ABŞ Kabildəki səfirliyinin əməkdaşlarının təxliyəsinə başlayıb

© AFP 2023 / WAKIL KOHSARСотрудники правоохранительных органов в Афганистане, фото из архива
Сотрудники правоохранительных органов в Афганистане, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.08.2021
Abunə olmaq
Şənbə günü Co Bayden Əfqanıstandakı diplomatik heyətin ixtisarı zamanı təhlükəsizliyin təmin olunması üçün 5 min nəfərə qədər hərbi qulluqçunun orada yerləşdirilməsinə sərəncam verib.
 
BAKI, 15 avqust — Sputnik. Birləşmiş Ştatlar Kabildəki səfirliyinin diplomatlarının təxliyəsinə başlayıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə iki, adları çəkilməyən amerikalı məmur açıqlama verib.
"Hazırda biz hələ ki danışırıq, kiçik bir qrupumuz qola düşür, əməkdaşlarımızın əksəriyyəti getməyə hazırdır... Səfirlik işini davam etdirir", - deyə məmurlardan biri Reuters agentliyinə bildirib.
Xatırladaq ki, şənbə günü ABŞ prezidenti Co Bayden Əfqanıstandakı diplomatik heyətin ixtisarı zamanı təhlükəsizliyin təmin olunması üçün 5 min nəfərə qədər hərbi qulluqçunun orada yerləşdirilməsinə sərəncam verdiyini dilə gətirib. O qeyd edib ki, söhbət həmçinin bu ölkədə ABŞ qüvvələrinə yardım etmiş əfqanların təhlükəsizliyindən gedir.
Əfqanıstanda illərdir hökumət qüvvələri Taliban hərəkatı ilə mübarizə aparır. Son aylarda isə taliblər ölkənin böyük ərazilərini ələ keçirərək artıq iri şəhərlərə üz tutublar. Eskalasiya ABŞ ordusunun və NATO üzrə tərəfdaşlarının əsgərlərinin Əfqanıstandan çıxarılması fonunda daha da yüksəlir.
Avqustun əvvəlində taliblər Gilmənd əyalətindəki Ləşkərgah şəhərini tutdular, ayın ortalarına doğru isə Qəznə, Bəlx, Herat, Qəndəhar, Gündüz, Paktiya və digər əyalətlərin daha 15 əsas şəhəri onlara təslim oldu. Əfqanıstanda ümumilikdə 34 əyalət var. Döyüşlər hələ də davam edir. İri şəhərlərdən yalnız Kabil və Pakistanla sərhəddə yerləşən Nanqarhar əyalətinin mərkəzi Cəlalabad hökumət qüvvələrinin nəzarətindədir.
Qərb ölkələrinin KİV-lərində məlumatlar var ki, ay ərzində taliblər Kabilə nəzarəti ələ ala bilərlər.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Xəbər lenti
0