Azərbaycanlı fleytaçı Ağarəhim Quliyevin xeyriyyə konserti

Azərbaycanlı musiqiçi Parisdə xeyriyyə konserti verib

21
(Yenilənib 12:08 09.08.2021)
Azərbaycanlı gənc ifaçını konsertdə braziliyalı fleytaçı Eduardo Rosa və ingilis pianoçu Julyan Miles müşayiət edib. Konsertdə müxtəlif kamera musiqi parçaları səsləndirilib.

BAKI, 9 avqust — Sputnik. Parisin Müqəddəs Merri kilsəsində istedadlı azərbaycanlı fleytaçı Ağarəhim Quliyevin xeyriyyə konserti olub.

Sputnik Azərbaycan xəbər verir ki, konsertdə 150-dən çox musiqisevər iştirak edib. Azərbaycanlı gənc ifaçını konsertdə braziliyalı fleytaçı Eduardo Rosa və ingilis pianoçu Julyan Miles müşayiət ediblər. Konsertdə müxtəlif kamera musiqi parçaları səsləndirilib.

Gənc musiqiçilər danimarkalı pianoçu və bəstəkar Frederik Kulavın "Grand trio", macar fleyta virtuozu və bəstəkarı Frans Dopplerin "Andante et Rondo", fransız bəstəkarı və pianoçusu Kamil Sent-Saensin (Camille Saint-Saens) "Le Cygne" əsərlərini ifa edilib. Musiqiçilərin ifası alqışlarla qarşılanıb.

Məlumat üçün bildirək ki, Prezident təqaüdçüsü Ağarəhim Quliyev Bakıda musiqiçi ailəsində anadan olub. Hələ 9 yaşında L.M.Rostropoviç musiqi məktəbində fleyta üzrə dərslərə başlamış gənc musiqiçi qısa zamanda istedadlı olduğunu göstərib və "İlin kəşfi" mükafatı laureatı, eləcə də nəfəs alətləri üzrə dövlət müsabiqəsinin qalibi olub.

2012-ci ildə İslam ölkələrinin gənc musiqiçiləri üçün keçirilən ilk beynəlxalq müsabiqədə Qran-pri mükafatına layiq görülüb. Müsabiqədən sonra Samaradakı (Rusiya) Yuri Başmet Musiqi Akademiyasına daxil olub. Ağarəhim 2013-cü ildə Estoniyanın "Baltik ulduzları" beynəlxalq yarışmasında birinci yeri, Gürcüstanda keçirilən "Gələcəyin ulduzları" beynəlxalq müsabiqəsinin Qran-Prisini qazanıb.

Azərbaycanlı gənc fleytaçının Parisdə UNESCO mənzil qərargahı, Hall Corto, Kremlin konsert salonu, Notre Dame des Blanc Manteaux, Saint Merry, Saint Eustache kilsələrində konsertləri olub. O, "Sir James Galway" beynəlxalq fleyta festivalı, İtaliyadakı Severino Gazelloni Festivalında iştirak edib.

Gənc fleytaçı 2018-ci ildən Paris Ecole Normale de Musique-də məşhur fleytaçı Patricia Naglenin sinfində təhsilini davam etdirir. Elə həmin il Parisdə keçirilən "Clés d'Or" beynəlxalq yarışmasında birincilik qazanıb.

2021-ci ildə Ağarəhim ən çətin müsabiqəni fərqlənmə ilə başa vuraraq, Paris Regional Konservatoriyasına daxil olub.

Həmçinin oxuyun:

21
Teqlər:
musiqiçi, fleyta, konsert, Paris, azərbaycanlı, xeyriyyə
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

9
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

9
Teqlər:
İES, SES

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb

6
(Yenilənib 22:27 25.09.2021)
BQXK-nin prezidenti humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı və tərəflər arasındakı uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib. 

Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir münaqişə kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Öz növbəsində BQXK-nin prezidenti Piter Maurer verilmiş məlumatlara görə təşəkkürünü bildirərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib. O, humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin ümumi humanitar məqsədli fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

6
Teqlər:
Ceyhun Bayramov, BQXK