Tofiq Tağızadə, arxiv şəkli

Geyimi meksikalı, ruhu milli olan rejissorumuzun anım günüdür

19
(Yenilənib 21:13 27.08.2021)
Tofiq Tağızadə "Görüş", "Uzaq sahillərdə", "Arşın mal alan", "Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm", "Qızıl qaz", "Dədə Qorqud", "Babamın babasının babası", "Bağ mövsümü", "Evin kişisi", "O dünyadan salam" və başqa filmlərə quruluş verib.

BAKI, 27 avqust — Sputnik. Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik böyük rejissor idi. O, ötən sərin 50-ci illərindən başlayaq çəkdiyi filmlərlə milli kinomuza yeni üslub gətirib və mədəniyyət tariximizdə dərin iz qoyub. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Tofiq Tağızadənin anım günüdür.

Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-cu ildə Bakı şəhərində ziyalı ailədə dünyaya gəlib. O, 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə qəbul olub. Amma bu institutda təhsilini bitirə bilməyib. Müharibə Tofiq Tağızadənin də həyatını məcrasından çıxarıb. Belə ki, o üçüncü kursda təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanıb. 1941-ci ildə Rostov yaxınlığında gedən döyüşlərdən birində ağır yaralanıb. Döyüş yolu bununla bitsə də, o dəhşətli günlərin xatirələri yaddaşından heç zaman silinmədi.

Geri döndükdən sonra Sənaye İnstitutunda təhsilini davam etdirmədi və 1946-cı ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə daxil oldu. Arzusunda olduğu bir aləmə düşdü. Bu ali təhsil ocağında məşhur kino xadimlərindən və pedaqoqlardan dərs aldı.

Bir müddət Moskvada çalışdı. Tofiq Tağızadə rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tağızadə onlara milli ovqat qoşub və ona görə də hər bir əsərində Azərbaycan ruhu duyulur. Görkəmli kinorejissorumuz Tofiq Tağızadəni həmişə başındakı "Meksika panaması"ndan tanımaq olurdu.

Moskvada çalışsa da Tofiq Tağızadə vətəninə xidmət etmək arzusundaydı. Bu istək onu 1954-cü ildə Bakıya gətirdi. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında fəaliyyətə başladı. Tofiq Tağızadə "Görüş" filmi ilə sənətə gəldi. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən bu film rejissora uğurlu bir yolun qapısını açdı.

Tofiq Tağızadə müharibənin odundan, alovundan keçmiş, ağrı-acılarını çəkmişdi. Milyonlarla insanın həyatına son qoyan, şəhərləri, kəndləri xarabalığa çevirən bu dəhşətli bəlanı təsvir edən film çəkmək fikri onu rahat buraxmırdı. Çox gözləməli olmadı. Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmiş "Uzaq sahillərdə" həm rejissora, həm ssenari müəlliflərinə, həm də aktyorlara böyük şöhrət gətirdi.

Bundan sonra Tofiq Tağızadə "Əsl dost", "Mateo Falkone", "Mən rəqs edəcəyəm", "Arşın mal alan", "Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm", "Qızıl qaz", "Dədə Qorqud", "Babamın babasının babası", "Bağ mövsümü", "Evin kişisi", "O dünyadan salam" və başqa filmlərə quruluş verdi.

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoydu. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişdi.

Həmçinin oxuyun:

Kinomuzun "Dədə Qorqud"unun anım günüdür

19
Teqlər:
Rejissor, kino
Koronavirus testi, arxiv şəkli

Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir

5
Tədqiqat nəticələrinə görə, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

BAKI, 18 sentyabr - Sputnik. Merilend Universitetinin İctimai Səhiyyə məktəbinin alimləri belə nəticəyə gəliblər ki, koronavirus ona görə mutasiyaya uğrayır ki, hava ilə daha aktiv yayıla bilsin.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Britaniyanın Daily Mail nəşri yazır.

Ekspertlərin məlumatına görə, "alfa" ştammının hissəcikləri hava-damcı yolu ilə COVID-19-un Uhan ştammına nisbətdə 1000 dəfə sürətli yayılır. "Alfa" ştammı Böyük Britaniyada 2021-ci ilin yanvarında dominant olduğu üçün alimlər diqqətlərini onun tədqiqatına yönəldiblər. 

2020-ci ilin mayından 2021-ci ilin aprelinədək aparılan tədqiqatda "alfa" ştammına yoluxmuş 49 nəfər iştirak edib. Könüllülər xüsusi aparat vasitəsilə 30 dəqiqə maskasız, 30 dəqiqə isə maska ilə nəfəs alırdılar.

Nəticədə müəyyən edildi ki, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

Ötürülən hissəciklərin çoxalması hələ "delta" ştammından əvvəl qeydə alınıb. Araşdırmaçılar əmindirlər ki, COVID-19 mutasiyaya uğramasının sayəsində hava ilə daha tez və effektiv yayılmağa başlayıb. Bundan başqa, o da bəlli olub ki, adi tibbi maska virus hissəciklərinin 48%-ni tutub saxlamağa qadirdir.

Eləcə də oxuyun:

5
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, ştamm, mutasiya, hava
Spirtli içki

Alkoqollu içkilərə xərclədiyimiz pullar artıb - 51 milyon dollar

4
(Yenilənib 19:54 18.09.2021)
Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

BAKI, 18 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,779 milyon ABŞ dolları (17,8 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,902 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,531 milyon ABŞ dolları (6,3 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

Eləcə də oxuyun:

4
Teqlər:
alkoqol, alkoqollu içki, qiymət, idxal, bahalaşma