Tankerdə partlayış, arxiv şəkli

Livanda tankerin partlaması nəticəsində ölənləri sayı 28 oldu

24
Livanın keçmiş baş naziri Səəd Hariri ölkə prezidenti Mişel Aunanı və digər məsul şəxsləri hadisə ilə bağlı istefa verməyə çağırıb.

BAKI, 15 avqust — Sputnik. Livanın şimali-qərbində tankerdə baş vermiş partlayış nəticəsində həlak olanların sayı 28-ə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib. 

Bir müddət əvvəl hadisə nəticəsində 20 nəfərin həlak olduğu bildirilirdi. Livan Qırmızı xaç cəmiyyətinin Twitter hesabındakı məlumatda  80-ə yaxın insanın müxtəlif dərəcəli xəsarət aldığım bildirilib.

"İndiyə qədər 20 nəfərin həlak olduğu və 79 nəfərin yaralandığı məlumdur", - deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Livanın şimali-qərbindəki Akkar rayonunda yanacaq tankeri partlayıb. Əl-Ərəbiyyə telekanalı yerli mənbələrə istinadən bildirib ki, hadisə nəticəsində 100-ə qədər insan xəsarət alıb.

Livanın keçmiş baş naziri Səəd Hariri ölkə prezidenti Mişel Aunanı hadisə ilə bağlı istefa verməyə çağırıb.

"Əgər bu ölkədə vətəndaşlara hörmət olunsaydı, ölkə prezidentindən tutmuş səhlənkar yanaşmaya görə məsuliyyət daşıyan sonuncu şəxsə qədər hamı istefa verərdi", - deyə Hariri bildirib.

Həmçinin oxuyun:

24
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan regional kommunikasiyaların açılmasını son dərəcə vacib saydığını bəyan edib

9
(Yenilənib 22:12 24.09.2021)
Ermənistanın Baş naziri deyib ki, kommunikasiyaların açılaması sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq.

BAKI, 24 sentyabr - Sputnik. Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda etdiyi çıxışında deyib.

"Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar 2021-ci il tarixli bəyanatda göstərildiyi kimi regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm. Nəticədə bölgə ölkələri nəqliyyat arteriyaları ilə bir-birinə bağlanacaq. Sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq", - Paşinyan bildirib.

Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də regional kommunikasiyaların açılması mövzusuna toxunub. O qeyd edib ki, münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik.

İlham Əliyevin sözlərinə görə, sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.

"Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir", - deyə Azərbaycan Prezidenti əlavə edib.

Ərdoğan da Qafqazda sülh və əməkdaşlıq tərəfdarıdır

BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Qafqazda davamlı sülh naminə yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıdır. 

"Zəngəzur koridorunun açılıb-açılmaması siyasi bir məsələdir", - deyə Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın koridorun açılmasının əlehyinə olmasına dair suala cavabında bildirib. 

"Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar", - deyə Ərdoğan əlavə edib. 

Türkiyə lideri həmçinin Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyin aradan qalxacağına da ümidvar olduğunu bildirib.

Həmçinin oxuyun:

Prezident: “Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu”

* Ərdoğan: Zəngəzur koridorunun açılıb-açılmaması siyasi məsələdir

* Nazir: “Zəngəzur dəhlizi mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacaq

9

Səfir İranın təlimləri, Ermənistana daşınan yüklər Seyid Həsən Amilinin təhdidi barədə

241
(Yenilənib 21:37 24.09.2021)
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatların çox yayılmasına təəssüf edir.

BAKI, 24 sentyabr - Sputnik. İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bu günlərdə Culfa-Aslanduz arasında, Azərbaycanla sərhəd boyunca hərbi təlimlərinin keçirilmə səbəbini izah edərkən deyib. 

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib və bu, planlı təlim olub:

"Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz".

Musəvi Ərdəbil məscidinin imamı Seyid Həsən Amilinin Azərbaycanı təhdid edən moizəsi barədə deyib ki, "dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox".

İran səfiri ölkənin "altılıq" (Azərbaycan-Türkiyə-İran-Rusiya-Gürcüstan-Ermənistan) formatına dəstək verdiyini də bildirib. Qeyd edib ki, "bu, bütün region ölkələrinin xeyrinədir". 

"Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm", - səfir deyib.

Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb:

"Bunlar dostyana, qardaşyana ismarıclar idi. Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yuk maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar.

Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm də Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək".

Həmçinin oxuyun:

* Allahşükür Paşazadə: "Ərdəbil kimi qədim, zəngin tarixə malik Azərbaycan şəhəri..."

* Gorus-Qafan yolu yenidən gündəmdə: İran səfiri Bakıda daha bir rəsmi ilə görüşdü

* Hikmət Hacıyev son üç gündə iki dəfə İran səfiri ilə görüşüb: Mövzu Gorus-Qafan yoludur?

241