Azərbaycanlı sülhməramlılar Əfqanıstandan qayıdıblar

Əfqanıstanda xidmət aparmış sülhməramlılarımız Vətənə dönüblər

20
(Yenilənib 21:22 27.08.2021)
Missiyanın müvafiq komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını da uğurla icra edib.

BAKI, 27 avqust — Sputnik. Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlıları tam heyətdə Kabil-Ankara-Bakı marşrutu ilə vətənə qayıdıblar. Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin edərək xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edib.

Qeyd edək ki, 20 noyabr 2002-ci il tarixindən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb.

15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb.

2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib. Həmin ilin fevral ayında Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin  taboru tərkibində fəaliyyət göstərməyə başlayıb. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin etmiş və patrul xidmətini həyata keçirib.

5 oktyabr 2010-cu il tarixindən etibarən Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərmiş və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.

2015-ci ilin yanvar ayının 1-dən etibarən, Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıb. İlkin mərhələdə 94 nəfərlik kontingent ilə xidmətə başlayan Azərbaycan Ordusu 9 yanvar 2018-ci il tarixdən missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb. Missiyanın müvafiq komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını da uğurla icra edib.

Həmçinin oxuyun:

Ərdoğan: Taliblər Ankaraya Kabil aeroportunu idarə etməyi təklif edib

20
Teqlər:
sülhməramlı, sülhməramlılar, Əfqanıstan
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri

11
(Yenilənib 00:13 20.09.2021)
Sorğunun nəticələrinə görə, 5%-lik həddi dörd siyasi təşkilat keçə bilib, onların arasında “Yedinaya Rossiya” liderdir.

BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Yedinaya Rossiya” partiyası hamıdan çox səs toplayıb (45,2%). Belə bir nəticə Sosial marketinq institutunun (İNSOMAR) keçirdiyi exit-poll-dan sonra hasil olub.

Kommunist partiyası səslrin 21%-ni, RLDP - 8,7%-ni, “eserlər” isə - 7,9%-ni toplayıblar.

Sorğunun nəticələrinə görə, seçkilərə qatılmış digər siyasi təşkilatlar 5%-lik səs həddini keçə bilməyiblər.

Respondentlərə belə bir sualla müraciət olunub: “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”.

Sorğu planşetlər vasitəsilə, elektron anketlərin köməyi ilə keçirilib. Məlumatlar real vaxt rejimində işlənib. Ümumilikdə sentyabrın 17-dən 19-a qədər sorğuda 438218 seçici iştirak edib.

Exit-poll üçün 825 yaşayış mntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Qeyd edək ki, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb. Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

11
Teqlər:
'exit-poll', Rusiya
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

7
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

7
Teqlər:
Belarus, ixrac, idxal