Pivə

"Jiquli"nin yararlılıq müddətinin əlavə 90 gün artırılaraq satışa çıxarıldığı bəlli olub

14
Yevlax rayonunda qanunsuz fəaliyyət göstərən pivə istehsalı sexi aşkarlanıbYevlax rayonunda qanunsuz fəaliyyət göstərən pivə istehsalı sexi aşkarlanıb. Yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

BAKI, 18 avqust — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən Yevlax rayonu, Bərdə-Yevlax şosesinin 7-ci kilometrliyində fəaliyyət göstərən, hüquqi şəxs "EMİL-N" istehsalat-kommersiya şirkətinə məxsus pivə istehsalı müəssisəsinə baxış keçirilib.

Yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının tələblərinin pozulduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət edilmədiyi məlum olub. Belə ki, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, məhsulların saxlanma rejiminə riayət edilmədiyi, istifadə edilən xammalların müvafiq sənədlərinin olmadığı, habelə istehsal olunan "Aran" əmtəə nişanlı pasterilizasiya edilmiş "Jiquli" pivəsinin yararlılıq müddətinin əlavə 90 gün artırılaraq satışa çıxarıldığı aşkar olunub. Aşkar edilən faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, "Aran" əmtəə nişanlı pasterilizasiya edilmiş "Jiquli" pivəsi etiketlərinin istifadəsi qadağan olunub, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Həmçinin oxuyun:

14
Teqlər:
pivə
SOCAR-ın baş ofisi, arxiv şəkli

İraq SOCAR-la əməkdaşlıq etmək niyyətini açıqladı

11
(Yenilənib 19:58 24.09.2021)
Rövnəq Abdullayev qonaqların diqqətinə çatdırıb ki, hasilatın pay bölgüsü sazişləri üzrə görülmüş işlərin 95 %-i ölkə daxilində yerli mütəxəssislər tərəfindən icra edilir.

BAKI, 24 sentyabr — Sputnik. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İraqın ölkəmizdə səfərdə olan neft naziri İhsan Əbdül Cabbar İsmailin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

SOCAR-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, SOCAR-ın prezidenti qonaqlara Azərbaycanın qədim tarixə, zəngin ənənələrə malik neft sənayesinin inkişafı barədə məlumat verib, müstəqillik dövründə əldə edilmiş uğurlardan, həyata keçirilmiş möhtəşəm layihələrdən, yaradılmış texnoloji və iqtisadi potensialdan bəhs edib.

Rövnəq Abdullayev qonaqların diqqətinə çatdırıb ki, hasilatın pay bölgüsü sazişləri üzrə görülmüş işlərin 95 %-i ölkə daxilində yerli mütəxəssislər tərəfindən icra edilir.

O, "Əsrin müqaviləsi"nin imzalanmasından ötən müddətdə kadr hazırlığına xüsusi diqqət yetirildiyini vurğulayıb.

Qonaqlar SOCAR-ın tərkibində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin, müxtəlif peşə təhsili məktəblərinin fəaliyyəti barədə ətraflı məlumatlandırılıblar.

İraqın neft-qaz sənayesində mövcud vəziyyət haqqında danışan nazir İhsan Əbdül Cabbar İsmail hazırda qarşılarında duran əsas vəzifələrdən bəhs edib, böyük təcrübəyə malik və özünü artıq dünya neft-qaz sənayesində ciddi bir şirkət kimi təsdiq etmiş SOCAR-la əməkdaşlıq etməkdə maraqlı olduqlarını nəzərə çatdırıb.

SOCAR-ın prezidenti əməkdaşlıq üçün geniş imkanlarının mövcud olduğunu, şirkətin istehsalat sahələri və həyata keçirdiyi layihələrlə tanışlıq üçün qonaqlara şərait yaradılacağını bildirib.

11
UNESCO

Azərbaycanlılar Venesiyada: UNESCO-nun tədbirində "Sarı gəlin" səsləndi

29
(Yenilənib 20:59 24.09.2021)
Qala gecəsinin ən mühüm məqamı isə azərbaycanlı tanınmış caz ifaçısı Etibar Əsədlinin Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etməsi olub.

BAKI, 24 sentyabr — Sputnik. İtaliyanın Venesiya şəhərinin San Klemente adasında UNESCO-nun iştirakı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə "Rise from the ashes" (“Küllərdən qalx”) adlı humanitar xarakterli multikultural forum keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, 17-ci Venesiya Memarlıq Biennalesi çərçivəsində “Vasconi Architectes by Thomas Schinko” memarlıq şirkətinin təşəbbüsü ilə təşkil olunan beynəlxalq forumda dünyanın tanınmış şəxsləri ilə yanaşı, azərbaycanlı memarlar, sənətçilər, incəsənət nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirin əsas məqsədi Beyrut şəhərinin rekonstruksiyası, həmçinin şəhərin Baş memarlıq planı üçün həll yollarının tapılması olub. Forumda, eyni zamanda, təcrübəli beynəlxalq təlimçilər müxtəlif mövzularda çıxışlar ediblər.

UNESCO-nun Baş Konfransının prezidenti Altay Cengizer çıxış edərək UNESCO-nun Baş direktoru xanım Odre Azulenin bu foruma dəstək olduğunu iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə tanınmış memar Renzo Piano, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, UNESCO-nun Venesiya bölgəsi üzrə rəsmi nümayəndəsi Ana Luiza Thompson-Flores, Livan Mühəndislər və Memarlar Federasiyasının prezidenti Cad Tabet, ALBA Universitetinin prezidenti Andre Bexazi, Beynəlxalq təhlükəsizlik, enerji və ətraf mühit üzrə direktorlar şurası və Pentaqonun baş məsləhətçisi Çarlz Sills və digər nüfuzlu şəxslər iştirak etdilər.

Forumda, həmçinin peşəkar təlimçilər tərəfindən müxtəlif aktual mövzularda çıxışlar olub. “Millionaire Concept Network”un dəstəyi ilə konfransda iştirak edən Afrika Sağlamlıq Federasiyasının idarə heyətinin sədri Mohamed El Sahilinin məruzəsi dinlənilib.

Tədbirdə “Eurasia Analytics”in direktoru Gülmira Rzayeva, “Millionaire Concept Network”un İtaliya üzrə direktoru Turan Sadigi, elm, cəmiyyət və rəssamlıq sahəsində 20 illik təcrübəyə malik rəssam Koen Vanmexelen, “SnarkArt” şirkətinin icraçı direktoru Nadia Taiga və digər şəxslər iştirak ediblər. Forumda NFT rəssamı kimi məşhurluq qazanan Krista Kim şəhərlərin yenidən qurulması üçün UNESCO-ya sənət, memarlıq sahəsində, cəmiyyətdə inqilab edəcək fikirlər təqdim edərək bu işdə qlobal miqyasda fəaliyyət göstərən təşkilatların, institutların və yaradıcı şəxslərin önəmli rol oynadığını qeyd edib. "TheSuperWorld" virtual daşınmaz əmlak platformasının baş icraçı direktoru və həmtəsisçisi Hrish Lotlikar isə daha yaxşı bir dünya yaratmaq üçün AR/VR/Blockchain və AL texnologiyalarından istifadə etməyin vacibliyini bildirib.

Livanın məşhur sənətçisi Rudy Rahme qala gecədə canlı performans nümayiş etdirib. Türk sənətçisi Özge Günaydın isə “Küllərdən qalx” simvolunu yaradıb. Qala gecəsinin ən mühüm məqamı isə azərbaycanlı tanınmış caz ifaçısı Etibar Əsədlinin Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etməsi olub.

Tədbirin təşkilatçısı, “Vasconi Architectes by Thomas Schinko” memarlıq şirkətinin vitse-prezidenti, həmyerlimiz Aytən Mirzoyeva gələcəkdə belə bir formatda forumun Gəncə şəhərinin və Qarabağın yenidən qurulması üçün Mədəniyyətlərarası Dialoqa dair Sülh Yaradıcılıq Mərkəzinin iştirakı ilə Azərbaycanda keçirilməsinin nəzərdə tutulduğunu deyib.

 

29