Məktəbli forması, arxiv şəkli

Şagirdlər məktəbə hansı "forma"da gedəcəklər?

96
BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, yeni geyim nümunəsi onlara təqdim olunmayıb.

BAKI, 24 avqust — Sputnik. Ötən gün ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiq edilib. Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, məktəblərdə dərslər sentyabrın 15-də başlayacaq və iyunun 14-dək davam edəcək. İndi valideynləri düşündürən əsas sual yeni tədris ilindən şagirdlərin məktəbə hansı geyimdə gedəcəyidir. Çünki, bu ilin iyul ayında Təhsil Nazirliyi məktəblilər üçün yeni geyim nümunələrini təsdiq üçün təqdim edib.

Sputnik Azərbaycan ölkə məktəblilərinin mütləq əksəriyyətinin geyindiyi məktəbli forması istehsalçısı olan Bakı Tikiş Evi (BTE) ilə əlaqə saxlayıb. BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlara hələ ki, yeni məktəbli formalarının istehsalı ilə bağlı hər hansı göstəriş verilməyib:

"Yeni tədris ili ilə əlaqədar biz artıq əvvəlki illərdə satdığımız məktəbli formalarının satışına başlamışıq. Əvvəl satdığımız məktəbli formalarının istehsalı bu gün də davam edir. Yeni geyim nümunəsi bizə təqdim olunmayıb", - deyə E.Əzimov bildirib.

Onun sözlərinə görə, BTE-nin istehsalı olan məktəbli formaları indi "Bravo" marketlərdə də satışa çıxardılıb: "BTE metroların çıxışındakı - "20 Yanvar, Həzi Aslanov, Koroğluda yerləşən Bravo hipermarketlərində və BTE-nin baş ofisində, eləcə də Razindəki mağazasında məktəbli formalarını satışa çıxardıb. Artıq valideynlər indidən məktəbli forması almağa başlayıblar. Mağazalarımızda satış var".

E.Əzimov deyib ki, məktəbli formalarının qiymətində hər hansı dəyişiklik edilməyib:

"Məktəbli formalarının qiymətində heç bir dəyişiklik olmayıb. I-VI siniflər üçün kostyumun qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün kostyumun qiyməti isə 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Köynəklərin qiyməti 26-dan 54 ölçüyədək 8 manatdır".

"Bravo" supermarketləri şəbəkəsindən isə redaksiyaya bildirdilər ki, I-VI sinif oğlanlar üçün kostyumun qiyməti 39 manat 98 qəpikdir. 26-54 ölçülü ağ köynək isə 7 manat 99 qəpiyə təklif olunur. Qızlar üçün 26-44 ölçülü pencək-ətək də eyni qiymətə satılır.

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni məktəbli forması layihəsi hələ ki, təsdiqlənməyib. Ona görə də şagirdlər bu tədris ili əvvəl geyindikləri formanı geyinə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyinin təqdim etdiyi layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

- Ətək və şalvar - qara, tünd-qəhvəyi, tünd-boz, tünd-göy və qəhvəyi-yaşıl;

- Köynək - ağ, dəri, mavi, açıq-yaşıl və açıq-sarı;

- Jaket - tünd-boz, qəhvəyi, tünd-göy, tünd-yaşıl və açıq-qəhvəyi.

Həmçinin oxuyun:

Ölkədə neçə şagird koronavirusa yoluxub? Nazirlik açıqladı

96
Teqlər:
şagird, forma, məktəb

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

0
(Yenilənib 09:25 25.09.2021)
Görüşdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

BAKI, 25 sentyabr - Sputnik. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Bu barədə Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

 

0
Teqlər:
Ceyhun Bayramov, Ermənistan, XİN, ATƏT
Cütlük, arxiv şəkli

Həyat yoldaşı onu cəzalandırıb, zurnasını 40 gün dağda çalacaq

4
(Yenilənib 22:26 24.09.2021)
Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

BAKI, 25 sentyabr — Sputnik. Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

Belə ki, Hüseynin evdə zurna çalması onun xanımı Nilüfər Güləri (61) özündən çıxarıb. Zurna səsindən bezən qadın ərinə 40 gün dağda zurna çalmaq cəzasını verib.

Nazilli rayonunun İşıqlar məhəlləsində yaşayan, evli və 3 uşaq atası olan Hüseyn Gülər 2004-cü ildə Dövlət Su İdarəsindən təqaüdə çıxıb. Bundan sonra işsiz qalaraq darıxan adam atasının və qardaşının peşəsi ilə maraqlanmağa başlayıb.

Evdə zurnanı uzun və yüksək səslə çaldığına görə 46 illik xanımı və qonşuları bu vəziyyətdən narahat olublar. Bu səbəbdən əri ilə tez-tez dalaşan Nilüfər Hüseynə evində zurna çalmağı qadağan edib.

Xanımı ona zurnanı 40 gün dağda çalmaq cəzası verərək "səni yalnız bu halda bağışlayacağam" deyib və evdən gedib.

Sentyabrın 2-dən etibarən gündüzləri yaşadığı məhəlləsinin yaxınlığındakı dağlıq ərazidə zurna çalan və gecələri evinə qayıdan Hüseyn Gülər 40 günün sonunda həyat yoldaşının onu bağışlayacağını gözləyir.

Cəzamın yarısı bitib

"Mən musiqiçilər ailəsindənəm. Atam və qardaşım zurna ifaçıları idi. Mən də zurna çalmağı çox sevirəm. Bəzən bu musiqi alətində ifa edəndə kövrəlirəm, hətta gözlərimdən yaş da gəlir. Təqaüdə çıxandan sonra evdə zurna çalmağa başladım. Arvadım zurnanı yüsək səslə çaldığım üçün narahat olurdu. Xəbərdarlıqlarına baxmayaraq evdə zurnanı çalmağa davam edirdim və ona görə də o, əsəbiləşirdi. "Get zurnanı dağlarda çal" deyərək mənə 40 günlük cəza verdi. Mən də polislərdən icazə alaraq, işimi bu yöndə görürəm. Cəzamın yarısı bitib. Görəsən 40 günün tamamında arvadım məni bağışlayacaq? Bilmirəm. Əgər məni bağışlasa, ona təşəkkür edəcəm, ancaq bağışlamasa zurnamı dağlarda çalmağa davam edəcəm", - deyə Hüseyn bildirib.

Ərinə əsəbləşən Nilüfər Gülər, Kuşadasında yaşayan qızının yanına gedib.

"Həyat yoldaşım bütün xəbərdarlıqlarıma baxmayaraq, evdə zurna çalmağa davam edirdi. Zurnanın səsindən mənim kimi qonşular da narahat olurdu. Ona görə də ərimə 40 günlük belə bir cəza verdim", - deyə Nilüfər bildirib.

4