Səbail rayonu 2 saylı şəhər poliklinikasında, arxiv şəkli

Vaksin məntəqələri qarşısında izdiham: vaxtı uzatmalı, yoxsa?..

116
(Yenilənib 20:52 26.08.2021)
Deputat deyir ki, sıxlığın qarşısının alınmasının bir neçə çıxış yolu var: "Bunlardan biri mobil vaksin məntəqələrinin qurulmasıdır”.

BAKI, 26 avqust — Sputnik. Paytaxtda koronavirus əleyhinə vaksinasiya məntəqələrində peyvəndə kütləvi axın nəticəsində böyük sıxlıq yaranıb.

Bu barədə Sputnik Azərbaycan-a vaksin üçün poliklinikalara müraciət edən vətəndaşlar məlumat veriblər. Tahir Salmanov adlı vətəndaş bildirib ki, Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində "Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" publik hüquqi şəxsin 6 saylı poliklinikasında peyvənd üçün uzun növbə yaranıb. Vətəndaşlar poliklinikalarda peyvənd vurdurmaq üçün hətta bir neçə gün gedib-gəlməli olurlar.

Qeyd edək ki, analoji vəziyyət bütün rayonlardakı peyvənd məntəqələrində müşahidə olunur. İnsanlar Nazirlər Kabinetinin sentyabr ayının 1-nə bir sıra sahələrdə vaksinasiya tələbinə görə bu tarixədək birinci doza vaksin vurdurmaq məcburiyyətində qalıblar. Bu isə onların peyvənd məntəqələrinə kütləvi axınına səbəb olub.

"Burada özünü qoruyan adam belə, koronavirusa yoluxar"

Nəzakət Muradova adlı paytaxt sakini Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ticarət sahəsində işlədiyi yerdən sentyabrın 1-dək vaksin olunması tələb olunub. Amma vətəndaş vaksinasiya məntəqələrində izdiham yaşandığını, peyvənd vurdurmaq üçün bir gün səhərdən axşama qədər növbə gözləməyin, vaxt çatmadıqda sabah yenidən gəlməyin lazım olduğunu söyləyib.

Müsahibimiz sentyabrın 1-dək bir sıra sahələrdə COVID-19 sertifikatı tələbinin müddətinin bir qədər uzadılmasının zəruri olduğunu bildirib, bununla bağlı aidiyyəti qurumlara səslənib: "Əhalini virusun qarşısını almaq üçün vaksin olunmağa məcbur edirlər. Amma peyvənd məntəqələrinin qarşısı virusa yoluxma mənbəyidir. İnsanlar arasında sosial məsafə qorunmur. Hamı bir-birinin ağzının içində saatlarla növbə gözləyir. Özünü qoruyan insan belə, burada koronavirusa yoluxar. Onda bu sıxlıqda vaksin olunmağın kimə faydası var?" - deyə vətəndaş gileylənib.

Yanvarın 18-dən vaksinasiyaya başlasaq da...

Sputnik Azərbaycan peyvənd məntəqələrində sıxlığın qarşısını almağın yollarını araşdırıb. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, NK-nın sentyabrın 1-dək bir sıra sahələrdə COVID-19 sertifikatı tələbinin müddətinin uzatması hazırkı şərait üçün məsləhət deyil: "Müddətin uzadılması tələbi hazırkı vaxt üçün real deyil. Bundansa biz sürətli vaksinasiyanın metodlarından istifadə etməliyik.

Ölkəmiz yanvarın 18-dən etibarən koronavirus əleyhinə vaksinasiya prosesinə başladı. Azərbaycan vaksinasiya ilə bağlı digər ölkələri qabaqladı. Ölkə prezidentinin Azərbaycana vaksin idxalını beynəlxalq platformalarda, həmçinin ikitərəfli əlaqələr vasitəsilə təmin etməsi bizi aparıcı ölkələrdən biri sırasına çıxartdı. Yanvarın 18-dən vaksinasiya prosesinə başlasaq və kifayət qədər vaksin ehtiyatımız olsa da, vətəndaşların əksəriyyəti peyvənd məsələsinə ciddi yanaşmadı. Hazırda isə "Delta" ştammının yayılması və yoluxmanın intensivliyinin artması bizi bir qədər bu prosesə daha fərqli yanaşmağa vadar etdi, dövləti də müəyyən administrativ resurslardan istifadə edərək əhalini motivasiya etməsi reallığı ilə qarşı-qarşıya qoydu. Amma doğrudur ki, insanların kütləvi vaksinasiyaya müraciət etməsi peyvənd məntəqələrində sıxlığa səbəb olub".

"Vaxtı uzatmaq yox, peyvənd məntəqələrinin sayını artırmaq lazımdır"

Deputat deyir ki, sıxlığın qarşısının alınmasının bir neçə çıxış yolu var: "Bunlardan biri mobil vaksin məntəqələrinin qurulmasıdır. Səyyar vaksinasiya təşkil olunaraq iş yerlərində, insanların toplaşdığı yerlərdə, böyük ticarət və iş mərkəzlərində, eləcə də müxtəlif təhsil müəssisələrində səyyar vaksinasiyalar təşkil olunmalıdır. Bu peyvənd məntəqələrində insanların sıx təmasının qarşısını alaraq sürətli vaksinasiyaya səbəb olacaq. Biz daha sürətli və çevik vaksinasiyaya üstünlük verməliyik. İkinci növbədə digər tibb müəssisələri də bu prosesə qoşulmalıdır, hansı ki, onlarda vaksin məntəqələri yox idi. Üçüncü isə xarici ölkələrdə olduğu kimi avtobus dayanacaqlarında, müxtəlif iş mərkəzlərində vaksinasiyaya başlanılmalıdır. Biz bu üsullara üstünlük verməklə daha rahat və sürətli vaksinasiyaya nail ola bilərik. Amma COVID-19 pasportu tələbi ilə bağlı müddəti uzatmaq bu prosesin daha da uzanmasına səbəb olacaq", - deyə deputat bildirib.

Nazirlik vətəndaşları günahlandırır

Səhiyyə Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir:

"Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Peyvənd məntəqəsindəki tibb işçilərinin vəzifəsi onlayn növbə ilə poliklinikaya yaxınlaşan vətəndaşları peyvəndləməkdən ibarətdir. Tibbi personalın əsasən qadınlardan ibarət olmasını nəzərə alsaq, poliklinikaların həyətində yaranan növbənin onlar tərəfindən tənzimlənməsi çox çətindir. Bu işdə yardım üçün tibb müəssisələri yerli icra orqanlarına müraciət edəcək. Belə halların baş verməməsi üçün vətəndaşlarımızdan bir daha xahiş edirik ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar".

Nazirlikdən bildirdilər ki, son günlər sıxlıqla bağlı vaksin məntəqələrinin sayı artırılıb: "Peyvəndləmə ilə bağlı Nərimanov və Xətai rayon əraziləri üzrə şəhər poliklinikalarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əlavə vaksinasiya məntəqələrinin fəaliyyətinə zərurət yaranıb. Bu məqsədlə Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası (ünvan: Əliağa Şıxlinski küç, 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası (ünvan: Faiq Yusifov küç, 37) vaksinasiya prosesinə cəlb edilib. Adı çəkilən məntəqələrdə vaksin olunmaq üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürməlidirlər", - deyə nazirlikdən bildirilib.

Sıxlıqdan sonra məntəqələrin sayı artırılıb

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarındakı dəyişikliyə görə, bu ilin sentyabr ayının 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Bu siyahıya mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, bütün elm və təhsil müəssisələri daxildir. Belə ki, sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir. Yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. Bura ictimai iaşə müəssisələri, mehmanxanalar, iri ticarət mərkəzləri aiddir.

Sentyabrın 1-dən COVID-19 pasportu tələb olunan sahələr

Qeyd edək ki, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə kommunal sahə üzrə - elektrik enerjisi, qaz, istilik ilə təchizat, su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi, tullantıların yığılması, emalı və məhv edilməsi sahəsində işləyənlər daxildir. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə - dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti, liman xidmətləri, logistika xidmətləri, telekommunikasiya və rabitə xidmətləri, poçt və kuryer fəaliyyəti göstərənlər də bu kateqoriyaya şamil olunur.

Belə ki, sosial sahə üzrə - sosial xidmətlərin göstərilməsi, fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti, ticarət və ictimai iaşə sahəsi üzrə - topdan və pərakəndə ticarət, ictimai iaşə, yeməklərin göndərilməsi və çatdırılma xidmətləri göstərənlər 1 sentyabra qədər vaksinin 1-ci dozasını qəbul etməlidirlər. Bu tələb turizm sahəsi üzrə - mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri göstərən müəssisələr, turagentliklərinin və turoperatorların fəaliyyəti göstərənlərə də aiddir.

Həmçinin maliyyə xidmətləri üzrə - maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri) göstərənlər də vaksin olunmalıdırlar.

Digər sahələrə gəldikdə, poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri, bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri, kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri, avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması, kirayə və lizinq fəaliyyəti, daşınmaz əmlakın alınması və satılması xidmətləri, memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət göstərənlər 1 sentyabradək vaksin olunmalıdırlar.

Bu siyahıya reklam fəaliyyəti və bazarın öyrənilməsi, işədüzəltmə agentliklərinin fəaliyyəti, tədris və repetitor xidmətləri, tərcümə üzrə xidmətlər, dizayn fəaliyyəti, fotoqrafiya sahəsində fəaliyyət, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər), istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması, dezinfeksiya xidmətləri, toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi, dərzi xidmətləri, bərbərxana və gözəllik salonları, baytarlıq fəaliyyəti, heyvan sığınacaqlarda çalışanlar aiddir.

Eləcə də oxuyun:

116
Teqlər:
vaksinasiya, tələb, COVID-19 pasportu, Bakı, TƏBİB, Səhiyyə Nazirliyi, Deputat

Rusiyalı dənizçilər Şüvəlanda həmkarlarının xatirəsini yad ediblər

2
Xəzər dənizinin tam xəritəsini hazırlamaq üçün məlumat toplayan gəmi 1857-ci ildə Abşeron yarımadasının sahilində pis hava şəraiti üzündən qəzaya uğrayıb, 22 nəfər həlak olub.

BAKI, 18 sentyabr - Sputnik. Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyətinin üzvləri Abşeronun Şüvəlan kəndində "Kuba" gəmisinin dənizçilərinin abidəsini ziyarət edərək 164 il əvvəl həlak olmuş həmkarlarının xatirəsini yad ediblər.

1857-ci il sentyabrın 14-də qəzaya uğrayan "Kuba" paroxodu Xəzər Astronomiya və Hidroqrafiya ekspedisiyasının rəhbərliyi ilə Xəzər dənizinin tədqiqatı ilə məşğul idi. İyirmi iki nəfərin həlak olduğu qəzada əlli yeddi nəfərin həyatını qurtarmaq mümkün olub. 

© Sputnik
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə

Təxminən bir əsr yarım əvvəl Həştərxandan yola salınan gəmi Xəzər dənizinin hərtərəfli və tam təsviri, onun dəqiq xəritəsinin hazırlanması tapşırığını almışdı. Ancaq qəza günü hava dumanlı, yağışlı idi, qasırğa gəmini Şüvəlan burnunda əvvəllər qeydə alınmayan sualtı daşlara çırpdı.

Bir qədər sonra qəza yerinin yaxınlığında memar İohann Edelin müəllifi olduğu abidə ucaldıldı. Azərbaycan müstəqillik əldə edəndən sonra, 2005-ci ildə, Böyük Vətən Müharibəsində Qələbənin 60 illiyi ərəfəsində abidə bərpa olundu.

© Sputnik
Batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.

"Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə şənbə günü Bakıya gələn Rusiya HHD dənizçiləri qəza qurbanlarının abidəsi önünə güllər düzərək hərbi salam veriblər.

  • Batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.
    © Sputnik
  • Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə
    © Sputnik
  • Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə
    © Sputnik
1 / 3
© Sputnik
Batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.

Qeyd edək ki, şənbə günü, sentyabrın 18-də dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Donanmasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib.
Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Səfər sentyabrın 20-dək davam edəcək.

 

2
Teqlər:
rusiyalı, hərbi dənizçilər, Bakı, Şüvəlan, xatirə, abidə
Fransanın xarici işlər naziri  Jan İv Lö Drian, arxiv şəkli

Fransa ilə ABŞ arasında ciddi böhran var - XİN rəhbəri etiraf etdi

5
Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib.

BAKI, 18 sentyabr - Sputnik. Fransa Xarici işlər naziri Jan-İv Lö Drian ABŞ-la münasibətlərində ciddi böhran olduğunu etiraf edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, nazir: "Tarixdə ilk dəfə olaraq Fransa səfirinin ABŞ-dan geri çağırılması ciddi siyasi akt, böhranın dərinliyinin göstəricisidir", - deyib.

Qeyd edək ki, Fransanın ABŞ və Avstraliyadakı səfirlərini geri çağırmasına Avstraliyanın sentyabrın 15-də Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizlik barədə əməkdaşlıq haqda (AUKUS) müqavilə imzalaması səbəb olub. Çünki Avstraliya eyni zamanda Fransanın Naval Group sualtı qayıq şirkəti ilə razılaşmadan çıxdığını bəyan edib. "Əsrin müqaviləsi" adlandırılan, 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərindəki razılaşma "Barracuda" sinfindən olan 12 zərbə sualtı qayığının tikintisini nəzərdə tuturdu.

Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib. Onun sözlərinə görə, "müqavilənin dayandırılmasından çox hiddətlənib". Fransa həm Avstraliya, həm də ABŞ-dan izahat gözləyir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Horn isə Parisin mövqeyini anladıqlarını bildirib.

"Biz fransız həmkarlarımızla onların səfirlərini məsləhətləşmələr üçün Parisə çağırmaq barədə qərarına görə sıx təmasdayıq... Onların mövqelərini anlayır və fikir ayrılıqlarını yoluna qoymaq üçün qarşılıqlı fəaliyyətdə olacağıq, biz uzunmüddətli müttəfiqliyimiz ərzində başqa məqamlarda da eyni cür davranmışıq", - Hornun yazılı açıqlamasında deyilir.

Hornun sözlərinə görə, ABŞ Fransanı özünün "köhnə tərəfdaşı və ən güclü partnyorlarından biri" hesab edir.

Avstraliyanın Xarici işlər naziri Maris Peyn də Fransa səfiri Jan-Pyer Tebonun geri çağırılmasından üzüldüyünü söyləyib. O qeyd edib ki, Fransanın Avstraliyanın sualtı qayıqların alınmasına dair müqavilədən imtinasına görə məyusluğunu anlayır, ancaq onun hökuməti milli təhlükəsizliyin təminatı məqsədilə sözügedən qərarı verib. Xanım Peyn əlavə edib ki, Kanberra Parislə münasibətlərinə dəyər verir və gələcəkdə qarşılıqlı fəaliyyətə hazırdır.

5