CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah küçəyə çıxmayın! - Xəbərdarlıq

© Sputnik / Murad OrujovДезинфекционные работы на улицах Баку
Дезинфекционные работы на улицах Баку - Sputnik Azərbaycan, 1920, 27.08.2021
Abunə olmaq
Dezinfeksiya işləri zamanı maddələrin müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
BAKI, 27 avqust — Sputnik. Avqust ayının 28-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, son vaxtlarda ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədilə Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir. Bildirilib ki, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", - deyə məlumatda bildirilib.
Həmçinin oxuyun:
Məktəb, "Delta" ştammı və uşaqlar - payızda nə edəcəyik?
Xəbər lenti
0