Şervin Nəcəfpur, arxiv şəkli

Türkiyədə Azərbaycanın tarixi qələbəsinə həsr olunmuş kolleksiyanın təqdimatı olub

108
(Yenilənib 15:07 27.08.2021)
Kolleksiyanın nümayişi Döşəməaltı Bələdiyyəsinin dəstəyi ilə 13-cü yüzilliyə aid olan Evdir Xanda, Xalı Tarlası adlanan məkanda aparılıb. Bu məkanın seçilməsi Şirvanşahlar sarayı ilə əlaqəli olan tarixi bağlara dayanır.

BAKI, 27 avqust — Sputnik. Norveçdə doğulan həmvətənimiz Şervin Nəcəfpurun Türkiyənin turizm paytaxtı sayılan Antalya şəhərində rəqəmsal moda nümayişi həyata keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Antalya Fashion Week Digital 2021"-də Azərbaycanın şərəfli tarixi qələbəsinə və Qarabağın azad edilməsinə həsr olunmuş "Böyük Qayıdış" (The Great Return) adlı kolleksiya təqdim edilib.

Kolleksiya özündə bir sıra anlamlı mesajlar daşıyır. Ümumilikdə tarixi zəfərimiz noyabr ayında qazanıldığı üçün yeni kolleksiya ancaq 11 geyimdən ibarət olub. Kolleksiyanın təqdimatı isə 8 rəqəminin istifadəsi ilə Şuşanın azad edildiyi günü, əbədilik və zəfər bayramımızı özündə əks etdirir.

Yeni kolleksiyanın digər özəlliyi isə seçilən rənglərin "Xaribülbül" rəsmlərinin və aksesuarlarının da yer aldığı libaslardan ibarət olmasıdır. Əl ilə işlənmiş aksesuarlar isə azərbaycanlı usta Nigar Nəsibli tərəfindən xüsusi olaraq bu kolleksiya üçün hazırlanıb.

Kolleksiyanın nümayişi Döşəməaltı Bələdiyyəsinin dəstəyi ilə 13-cü yüzilliyə aid olan Evdir Xanda, Xalı Tarlası adlanan məkanda aparılıb. Bu məkanın seçilməsi Şirvanşahlar sarayı ilə əlaqəli olan tarixi bağlara dayanır. Videoçarxda nümayiş olunan pankartlarda "Azərbaycan, Türkiyə - İki dövlət, tək millət", "Mən Qarabağ ulduzuyam", "Böyük Qayıdış̧", "Sevgilim, səni Cıdır düzündə, Şuşada gözləyirəm", "Sevginin gücü̈ bizi Xudafərin körpüsündə birləşdirəcək" kimi mesajlar verilib.

Kolleksiya Azərbaycan Diasporuna Dəstək Fondu və Türkiyənin Döşəməaltı Bələdiyyəsinin maliyyə dəstəyi ilə Antalya Rəqəmsal Moda Həftəsi çərçivəsində nümayiş̧ olunub.

108
Teqlər:
Azərbaycan, Türkiyə
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

2
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

2
Teqlər:
futbol, Türkiyə, milli
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

4
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

4