Gənc cütlük, arxiv şəkli

Toy günü qapı arxasında qalanların sayı açıqlandı

12
(Yenilənib 12:13 19.08.2021)
Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 17 toy şənliyinin monitorinqini həyata keçiriblər.

BAKI, 19 avqust — Sputnik. Avqustun 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 18 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 63 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 17 toy şənliyinin monitorinqini həyata keçiriblər.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 33 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Həmçinin oxuyun:

12
Teqlər:
toy, monitorinq, DİN
Fransanın xarici işlər naziri  Jan İv Lö Drian, arxiv şəkli

Fransa ilə ABŞ arasında ciddi böhran var - XİN rəhbəri etiraf etdi

4
Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib.

BAKI, 18 sentyabr - Sputnik. Fransa Xarici işlər naziri Jan-İv Lö Drian ABŞ-la münasibətlərində ciddi böhran olduğunu etiraf edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, nazir: "Tarixdə ilk dəfə olaraq Fransa səfirinin ABŞ-dan geri çağırılması ciddi siyasi akt, böhranın dərinliyinin göstəricisidir", - deyib.

Qeyd edək ki, Fransanın ABŞ və Avstraliyadakı səfirlərini geri çağırmasına Avstraliyanın sentyabrın 15-də Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizlik barədə əməkdaşlıq haqda (AUKUS) müqavilə imzalaması səbəb olub. Çünki Avstraliya eyni zamanda Fransanın Naval Group sualtı qayıq şirkəti ilə razılaşmadan çıxdığını bəyan edib. "Əsrin müqaviləsi" adlandırılan, 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərindəki razılaşma "Barracuda" sinfindən olan 12 zərbə sualtı qayığının tikintisini nəzərdə tuturdu.

Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib. Onun sözlərinə görə, "müqavilənin dayandırılmasından çox hiddətlənib". Fransa həm Avstraliya, həm də ABŞ-dan izahat gözləyir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Horn isə Parisin mövqeyini anladıqlarını bildirib.

"Biz fransız həmkarlarımızla onların səfirlərini məsləhətləşmələr üçün Parisə çağırmaq barədə qərarına görə sıx təmasdayıq... Onların mövqelərini anlayır və fikir ayrılıqlarını yoluna qoymaq üçün qarşılıqlı fəaliyyətdə olacağıq, biz uzunmüddətli müttəfiqliyimiz ərzində başqa məqamlarda da eyni cür davranmışıq", - Hornun yazılı açıqlamasında deyilir.

Hornun sözlərinə görə, ABŞ Fransanı özünün "köhnə tərəfdaşı və ən güclü partnyorlarından biri" hesab edir.

Avstraliyanın Xarici işlər naziri Maris Peyn də Fransa səfiri Jan-Pyer Tebonun geri çağırılmasından üzüldüyünü söyləyib. O qeyd edib ki, Fransanın Avstraliyanın sualtı qayıqların alınmasına dair müqavilədən imtinasına görə məyusluğunu anlayır, ancaq onun hökuməti milli təhlükəsizliyin təminatı məqsədilə sözügedən qərarı verib. Xanım Peyn əlavə edib ki, Kanberra Parislə münasibətlərinə dəyər verir və gələcəkdə qarşılıqlı fəaliyyətə hazırdır.

4
Həkim, arxiv şəkli

Bekarsınız? Psixoloq bunun gözlənilməz faydalarını açıqladı

5
(Yenilənib 22:36 18.09.2021)
Cəmiyyətdə belə bir anlayış var ki, insan istirahət etmək və heç nə etməmək imkanını qazanmalıdır. Nəticədə bu, stressin səviyyəsinin artmasına səbəb olur.

 

BAKI, 18 sentyabr — Sputnik. Çoxları istirahət etməyi və bekar olmağın faydalı ola biləcəyini unudub. Bu barədə Sputnik Radio-ya açıqlamasında Rusiyanın "Psixodemiya" Təhsil Mərkəzinin konsultativ psixologiya və psixoterapiya laboratoriyasının müdiri Nataliya Kiselnikova deyib.

Onun sözlərinə görə, məhsuldarlığa can atmaq insan həyatının daimi bir hissəsi olmamalıdır.

"Bekar olmaq, çətin ki, özü-özlüyündə nəticə hesab oluna, lakin o, dəyər ola bilər. Cəmiyyətdə belə bir anlayış var ki, insan istirahət etmək və heç nə etməmək imkanını qazanmalıdır. Nəticədə bu, stressin səviyyəsinin artmasına səbəb olur", - deyə Kiselnikova bildirib.

O vurğulayıb ki, əksəriyyət bekar olarkən özünü günahkar hiss edir ki, bu da insanın nə istirahətdən, nə də işdən həzz almaması ilə nəticələnir.

Psixoterapevtin sözlərinə görə, çoxlarının istirahət hesab etdiyi şey heç istirahət də deyil. Bura xəbərlərin oxunması və digər məlumat yüklənmələri daxildir. Kiselnikova insanlara hər gün ən az 15 dəqiqə tamamilə sakitlikdə qalmağı tövsiyə edir. Mütəxəssis vurğulayıb ki, bu heç də asan məsələ deyil.

Eləcə də oxuyun:

5