İlin ilk yarısında övladlığa verilən uşaqların sayı açıqlanıb

© AFP 2023 / DELIL SOULEIMANНоги ребенка, фото из архива
Ноги ребенка, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.07.2021
Abunə olmaq
2021-ci ilin 6 ayında agentliyə 182 müraciət daxil olub ki, onlardan 58-i müəssisədən övladlığa götürmə ilə bağlıdır.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov məlumat verib.

O bildirib ki, övladlığagötürmə üzrə fəaliyyətimizin statistikasına gəldikdə isə, 2021-ci ilin 6 ayında agentliyə 182 müraciət daxil olub ki, onlardan 58-i müəssisədən övladlığagötürmə ilə bağlıdır.

Bu dövrdə 28-i qız və 26-sı oğlan olmaqla 54 uşaq övladlığa verilib. 31 uşaq isə müəssisəmizdən ailəsinə reinteqrasiya olunub, yəni ailələrinə qaytarılıb.

Bir məqamı da diqqətinizə çatdırım ki, övladlığa verilən uşaqların tərəfimizdən mütəmadi olaraq monitorinqi də həyata keçirilir. Bu dövrdə 206 övladlığa verilən uşaq monitorinq edilib.

Həmçinin oxuyun: 

* Xeyli uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

* Müavinətlər və güzəştlər olacaq - Himayədar ailələri nələr gözləyir?

* Bu il 17 uşaq övladlığa verilib

Xəbər lenti
0