"Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində komandamız ilk çıxışını təqdim edib

36
(Yenilənib 13:07 23.08.2021)
Müsabiqə çərçivəsində hərbçilərimizin ifasında milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin ifası və Azərbaycan milli rəqsləri təqdim olunacaq.

BAKI, 23 avgust — Sputnik. “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində Azərbaycanı təmsil edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistləri ilk çıxışlarını təqdim edib. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müsabiqənin birinci günü "Vokal ustalığı" və "İnstrumental janr" mərhələləri üzrə yekunlaşıb.
Hakimlər tərəfindən qiymətləndirmə zamanı iştirakçıların peşəkarlığı və ifa qabiliyyəti nəzərə alınıb.
Müsabiqədə solistlərimizin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Azərbaycan xalq çalğı alətlərində hərbçilərimizin çıxışı hakimlərin və zala toplaşanların böyük marağına səbəb olub.

*****

21.08.2021

“Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi keçirilir. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının kollektivi təmsil edir.

Yaradıcılıq müsabiqəsində komandamız "Vokal ustalığı", "Xoreoqrafik bacarıq", "Instrumental janr" və "Sərgi fəaliyyəti" mərhələləri üzrə mübarizə aparacaq.

Müsabiqə çərçivəsində hərbçilərimizin ifasında milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin ifası və Azərbaycan milli rəqsləri təqdim olunacaq.

Müsabiqə avqustun 22-dən sentyabrın 5-nə kimi davam edəcək.

Qeyd edək ki,  yarışlarda 20-dək ölkədən beş yüzdən artıq musiqiçi, vokalist və rəqqas iştirak edəcək.

Həmçinin oxuyun:

36

Böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir - Sergey Lavrov

34
Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi.

BAKI, 25 sentyabr - Sputnik. Nüvə dövlətləri arasında istənilən müharibə, hətta nüvə müharibəsi olmasa belə, qəbuledilməzdir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz böyük dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasına tərəfdarıq. İstərdik ki, bu münasibətlər heç vaxt müharibəyə gətirib çıxarmasın. Ən azı, nüvə müharibəsininin olmasını dəqiq istəmirik. Yaxşı ki, prezidentlər Putin və Bayden nüvə müharibəsinin prinsipcə məqbul olmadığını bildiriblər. Mən isə düşünürəm ki, böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir. Çünki onun hər zaman nüvə münaqişəsinə gətirib çıxarması riski böyükdür", - deyə Lavrov mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi - prezdentlər nüvə müharibəsinin məqbul olmadığı mövqeyini təsdiq edib, habelə silahlara nəzarətə dair danışıqlar barədə razılığa gəliblər.

34
Teqlər:
Sergey Lavrov, nüvə müharibəsi
Neft buruğu, arxiv şəkli

İraqın neft naziri: Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıyıq

22
(Yenilənib 21:36 25.09.2021)
Azərbaycan və İraqın energetika nazirləri görüşüb. İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

BAKI, 25 sentyabr — Sputnik. Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə əsasən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz sektorunda nailiyyətləri, şaxələndirilmiş infrastruktur sisteminin yaradılması ilə ölkəmizin regional və beynəlxalq enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr, həmçinin qaz hasilatı və ixracının artımında "Cənub Qaz Dəhlizi"nin rolu barədə ətraflı məlumat verib. Eyni zamanda, müasir trendlərə uyğun olaraq bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" məkanlarına çevrilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi milli prioritetinin növbəti onillikdə reallaşdırılmasını, işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılmasını təşviq edən strateji qərarları enerji əməkdaşlığı üçün yeni imkanlar açır.

Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpa olunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib:

"Hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və qlobal neft bazarının tənzimlənməsi prosesində birgə iştirak gələcək əməkdaşlığımız üçün təməldir. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatı və OPEC+ formatı çərçivəsində mövcud olan enerji əməkdaşlığını genişləndirmək üçün perspektivləri dəyərləndirə bilərik".

İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid isə ölkəsinin neft-qaz sahəsində mövcud təcrübəsini bölüşüb, Azərbaycanın neft bazarının balanslaşdırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır.

Görüşdə, həmçinin İraqın bərpa olunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

İraq SOCAR-la əməkdaşlıq etmək niyyətini açıqladı

22
Teqlər:
İraq