qiyməti 2,9 faiz yüksəlib. Minik avtomobili üçün ehtiyat hissələri və avadanlıqların orta qiyməti ötən ilin iyulunda 321 manat olduğu halda, bu ilin iyulunda 363 manata yüksəlib.

Azərbaycan avtomobil idxalını 70% artırıb

Xatırladaq ki, yanvar-iyul aylarında Azərbaycana 474 milyon 615 min ABŞ dolları dəyərində 47 min 374 avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 39,2% və 70,5% çoxdur.

Cari ilin iyulunda Azərbaycana idxal olunan avtomobillərin sayı 7731 ədəd, dəyəri isə 77 milyon 28 min ABŞ dolları olub.

Yanvar-iyul aylarında ölkədə 940 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 134 ədəd az minik avtomobili istehsal olunub.

94
Teqlər:
avtomobil, bazar, bahalıq

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb

2
(Yenilənib 22:27 25.09.2021)
BQXK-nin prezidenti humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı və tərəflər arasındakı uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib. 

Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir münaqişə kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Öz növbəsində BQXK-nin prezidenti Piter Maurer verilmiş məlumatlara görə təşəkkürünü bildirərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib. O, humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin ümumi humanitar məqsədli fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

2
Teqlər:
Ceyhun Bayramov, BQXK
Sergey Lavrov

Böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir - Sergey Lavrov

114
(Yenilənib 22:53 25.09.2021)
Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi.

BAKI, 25 sentyabr - Sputnik. Nüvə dövlətləri arasında istənilən müharibə, hətta nüvə müharibəsi olmasa belə, qəbuledilməzdir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz böyük dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasına tərəfdarıq. İstərdik ki, bu münasibətlər heç vaxt müharibəyə gətirib çıxarmasın. Ən azı, nüvə müharibəsininin olmasını dəqiq istəmirik. Yaxşı ki, prezidentlər Putin və Bayden nüvə müharibəsinin prinsipcə məqbul olmadığını bildiriblər. Mən isə düşünürəm ki, böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir. Çünki onun hər zaman nüvə münaqişəsinə gətirib çıxarması riski böyükdür", - deyə Lavrov mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi - prezdentlər nüvə müharibəsinin məqbul olmadığı mövqeyini təsdiq edib, habelə silahlara nəzarətə dair danışıqlar barədə razılığa gəliblər.

114
Teqlər:
Sergey Lavrov, nüvə müharibəsi