Təcili yardım briqadası

Baş infeksionist: Azərbaycanda koronavirusun növbəti alovlanma dövrü başlayıb

50
(Yenilənib 20:15 15.08.2021)
"Ətrafımızda olan digər ölkələrə diqqət etsək, görərik ki, həmin proses onlarda bizdən də daha əvvəl başlayıb"

BAKI, 15 avqust — Sputnik. Artıq bir həftədən çoxdur ki, ölkəmizdə koronavirusa yoluxma hallarında bu cür sürətli mənfi dinamika izlənməkdədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, əgər bir müddət əvvəl rəqəmlər 200-dən artıq idisə, qısa müddət ərzində on dəfədən çox artıb.

"Ətrafımızda olan digər ölkələrə diqqət etsək, görərik ki, həmin proses onlarda bizdən də daha əvvəl başlayıb və epidemioloji vəziyyət ölkəmizdəkindən daha pisdir. Lakin son günlərdəki artım onu deməyə əsas verir ki, Azərbaycanda da xəstəliyin növbəti alovlanma dövrü başlayıb. Bir müddətdir ki, bununla bağlı həyəcan təbilini çalırıq və əhalinin həmin infeksiya ilə necə mübarizə aparması, o cümlədən vaksinasiyanın əhəmiyyəti haqqında maarifləndirmə işini çoxaltmağa çalışırıq", - deyə nazirlik rəsmisi bildirib.

"Son dövrlər qəbul edilən qərarlar, aparılan təbliğat-təşviqat işlərinin nəticəsidir ki, gündəlik peyvənd olunmaq üçün müraciət edənlərin sayı kifayət qədərdir. İlk günlərdə müraciət edənlərin sayı xeyli az idi. Hazırda bu rəqəm 60 minin ətrafında dəyişir. Bu da tam arzuolunan deyil. Dövlətin imkanı var ki, hər gün 100 min civarında vətəndaşın vaksinasiyasını həyata keçirsin. Aparılan kompleks tədbirlər nəticəsində vaksinə olan inanclar artıb. Vətəndaşlar daha kütləvi şəkildə müraciət edirlər. Lakin yenə də passiv qruplar var. Bizim də hədəfimiz onlardır. İstəyirik həmin şəxslərə vaksinin effektivliyinə və təhlükəsizliyinə dair məlumatları çatdıraq ki, onlar da vaxtında düzgün qərar qəbul etsinlər", - deyə T.Eyvazov qeyd edib.

Həmçinin oxuyun:

50
Sərdar Ortaç

"Tərbiyəsizlik etmişəm" - Sərdar Ortac təhqirə görə üzr istədi

4
(Yenilənib 21:52 24.09.2021)
Sənətçi etdiyi təhqirlərdən sonra sosial şəbəkələrdə video yayımlayaraq üzr istəyib. O, həmin vaxt içkili olduğunu deyib.

BAKI, 24 sentyabr — Sputnik. Türkiyəli müğənni Sərdar Ortaç Adanada verdiyi konserti zamanı "Beşiktaş" futbol klubu haqqında təhqiramiz ifadələr səsləndirib. Daha sonra ifaçının klubu təhqir etdiyi görüntülər sosial şəbəkələrdə yayılaraq insanların qəzəbinə tuş gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi etdiyi təhqirlərdən sonra sosial şəbəkələrdə video yayımlayaraq üzr istəyib. Müğənni bildirib ki, həmin vaxt içkili olub:

"Çox böyük tərbiyəsizlik etdim. Bəzən içkili olanda insan özünü itirir və nə dediyini bilmir. Bunu edəndə bəziləri də mənə dəstək oldu. İndi ediləcək heç nə yoxdur. Söz ağızdan bir dəfə çıxır. Dua edəcəm ki, klubun məşqçisi Sərgən Yalçın məni bağışlasın. Çox üzgünəm. Ümid edirəm məni bağışlayarsınız".

Məlumat üçün bildirək ki, Sərdar Ortaç Türkiyənin ən məşhur müğənnilərindən biridir. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub.

 

4
Qəssab əti mağazaya aparır, arxiv şəkli

İmişli sakini iylənmiş əti daşıyarkən yaxlandı

12
(Yenilənib 21:48 24.09.2021)
Avtomobilin yük yerində baytarlıq ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq iribuynuzlu heyvana məxsus ət aşkarlanıb.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə aparılan reyd zamanı İmişli rayonu ərazisində yaşayan vətəndaş İbrahimov Bəxtiyar Hacıəhməd oğluna məxsus 30-BJ-945 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirib. Bu barədə agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq iribuynuzlu heyvana məxsus ət aşkarlanıb.

Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Təyin olunan müvafiq ekspertizalarla aşkar olunan ətin istehlak üçün tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiqini tapıb. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 120 kq ət məhv edilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir müddət öncə Tərtərdə istehlaka yararsız 176 kq ət aşkarlanaraq məhv edilmişdi.

12