Ağdamda Şəhidlər Xiyabanında

Müharibə əlilləri şəhid ailələri üçün əlavə dəstək tədbirləri görüləcək

14
(Yenilənib 19:47 30.07.2021)
Ümumən 3 minə yaxın ailəyə səfər edilərək 10 min ailə üzvünə sosial-psixoloji dəstək göstərilib, ehtiyacı olanlarla davamlı psixoloji konsultasiyalar keçirilib.

BAKI, 29 iyul — Sputnik. Mənzillərlə təmin olunan müharibə əlilləri və şəhid ailələrindən ehtiyacı olanlar üçün əlavə psixoloji dəstək tədbirləri həyata keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Sosial Xidmətlər Agentliyinin 2021-ci ilin 6 ayının yekunlarına və postmüharibə dövründə sosial xidmətlərə dair mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.

O deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1300-ü təqdim edilib: ”Ümumən indiyədək 10 min şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib. Bölgələrdə də bu il onlara 460-dan çox fərdi evin verilməsi planlaşdırılıb və artıq həmin evlərin inşasına başlanıb”.

O qeyd edib ki, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinə, qazilərə Agentlik tərəfindən 2020-ci ilin noyabr ayından psixoloji dəstək tədbirləri həyata keçirilir. Habelə müharibə dövründə zərərçəkmiş mülki əhali ilə psixo-sosial işlər aparılır. Ümumən 3 minə yaxın ailəyə səfər edilərək 10 min ailə üzvünə sosial-psixoloji dəstək göstərilib, ehtiyacı olanlarla davamlı psixoloji konsultasiyalar keçirilib.

Növbəti mərhələdə isə konsultasiyalara başlanacaq.

V.Behbudov bu il üçün 160-a yaxın avtomobilin müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə verilməsinin nəzərdə tutulduğunu, artıq 50-nin verildiyini, ümumən bu günədək 7250 avtomobilin bu kateqoriyadan olanlara təqdim edildiyini deyib.

O bildirib ki, bu ilin 6 ayında 8614 vətəndaşa evdə (səyyar) sosial xidmət göstərildiyini diqqətə çatdırıb. Bildirib ki, ötən ay, yəni iyun ayından pilot olaraq Bakının Səbail və Yasamal rayonlarında  sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqlar üçün başladılan səyyar sosial reabilitasiya xidmətlərinə 18 uşaq cəlb olunub. Bu xidmətin effektivliyi müşahidə edildiyindən prosesin Bakının digər rayonlarını və bölgələri də əhatə etməsi üçün işlərə başlanıb.

Agentlik sədri əlilliyi olan gənclər üçün regionlarda peşə-əmək reabilitasiyası mərkəzlərinin qurulması, bu istiqamətdə onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi üzrə təklif hazırlanıb aidiyyəti üzrə təqdim olunduğunu qeyd edib. Layihənin Şəki və Quba rayonlarında həyata keçirilməsi ilə bağlı artıq ilkin işlərə başlanıb.

V.Behbudov qeyd edib ki, bu ilin ilk yarımilində 179 imtiyazlı şəxs sanatoriya-kurort mərkəzlərinə yollayışla təmin olunaraq həmin mərkəzlərə yola salınıb, effektiv fizioterapevtik və digər vacib prosedurlara cəlb olunublar. Gələn ayın əvvəllərində isə daha 71 nəfər Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə göndəriləcək.

Mətbuat konfransında həssas əhali qrupları ilə bağlı qurumun digər sahələrdə gördüyü işlərdən də bəhs olunub, mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

14
ÜST

ÜST-dən sevindirici xəbər

4
Təşkilatın açıqladığı statistikaya görə, yaşı 24-dək olanlar arasında ölümlər bu virusdan dünyasını dəyişənlərin ümumilikdə 0.5 faizindən də azdır.

BAKI, 18 sentyabr — Sputnik. Bu həftə ərzində dünyada COVID-19-a yoluxmada azalma qeydə alınıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

ÜST-ün məlumatına görə, ilk dəfə olaraq bu həftə rəqəmlərdə böyük azalmalar qeydə alınıb. ÜST-dən bildirilib ki, daha öncəki iki həftə ərzində həftəlik yoluxma 4.4 milyon idisə, başa vurduğumuz bu həftədə dünya üzrə yoluxma sayı 4 milyon olub.

Bundan başqa, bu həftə ərzində COVID-19-dan ölüm sayında da azalma qeydə alınıb. ÜST bildirib ki, dünya üzrə bu həftəlik ölüm 62 min olub. Ölüm sayında ən çox azalma isə Cənubi Asiyada qeydə alınıb. Virusun yeni ştammlarından biri olan "Delta"nın artıq 180 ölkədə yayıldığı da qeyd olunub.

ÜST-ün məlumatında uşaqlar, yeniyetmələr və gənclərin bu virusa daha az yoluxduğu vurğulanıb. Təşkilatın açıqladığı statistikaya görə, yaşı 24-dək olanlar arasında ölümlər bu virusdan dünyasını dəyişənlərin ümumilikdə 0.5 faizindən də azdır.

Eləcə də oxuyun:

4
Teqlər:
ÜST, COVID-19, epidemiya, Koronavirus, yoluxma, ölüm, statistika
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiyanın hərbi gəmiləri Bakıda

24
(Yenilənib 12:19 18.09.2021)
Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

BAKI, 18 sentyabr — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

  • Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
    © Sputnik / Murad Orujov
  • Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
    © Sputnik / Murad Orujov
1 / 2
© Sputnik / Murad Orujov
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Xatırladaq ki, avqustda Rusiya, Azərbaycan, İran və Qazaxıstan gəmilərinin sentyabrda Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçəcəkləri barədə məlumat yayılmışdı.

Rusiya Xəzər donanmasının komandanının müavini kontr-admiral Sergey Yakimovun sözlərinə görə, birgə təlimlərdə Rusiya HDD-nin, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcəklər: "Bir neçə gün ərzində biz burada, Xəzər dənizində birgə fəaliyyətləri məşq edəcəyik".

Eləcə də oxuyun:

24
Teqlər:
gəmi, Bakı, Rusiya, Xəzər dənizi
Mövzu:
Bakının son xəbərləri