Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsində gecə atışları icra edib

© AFP 2023 / KCNA via KNS Стрельба артиллерии, фото из архива
Стрельба артиллерии, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.08.2021
Abunə olmaq
Hərbçilərimiz bu mərhələdə də bütün hədəfləri sərrast atəşlə məhv edib. İkinci mərhələnin nəticələrinə görə Qazaxıstan birinci, Rusiya ikinci, Azərbaycan artilleriyaçıları isə üçüncü yerdə qərarlaşıb.
BAKI, 27 avqust — Sputnik. “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir. Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, doqquz ölkənin iştirak etdiyi müsabiqənin növbəti mərhələsində tapşırıqlar gecə vaxtı icra edilib.
Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib, həmçinin işıqlandırılan hədəflərə minaatanlar, qumbaraatanlar və avtomatlardan atəş açıblar.
Hərbçilərimiz bu mərhələdə də bütün hədəfləri sərrast atəşlə məhv edib.
İkinci mərhələnin nəticələrinə görə Qazaxıstan birinci, Rusiya ikinci, Azərbaycan artilleriyaçıları isə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, “Artilleriya atəşinin ustaları” müsabiqəsi üç mərhələdən ibarətdir.
Həmçinin oxuyun:
"Dəniz kuboku" yarışlarında komandamız üçüncüdür
Xəbər lenti
0