Vidadi Muradov, arxiv şəkli

"Azərxalça"nın sabiq rəhbəri Vidadi Muradovun həbs müddəti uzadılıb

10
(Yenilənib 12:18 09.08.2021)
Onun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

BAKI, 9 avqust — Sputnik. Binəqədi rayon Məhkəməsində "Azərxalça" ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb. Sputnik Azərbaycan APA-ya xəbərinə görə, prosesdə təqdimat təmin edilib. V.Muradov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, "Azərxalça" ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq "Azərxalça" ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Bundan başqa, Vidadi Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu "Azər-İlmə" MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyərək "Azərxalça" ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Habelə Vidadi Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq "Azərxalça" ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğində pulun "Azərxalça" ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, "Azərxalça" ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

09 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun:

10
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiyanın hərbi gəmiləri Bakıda

2
Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.

 

BAKI, 18 sentyabr — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.

Eləcə də oxuyun:

2
Teqlər:
gəmi, Bakı, Rusiya, Xəzər dənizi
Mövzu:
Bakının son xəbərləri
Пианист, фото из архива

Kosmosda da səslənir: Azərbaycanın ən gözəl musiqi parçalarından seçmələr

8
Sputnik Azərbaycan nəinki Yerdə, eləcə də Kainatda səslənməyə layiq Azərbaycan xalq və bəstəkar musiqi əsərlərinin bəzilərini təqdim edir.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda Musiqi Günü sentyabrın 18-də, dahi bəstəkar, musiqişünas, pedaqoq, Azərbaycan peşəkar musiqisinin banisi, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilir.

Hər il Azərbaycanda bu gün bir sıra tədbirlər keçirilir, konsertlər təşkil olunur. Üzeyir Hacıbəyli adına festival isə bu il sentyabrın 18-dən 24-dək davam edəcək. Onun ilk konsertlərinin bu gün Şuşada təşkil olunması gözlənilir.

Milli Musiqi Günü münasibətilə Sputnik Azərbaycan ölkənin tanınmış mədəniyyət xadimlərinə müraciət edərək özləri ilə kosmik uçuşa yollansalar, hansı Azərbaycan musiqi incilərini götürmək istədiklərini soruşub. Onların seçimini təqdim edirik.  

Xalq artisti, dirijor Rauf Abdullayev - Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra.

İstedadlı tenor Azər Zadə - Tofiq Quliyevin "Azərbaycan"ı.

Əməkdar artist Fuad İbrahimov - Fikrət Əmirovun "Azərbaycan kapriççiosu".

Xalq artisti Mənsum İbrahimov və əməkdar artist Təyyar Bayramov - Azərbaycan muğamı, xüsusən "Bayatı-Şiraz".

Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov - "Sən gəlməz oldun" (musiqisi Ələkbər Tağıyev, sözləri Mədinə Gülgün)

 

Xalq artisti, pianoçu Murad Adıgözəlzadə - Fərhad Bədəlbəylinin "Dəniz"i.

Xalq artisti, Bolşoy Teatrın solisti Elçin Əzizov - Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romansları. 

Bu siyahıya Qara Qarayev, Soltan Hacıbəyov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Niyazi, Rauf Hacıyev, Şəfiqə Axundova, Müslüm Maqomayev, Firəngiz Əlizadə və başqalarının əsərlərini də əlavə etmək olar.

Azərbaycan muğamı kosmosda

1977-ci il fevralın 27-də "Voyacer"in Qızıl diski" işıq üzü görüb. Kainatın sakinlərini planetimizin səsləri ilə tanış etmək məqsədilə NASA-nın sifarişi ilə tərtib olunmuş, "Yerin səsləri" adlı, səslərin, nitqin, musiqinin kompilyasiyası "Voyacer" kosmik gəmisinin göyərtəsində kosmosa göndərilib.

Bethovenin Beşinci simfoniyası və 13-cü simli kvarteti, Baxın "Brandenburq konserti" və "Yaxşı temperlənmiş klavir"i, Motsartın "Sehrli fleyta"sı və Stravinskinin "Müqəddəsin baharı", Lui Armstronqun ifasında "Melancholy Blues", kor blüzmen Blaynd Uilli Consonun ifasında "Dark Was the Night, Cold Was the Ground" diskdə yer alır.

Diskə eləcə də Azərbaycan muğamı, gürcü xoru, vulkanların püskürməsi, ildırım səsi, işıldaböcəklərin və yağışın səsi, ürək döyüntüsü, gülüş, it hürüşü, quşların nəğmələri də yazılıb.

 

8
Teqlər:
musiqi, Musiqi günü, video