CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Limanında bir sıra qadağalar tətbiq ediləcək

© Sputnik / Murad OrujovБакинский международный морской торговый порт
Бакинский международный морской торговый порт - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Abunə olmaq
Liman ərazisində yalnız yaşıl yanacaqla işləyən nəqliyyat vasitələrindən və avadanlıqlardan istifadə olunacaq, liman akvatoriyasına daxil olan gəmilər isə tam olaraq elektrik enerjisi ilə təmin olunacaq.
BAKI, 23 avqust — Sputnik. “Bakı Limanı 2035 - CO2 zero emisya” strategiyasınsa əsasən liman ərazisində ekologiyanı qorumaq və inkişaf etdirmək üçün bir sıra yeniliklər və qadağalar tətbiq ediləcək. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Avropa İttifaqının dəstəyi ilə həyata keçiriləcək plana əsasən, sözügedən tarixdən etibarən Bakı Limanına dizel, benzin və ya havaya böyük həcmdə istixana qazı atan digər yanacaq növləriylə işləyən nəqliyyat vasitələrinin buraxılmaması nəzərdə tutulur.
Liman ərazisində yalnız yaşıl yanacaqla işləyən nəqliyyat vasitələrindən və avadanlıqlardan istifadə olunacaq, liman akvatoriyasına daxil olan gəmilər isə tam olaraq elektrik enerjisi ilə təmin olunacaq. Bununla yanaşı liman ərazisi və akvatoriyasında tam olaraq yalnız elektrik enerjisindən istifadə ediləcək. Həmçinin liman akvatoriyasında yalnız elektriklə və yaşıl yanacaqla işləyən yedək gəmilərindən istifadə ediləcək, bütün tikililər isə yaşıl bina standartlarına uyğunlaşdırılacaq.
Qeyd edək ki, Bakı Limanında mövcud ekoloji inkişaf konsepsiyası çərçivəsində hava keyfiyyətinə nəzarətin gücləndirilməsinə dair istixana qazlarının emissiyasını 2035-ci ilə qədər “0”-a endirilməsi hədəflənib.
Həmçinin oxuyun:
Dünya avtomobil satışının azalması nədən qaynaqlanır? – ekspert rəyi
Xəbər lenti
0