Kabil şəhərinə mənzərə, arxiv şəkli

Norveç Kabildəki səfirliyinin əməkdaşlarını təxliyə edir

22
(Yenilənib 19:47 13.08.2021)
Təkcə bu ölkənin vətəndaşları deyil, həmçinin diplomatik missiyada çalışan əfqanlar və onların ölkəni tərk etmək istəyən ailə üzvləri də təxliyə olunacaqlar.

BAKI, 13 avqust — Sputnik. Norveç hökuməti Kabildəki səfirliyin müvəqqəti oloaraq bağlanması barədə qərar qəbul edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu krallığın XİN rəhbəri İne Eriksen Syöreyde deyib.

"Norveç Əfqanıstandakı səfirliyin bütün əməkdaşlarını geri çağırır və bu ölkədəki diplomatik missiyanı müvəqqəti olaraq bağlayır", deyə nazir mətbuat konfransında bildirib.

Onun sözlərinə görə hökumət üçün əsas prioritet səfirlik əməkdaşlarının təhlükəsizliyidir.

"Kabildəki səfirlik müvəqqəti olaraq bağlanır. Vəziyyət imkan verən kimi missiya yenidən açılacaq", - deyə XİN rəhbəri vurğulayıb.

Nazir onu da deyib ki, Norveçə təkcə bu ölkənin vətəndaşları deyil, həmçinin diplomatik missiyada çalışan əfqanlar və onların ölkəni tərk etmək istəyən ailə üzvləri də təxliyə olunacaqlar.

Həmçinin oxuyun:

22
Teqlər:
Kabil, Taliban, Norveç, təxliyə, səfirlik
Spirtli içki

Alkoqollu içkilərə xərclədiyimiz pullar artıb - 51 milyon dollar

3
(Yenilənib 19:54 18.09.2021)
Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

BAKI, 18 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,779 milyon ABŞ dolları (17,8 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,902 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,531 milyon ABŞ dolları (6,3 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

Eləcə də oxuyun:

3
Teqlər:
alkoqol, alkoqollu içki, qiymət, idxal, bahalaşma
Yeniyetməyə koronavirusa qarşı peyvənd vurulur, arxiv şəkli

Dünyada uşaqlar COVID-19 əleyhinə necə vaksin olunurlar

3
(Yenilənib 19:24 18.09.2021)
ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, İrlandiya, İsveçrə kimi ölkələrdə uşaqların COVID-19 əleyhinə vaksin yaşı 12-dən başlayır.

BAKI, 18 sentyabr — Sputnik. Hələlik Azərbaycanda uşaqların COVID-19 əleyhinə vaksinləşməsi ilə bağlı bir qərar yoxdur. Nazirlər Kabinetinin qərarı ilə ölkədə yaşı 18-dən yuxarı olan şəxslərin vaksinasiyası aparılır. Azərbaycandan fərqli olaraq qonşu Türkiyədə isə artıq bu istiqamətdə addımlar atılıb və yaşı 12-15 olan uşaqlar vaksin olunurlar. Maraqlıdır, dünyada uşaqların vaksin yaşı neçədir?

Sputnik Azərbaycan bunu araşdırmağa çalışıb.

Bir çox dünya ölkələrində, xüsusən də inkişaf etmiş ölkələrdə COVID-19 əleyhinə uşaqların peyvənd yaşı 12 olaraq müəyyənləşib. Bəzi ölkələrdə bu yaş 12-15 yaş aralığında dəyişir.

Məsələn, ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, İrlandiya, İsveçrə kimi ölkələrdə uşaqların COVID-19 əleyhinə vaksin yaşı 12-dən başlayır.

Bəs bu ölkələrdə uşaqların neçə faizi vaksin olunub, buna nəzər yetirək:

- Fransada 68 %

- İtalyada 62%

- İspaniyada 79%

- Almaniyada 39%

- İrlandiyada 90%

- İsveçrədə 55%

Qonşu Türkiyədə vəziyyət necədir?

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, son günlər COVID-19 virusu ilə əlaqədar olaraq reanimasiyadakı uşaqların sayında artım olub: "Bu səbəbdən də əlimizdə əsas silahımız vaksindir. Ailələr övladlarını vaksin etdirməkdən qorxmasınlar. Nəinki Türkiyədə, dünyanın bir çox ölkələrində bu virus əleyhinə uşaqlar vaksin olunurlar. Məsələn, Kubada uşaqlar 2 yaşından vaksin olunurlar. Çin və Birləşmiş Ərəb ölkələrində 3 yaşdan vaksinləşmə başlayır".

Qeyd olunub ki, uşaqlar üçün vaksinin fərqli dozada tətbiqi ilə bağlı hələlik nəsə demək mümkün deyil: "Yaşı 12-dən yuxarı olanlara tam doza vaksin vurulur, yaşı 12-dən aşağı olanlara isə daha az dozada vaksinin vurulması üçün müəyyən işlər getsə də, hələlik bir nəticə, qərar yoxdur".

Eləcə də oxuyun:

3
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, vaksinasiya, dünya, uşaqlar
Mövzu:
Yeni tip koronavirus pandemiyası