"Səadət" sarayında rəzalət

© pixabay / olyamajorСтол в доме торжеств, фото из архива
Стол в доме торжеств, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
Agentlik əməkdaşları tərəfindən Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində fəaliyyət göstərən “Səadət” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
BAKI, 13 avqust — Sputnik. AQTA şənlik mərasimlərində monitorinqləri davam etdirir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir. Bu barədə agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.
Agentlik əməkdaşları tərəfindən Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində fəaliyyət göstərən “Səadət” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Belə ki, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, sıxlıq normalarının gözlənilmədiyi, həmçinin, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.
Qeyd edək ki, mütəmadi olaraq karantin qaydalarının gözlənilib-gözlənilməməsi ilə bağlı olaraq Daxili İşlər Nazirliyi və AQTA trəfindən monitorinqlər aparılır.
 
 
Xəbər lenti
0