Azərbaycan Respublikasının Baş Prokurorluğunun avtomobilləri

Yevlax sakininin anasını öldürməsi barədə məlumat həqiqəti əks etdirmir

18
(Yenilənib 18:15 13.08.2021)
Hazırda Yevlax rayon prokurorluğunda araşdırma davam etdirilir. Baş Prokurorluq rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyə çağırır.

BAKI, 13 avqust — Sputnik. Baş Prokurorluq Yevlax rayon sakini Gülnaz Həsənovanın ölümü ilə bağlı məlumata dair açıqlama yayıb. Sputnik Azərbaycan Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bildirilir ki, Yevlax rayon sakininin sərxoş vəziyyətdə anasını boğaraq öldürməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.

Mətbuat xidmətinin məlumatında qeyd olunur ki, avqustun 12-də saat 23 radələrində Yevlax rayonu Kövər kənd sakini 1957-ci il təvəllüdlü Həsənova Gülnaz Möhübbət qızının yaşadığı evdə vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, Gülnaz Həsənovanın meyitinin xarici müayinəsi zamanı onun bədənində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

İlkin araşdırma zamanı müəyyən olunub ki, mərhum Gülnaz Həsənova şəkər və təzyiq xəstəliyi ilə əlaqədar özünü yaxşı hiss etmədiyini bildirərək iynə vurdurmaq üçün qonşuda yaşayan tibb bacısının evinə gedərkən qonşunun qapısının qarşısında huşunu itirərək vəfat edib.

Araşdırma zamanı mərhumun oğlunun və digər şəxslərin izahatları alınıb, Gülnaz Həsənovanın ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda Yevlax rayon prokurorluğunda araşdırma davam etdirilir.

Baş Prokurorluq rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyə çağırır.

Həmçinin oxuyun:

18
Sergey Lavrov

Böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir - Sergey Lavrov

97
(Yenilənib 22:53 25.09.2021)
Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi.

BAKI, 25 sentyabr - Sputnik. Nüvə dövlətləri arasında istənilən müharibə, hətta nüvə müharibəsi olmasa belə, qəbuledilməzdir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz böyük dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasına tərəfdarıq. İstərdik ki, bu münasibətlər heç vaxt müharibəyə gətirib çıxarmasın. Ən azı, nüvə müharibəsininin olmasını dəqiq istəmirik. Yaxşı ki, prezidentlər Putin və Bayden nüvə müharibəsinin prinsipcə məqbul olmadığını bildiriblər. Mən isə düşünürəm ki, böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir. Çünki onun hər zaman nüvə münaqişəsinə gətirib çıxarması riski böyükdür", - deyə Lavrov mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi - prezdentlər nüvə müharibəsinin məqbul olmadığı mövqeyini təsdiq edib, habelə silahlara nəzarətə dair danışıqlar barədə razılığa gəliblər.

97
Teqlər:
Sergey Lavrov, nüvə müharibəsi
Neft buruğu, arxiv şəkli

İraqın neft naziri: Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıyıq

74
(Yenilənib 21:36 25.09.2021)
Azərbaycan və İraqın energetika nazirləri görüşüb. İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

BAKI, 25 sentyabr — Sputnik. Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə əsasən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz sektorunda nailiyyətləri, şaxələndirilmiş infrastruktur sisteminin yaradılması ilə ölkəmizin regional və beynəlxalq enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr, həmçinin qaz hasilatı və ixracının artımında "Cənub Qaz Dəhlizi"nin rolu barədə ətraflı məlumat verib. Eyni zamanda, müasir trendlərə uyğun olaraq bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" məkanlarına çevrilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi milli prioritetinin növbəti onillikdə reallaşdırılmasını, işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılmasını təşviq edən strateji qərarları enerji əməkdaşlığı üçün yeni imkanlar açır.

Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpa olunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib:

"Hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və qlobal neft bazarının tənzimlənməsi prosesində birgə iştirak gələcək əməkdaşlığımız üçün təməldir. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatı və OPEC+ formatı çərçivəsində mövcud olan enerji əməkdaşlığını genişləndirmək üçün perspektivləri dəyərləndirə bilərik".

İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid isə ölkəsinin neft-qaz sahəsində mövcud təcrübəsini bölüşüb, Azərbaycanın neft bazarının balanslaşdırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır.

Görüşdə, həmçinin İraqın bərpa olunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

İraq SOCAR-la əməkdaşlıq etmək niyyətini açıqladı

74
Teqlər:
İraq