Azərbaycanlı paracüdoçu Vüqar Şirinli

Paralimpiyaçılarımız Tokioda üç qızıl bir bürünc medal qazanıb

45
(Yenilənib 14:44 27.08.2021)
,
Tokioda keçirilən Yay Olimpiya Oyunlarında azərbaycanlı idmançılar üç gümüş və dörd bürünc medal qazanmışdılar.

BAKI, 27 avqust — Sputnik. Azərbaycan cüdoçuları Tokioda keçirilən Paralimpiya oyunlarında iki qızıl medal qazanıb. Bu barədə Sputnik Azərbaycan xəbər verir.

Belə ki, əvvəlcə qadın paracüdoçu Şəhanə Hacıyeva Olimpiya çempionu adını qazanıb. 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız fransalı Sandrin Martine qalib gəlib.

Şəhanə Hacıyeva
© REUTERS / THOMAS PETER
Азербайджанская дзюдоистка Шахана Гаджиева

Cüdoda ikinci qızıl medalımızı isə 60 kq-da mübarizə aparan Vüqar Şirinli qazanıb. İdmançımız final görüşündə Qazaxıstan təmsilçisi Anuar Sarıyevə qalib gəlib.

Bununla da Azərbaycanın Tokioda keçirilən Paralimpiya oyunlarında qızıl medallarının sayı 3-ə çatıb. Belə ki, Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanmışdı. Ötən gün Azərbaycan komandasında pauerliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.

Daha bir idmançımız, pauerliftinq növündə çıxış edən idmançımız Pərvin Məmmədov bürünc medala sahib olub.

© Photo : AZƏRTAC
Azərbaycanlı üzgüçü Raman Saleh

Əlavə edək ki, Tokioda keçirilən Yay Olimpiya Oyunlarında azərbaycanlı idmançılar üç gümüş və dörd bürünc medal qazanmışdılar.

45
Teqlər:
paralimpiya

İyul - Azərbaycanda ən çox nikahın bağlandığı ay

2
COVID-19 pandemiyası səbəbindən Azərbaycanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa bu il iyulun 1-dən götürülüb.

BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanda ən çox nikahın qeydə alındığı ay açıqlanıb. 2021-ci il başlayandan ölkə üzrə ən çox nikah iyul ayında bağlanıb. Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib.

Məlumata görə, yanvar-iyul aylarında qeydiyyat orqanları tərəfindən ümumilikdə 30.290 nikah dövlət qeydiyyatına alınıb. Nikahların 7058-i iyul ayının payına düşüb.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən Azərbaycanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa bu il iyulun 1-dən götürülüb.

Həmçinin oxuyun:

Erkən nikah problemini necə həll edək – ekspert şərh edir

2
Teqlər:
iyul, nikah
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

4
(Yenilənib 17:08 25.09.2021)
Komitə nümayəndələri Azərbaycanda yaşayan yəhudilərə göstərilən xoş münasibət, diqqət və qayğıdan məmnunluq və bu xüsusda Azərbaycan hökuməti tərəfindən ölkənin yəhudi icmasına göstərilmiş dəstək və qayğıya görə təşəkkürünü ifadə edib.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Amerika Yəhudi Komitəsi (AJC) və Amerika yəhudi təşkilatlarının koalisiyasının nümayəndələri ilə görüşüb. Bu barədəd Xarici İşlər nazirliyinin məlumatında deyilir.

Görüş zamanı Azərbaycan hökuməti ilə yəhudi icmaları arasında əməkdaşlığın inkişafından razılıq ifadə olundu, gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən Ceyhun Bayramov əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirdi və ölkəmizdə çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin mövcud olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Cənubi Qafqaz regionundakı son vəziyyət, Azərbaycanın Vətən Müharibəsi və bu müharibənin nəticələri ətrafında geniş fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov həmsöhbətinə Azərbaycan tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi barədə danışıb.

Komitə nümayəndələri Azərbaycanda yaşayan yəhudilərə göstərilən xoş münasibət, diqqət və qayğıdan məmnunluq və bu xüsusda Azərbaycan hökuməti tərəfindən ölkənin yəhudi icmasına göstərilmiş dəstək və qayğıya görə təşəkkürünü ifadə ediblər. Ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyi bildirilib.  

Görüşdə, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

4
Teqlər:
XİN