Solaxay, arxiv şəkli

Bu gün Solaxaylar günüdür

78
Solaxayların Beynəlxalq Assosiasiyasının mənzil-qərargahı ABŞ-ın Kanzas ştatındakı Topika şəhərində yerləşir. Bu günün keçirlməsində məqsəd bu qəbildən olan insanlara dəstək olmaqdır.

BAKI, 13 avqust — Sputnik. Hər il avqustun 13-ü dünyada Solaxaylar günü kimi qeyd olunur. Sputnik Azərbaycan xəbər verir ki, beynəlxalq Solaxaylar günü 1992-ci ildə Britaniya solaxaylar klubunun təşəbbüsü ilə təsis edilib.

Dünyada solaxaylar hərəkatının vüsət almasının maraqlı tarixçəsi var. 1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu (tapança qabını) sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarıb. F.Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı, halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurub. Amerikalı solaxaylar F.Uinbornun müdafiəsilə bağlı mitinlərə başlayandan sonra məhkəmə adı çəkilən polis əməkdaşının öz işinə bərpa edilməsinə dair qərar çıxarmağa məcbur olub.

Beləcə dünyada solaxaylar hərəkatı baş qaldırıb. Sonralar digər ölkələrdə də solaxaylara qarşı ədalətsizlik baş verəndə, kütləvi etiraz aksiyaları keçirilib.

Solaxaylar gününün keçirlməsində məqsəd bu qəbildən olan insanlara dəstək olmaqdır. Solaxayların Beynəlxalq Assosiasiyasının mənzil-qərargahı ABŞ-ın Kanzas ştatındakı Topika şəhərində yerləşir. Bu assosiasiya "Solaxaylar haqqında qanun layihəsi" də hazırlayıb.

Vaxtilə bir sıra ölkədə solaxaylar diskriminasiyaya məruz qalıb, onlara qarşı haqsızlıqlar edilib. Məsələn, bəzi dinlərə görə şeytan da solaxaydır və bundan sui-istifadə edənlər solaxayları şeytanla eyniləşdirməyə çalışaraq onlara qarşı hücumlar təşkil ediblər. Həm xaçpərəstlər, həm də müsəlmanlar solaxaylığı şər qüvvələrlə bağlayırdılar.

Sovet dövründə SSRİ-nin əksər məktəblərində solaxay uşaqları sağ əllə yazmağa məcbur ediliblər. Bu cür hallar xüsusilə Rusiya ərazisində müşahidə edilib. Sovet hökuməti qurulmazdan əvvəl Rusiyada solaxaylara hətta  məhkəməyə müraciət etmək də yasaq edilmişdi.

Böyük Britaniyada indi də solaxay məktəblilər sağ əllə yazmağa məcbur edilirlər. Alimlər belə məcburiyyətlərin solaxay uşaqlara psixoloji təsir etdiyini bildirirlər. Ümumiyyətlə dünyada solaxaylara qarşı münasibət heç vaxt birmənalı olmayıb. Məşhur psixoloq Lombrozo idda edib ki, guya solaxaylar potensial cinayətkarlardır və bu üzdən də onların tez-tez cəzaçəkmə müəssisələrinə düşməsi təsadüfi sayılmamalıdır. Lakin psixoloqun bu iddiası sonradan rədd edilib.

Bəzi məlumatlara görə, hazırda dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Alimlər solaxaylığın genetik səbəblərə əsaslandığını düşünürlər. Böyük Britaniya tədqiqatçıları bunu təsdiq edən genlər aşkarlayıblar. Sağəlli insanlarda beynin sol yarımkürəsi nitq və dilə, sağ tərəfi isə hissiyatlara nəzarət edir. Lakin solaxaylarda bunun tamamilə əksi müşahidə olunur. Mütəxəssislərin qənaətinə görə, solaxaylar beynin hər iki tərəfindən daha asanlıqla istifadə edə bilirlər. Solaxaylığın genlər qrupu olduğu bildirilir, lakin bunların məhz hansı genlər olduğu hələ dəqiq məlum deyil.

Əvvəllər belə hesab edilirdi ki, solaxaylıq pis əlamətdir, solaxaylar o qədər də sağlam adamlar deyillər, onlar epilepsiya və şizofreniya kimi xəstəliklərə sağalaylardan çox məruz qalırlar. Lakin indi alimlər başqa fikirdədirlər: solaxaylıq patologiya deyil, insan beyninin fəaliyyətinin alternativ variantıdır və problemlərin qeyri-standart həllinə imkan verir.

Solaxaylar xüsusi istedada malik olurlar. Onlara idmanın müxtəlif sahələrində rast gəlmək olar. Sübut olunub ki, idmanda solaxay olmaq həmişə həmin insanların xeyrinə işləyib. Solaxayların bədii yaradıcılığa daha həssas olduğu bildirilir. Solaxaylar sənətə, rəssamlığa, musiqiyə, bəstəkarlığa, memarlığa meyilli adamlar, qeyri-standart ideyalar sahibidirlər. Cinayətkar solaxaylar arasında fırıldaqçılar, dələduzlar, saxta pul kəsənlər əksəriyyət təşkil edir. Solaxay insanlar kompüter oyunları oynayarkən və ya idmanla məşğul olarkən daha sürətlə düşünə bilirlər.

Dünyanın elə bölgələri var ki, orada solaxay insanların doğulması faiz etibarilə həmişə sabit olub. Ərəblər, çinlilər, yaponlar arasında isə solaxayların faizi daha yüksəkdir.

Əksər valideynlər uşaqlarının solaxay olduğunu bildikdə onları sağvərdişli etməyə çalışırlar. Mütəxəssislər deyirlər ki, sağ ələ keçmə solaxaylar üçün əsl stresdir. Balaca solaxayın problemi onun əlindəki qələmi soldan sağa keçirmək istədikdə başlayır. Qətiyyən belə etmək olmaz. Əks halda uşaqda nevroz, diqqətsizlik, yaddaşın zəifləməsi və yazıda problemlər yarana bilər.

Dünyada solaxay məşhurlar çox olub. Bunlara misal olaraq Janna d,Ark, Lyuis Kerroll, Nikolay Leskov, Leonardo da Vinçi, Merilin Monro, Albert Eynşteyn, Mikelancelo, Pol Makkartni, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Robert De Nironu göstərmək olar.

Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Böyük Karl, Uinston Çörçill kimi məşhur dövlət xadimləri da solaxay olublar. Amerikanın keçmiş prezidentləri Ronald Reyqan, ata Corc Buş, Bill Klinton, Barak Obama, Hollivud ulduzları Robert de Niro və Brüs Uillis də solaxaylardandırlar.

Həmçinin oxuyun:

78

Rusiyalı dənizçilər Şüvəlanda həmkarlarının xatirəsini yad ediblər

8
Xəzər dənizinin tam xəritəsini hazırlamaq üçün məlumat toplayan gəmi 1857-ci ildə Abşeron yarımadasının sahilində pis hava şəraiti üzündən qəzaya uğrayıb, 22 nəfər həlak olub.

BAKI, 18 sentyabr - Sputnik. Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyətinin üzvləri Abşeronun Şüvəlan kəndində "Kuba" gəmisinin dənizçilərinin abidəsini ziyarət edərək 164 il əvvəl həlak olmuş həmkarlarının xatirəsini yad ediblər.

1857-ci il sentyabrın 14-də qəzaya uğrayan "Kuba" paroxodu Xəzər Astronomiya və Hidroqrafiya ekspedisiyasının rəhbərliyi ilə Xəzər dənizinin tədqiqatı ilə məşğul idi. İyirmi iki nəfərin həlak olduğu qəzada əlli yeddi nəfərin həyatını qurtarmaq mümkün olub. 

© Sputnik
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə

Təxminən bir əsr yarım əvvəl Həştərxandan yola salınan gəmi Xəzər dənizinin hərtərəfli və tam təsviri, onun dəqiq xəritəsinin hazırlanması tapşırığını almışdı. Ancaq qəza günü hava dumanlı, yağışlı idi, qasırğa gəmini Şüvəlan burnunda əvvəllər qeydə alınmayan sualtı daşlara çırpdı.

Bir qədər sonra qəza yerinin yaxınlığında memar İohann Edelin müəllifi olduğu abidə ucaldıldı. Azərbaycan müstəqillik əldə edəndən sonra, 2005-ci ildə, Böyük Vətən Müharibəsində Qələbənin 60 illiyi ərəfəsində abidə bərpa olundu.

© Sputnik
Batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.

"Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə şənbə günü Bakıya gələn Rusiya HHD dənizçiləri qəza qurbanlarının abidəsi önünə güllər düzərək hərbi salam veriblər.

  • Batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.
    © Sputnik
  • Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə
    © Sputnik
  • Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının nümayəndə heyəti batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə önündə
    © Sputnik
1 / 3
© Sputnik
Batmış "Kuba" gəmisinin dənizçilərinin xatirəsinə ucaldılmış abidə.

Qeyd edək ki, şənbə günü, sentyabrın 18-də dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Donanmasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib.
Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Səfər sentyabrın 20-dək davam edəcək.

 

8
Teqlər:
rusiyalı, hərbi dənizçilər, Bakı, Şüvəlan, xatirə, abidə
Fransanın xarici işlər naziri  Jan İv Lö Drian, arxiv şəkli

Fransa ilə ABŞ arasında ciddi böhran var - XİN rəhbəri etiraf etdi

9
Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib.

BAKI, 18 sentyabr - Sputnik. Fransa Xarici işlər naziri Jan-İv Lö Drian ABŞ-la münasibətlərində ciddi böhran olduğunu etiraf edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, nazir: "Tarixdə ilk dəfə olaraq Fransa səfirinin ABŞ-dan geri çağırılması ciddi siyasi akt, böhranın dərinliyinin göstəricisidir", - deyib.

Qeyd edək ki, Fransanın ABŞ və Avstraliyadakı səfirlərini geri çağırmasına Avstraliyanın sentyabrın 15-də Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizlik barədə əməkdaşlıq haqda (AUKUS) müqavilə imzalaması səbəb olub. Çünki Avstraliya eyni zamanda Fransanın Naval Group sualtı qayıq şirkəti ilə razılaşmadan çıxdığını bəyan edib. "Əsrin müqaviləsi" adlandırılan, 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərindəki razılaşma "Barracuda" sinfindən olan 12 zərbə sualtı qayığının tikintisini nəzərdə tuturdu.

Fransa XİN rəhbəri Avstraliyanın müqavilədən çıxmaq barədə qərarını "arxadan vurulan zərbə" adlandıraraq qeyd edib ki, artıq etibar məhv edilib. Onun sözlərinə görə, "müqavilənin dayandırılmasından çox hiddətlənib". Fransa həm Avstraliya, həm də ABŞ-dan izahat gözləyir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Horn isə Parisin mövqeyini anladıqlarını bildirib.

"Biz fransız həmkarlarımızla onların səfirlərini məsləhətləşmələr üçün Parisə çağırmaq barədə qərarına görə sıx təmasdayıq... Onların mövqelərini anlayır və fikir ayrılıqlarını yoluna qoymaq üçün qarşılıqlı fəaliyyətdə olacağıq, biz uzunmüddətli müttəfiqliyimiz ərzində başqa məqamlarda da eyni cür davranmışıq", - Hornun yazılı açıqlamasında deyilir.

Hornun sözlərinə görə, ABŞ Fransanı özünün "köhnə tərəfdaşı və ən güclü partnyorlarından biri" hesab edir.

Avstraliyanın Xarici işlər naziri Maris Peyn də Fransa səfiri Jan-Pyer Tebonun geri çağırılmasından üzüldüyünü söyləyib. O qeyd edib ki, Fransanın Avstraliyanın sualtı qayıqların alınmasına dair müqavilədən imtinasına görə məyusluğunu anlayır, ancaq onun hökuməti milli təhlükəsizliyin təminatı məqsədilə sözügedən qərarı verib. Xanım Peyn əlavə edib ki, Kanberra Parislə münasibətlərinə dəyər verir və gələcəkdə qarşılıqlı fəaliyyətə hazırdır.

9