Şuşada qala divarları, arxiv şəkli

Şuşa haqqında çəkilən bədii-sənədli filmə onlayn baxış keçirilib

23
(Yenilənib 22:01 23.08.2021)
Filmdə 1-ci Qarabağ müharibəsi zamanı 12 yaşında müharibənin şahidi olan, doğma şəhərindən ayrı düşən Şuşalı qızın Şuşa həsrəti, 28 ildən sonra öz doğma şəhərinə, uşaqlığına qayıtması əks olunub.

BAKI, 23 avqust — Sputnik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialında "28" bədii-sənədli filminə onlayn baxış keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, əslən Şuşadan olan Xatirə Sərdarqızının müəllifi olduğu və onun real həyat hekayəsi əsasında çəkilən bədii-sənədli film Türkiyədə Boğaziçi Mədəniyyət və İncəsənət Vəqfi tərəfindən keçiriləcək Diaspora Beynəlxalq Qısametrajlı Film Festivalında 120 ölkədən 3123 film arasından seçilərək finala çıxıb.

Filmdə 1-ci Qarabağ müharibəsi zamanı 12 yaşında müharibənin şahidi olan, doğma şəhərindən ayrı düşən Şuşalı qızın Şuşa həsrəti, 28 ildən sonra öz doğma şəhərinə, uşaqlığına qayıtması əks olunub. Burada Qarabağdan didərgin düşmüş uşaqların yaşadığı qorxular, müharibənin buraxdığı sağalmaz yaralar nümayiş olunub. Müəllif videokonfrans zamanı filmdə yaşadığı reallığı əks etdirdiyini bildirib.

Kitabxananın müdiri, əslən Şuşadan olan Arzu Xudayarova sonda müəllifə film üçün təşəkkür edib, filmin yaradıcı heyətinə uğurlar arzulayıb.

Həmçinin oxuyun:

Stomatoloqun səhlənkarlığının qurbanı olan Xalq artistinin doğum günüdür

23
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

7
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

7
Teqlər:
İES, SES

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb

3
(Yenilənib 22:27 25.09.2021)
BQXK-nin prezidenti humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı və tərəflər arasındakı uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib. 

Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir münaqişə kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Öz növbəsində BQXK-nin prezidenti Piter Maurer verilmiş məlumatlara görə təşəkkürünü bildirərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib. O, humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin ümumi humanitar məqsədli fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

3
Teqlər:
Ceyhun Bayramov, BQXK