Daşqın, arxiv şəkli

Çaylarda sel gözlənilir - hava proqnozu xəbərdarlıq

21
(Yenilənib 17:55 25.08.2021)
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

BAKI, 25 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturu gecə 24-26° isti, gündüz 34-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu isə şimal çimərliklərində isə Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26° isti, cənub çimərliklərində Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti olacaq. Avqustun 26-27-də gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın bəzi dağlıq rayonlarında yağışın intensivləşəcəyi gözlənilir.

ETSN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Həmçinin oxuyun:

Bakıda temperatur normadan yüksək olub

21
Teqlər:
hava, proqnoz

Ali məktəbə qəbul olunanların qeydiyyat müddəti uzadıldı

0
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

BAKI, 18 sentyabr - Sputnik. Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatının onlayn qaydada sentyabrın 7-dən 20-dək portal.edu.az platforması vasitəsilə aparılacağı barədə məlumat verilmişdi.

Sputnik Azərbaycan bildirir ki, Dövlət İmtahan Mərkəzi bu müddətin uzadıldığı barədə məlumat yayıb.

Belə ki, qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək uzadılıb. Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. 

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Məlumat üçün qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti sentyabrın 23-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti isə sentyabrın 24-dək davam edəcək.

Həm ali, həm də orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə çatdırırıq ki, qeydiyyatla bağlı alternativ qeydiyyat mərkəzlərinin sayı artırılmışdır. Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilmişdir. 

Eləcə də oxuyun:

0
Teqlər:
tələbə, ali məktəb, qəbul, qeydiyyat, DİM
İstanbul şəhərinə mənzərə, arxiv şəkli

Türkiyədə dünyada ilk mozika aşkarlandı

4
Abidə Yozqat vilayətinin Sorqun rayonunda, Uşaklı kurqanında aşkarlanıb. Bu ərazidə qazıntı işlərinin aparılmasına 2012-ci ildən başlanılıb.

BAKI, 18 sentyabr — Sputnik. Arxeoloqlar Türkiyənin mərkəzində 3,5 min il yaşı olan mozaika aşkarlayıblar. Sputnik Azərbaycan "Daily Sabah"a istinadən xəbər verir ki, artıq bu tapıntı dünyanın ən qədim mozaikalarından hesab olunur.

3x7 m ölçüsündə olan mozaika 3147 daşdan ibarətdir. O, Yozqat vilayətinin Sorqun rayonunda, Uşaklı kurqanında aşkarlanıb. Bu ərazidə qazıntı işlərinin aparılmasına 2012-ci ildən başlanılıb.

"Bizim araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, tapılan mozaika dünyada ən birinci mozaikadır. Onun forması da bunu təsdiqləyir. Çünki o, kifayət qədər primitiv tərzdə hazırlanıb. Biz bu tapıntı hesabına turist sektorunun əhəmiyyətini artırmaq niyyətindəyik", - deyə vilayətin mədəniyyət və turizm üzrə idarəsinin direktoru Hüseyn Çiftçi bildirib.

Eləcə də oxuyun:

4