Qax rayonuna dolu yağıb

Azərbaycanda bu günün havası: Sel, dolu, dalğa

20
(Yenilənib 12:38 29.07.2021)
Yağan intensiv və güclü yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qabırrı-Kəsəmən (Şəmkir), Qanıx çaylarında sululuq artıb, bəzi dağ çaylarından sel keçib.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 27-si axşamdan 29-u səhərədək ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, yağan intensiv və güclü yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qabırrı-Kəsəmən (Şəmkir), Qanıx çaylarında sululuq artıb, bəzi dağ çaylarından sel keçib. Ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.

Yağıntının toplam miqdarı Ləzədə (Qusar) 65 mm (aylıq normanın 218 %-i), Balakəndə 49 mm (aylıq normanın 63 %-i), Zaqatalada 44 mm (aylıq normanın 60 %-i), Şahdağda 42 mm, Oğuzda 38 mm (aylıq normanın 57 %-i), Qazaxda 35 mm, (aylıq normanın 110 %-i), Kişçayda (Şəki) 35 mm (aylıq normanın 58 %-i), Şəkidə 34 mm (aylıq normanın 56%-i), Qusarda 30 mm (aylıq normanın 110%-i), Lənkəranda 28 mm (aylıq normanın 201%-i), Lerikdə 25 mm (aylıq normanın 151%-i), Astarada 23 mm (aylıq normanın 69%-i), Sarıbaş (Qax) 23 mm, Qrızda 22 mm, Quba, Xınalıqda 17 mm, Qəbələdə 15 mm, Nabranda 14 mm, Ağstafada 12 mm, Tovuz, Qax, Gəncədə 10 mm, Ceyrançöldə 9 mm, Tərtərdə 7 mm, Şəmkir, Şərurda 5 mm, Mingəçevir, Xaçmazda 4 mm, Şabran, Yardımlı, Yevlaxda 3 mm, Qax, Gədəbəy, Ağdərə (Ordubad), Göygöl, İsmayıllı, Bərdə, Şahbuzda 2 mm, Daşkəsən, Sədərək, Xaltan, Naxçıvan, Şamaxı, Qobustan, Naftalan, Salyan, Göyçay, Zərdab, Kürdəmir, Biləsuvar, Beyləqan, Cəfərxan, Salyan, Maştağa, Bakıda 1 mm-dək olub.

Şəmkirçay Qalakənddə diametri 22 mm, saat 18:15-18:20 radələrində Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 mm, Plan kəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xırda dənəli dolu yağıb.

Şimal-qərb küləyi arabir Daşkəsən, Neftçalada 25 m/s, Salyanda 23 m/s, Naftalanda 22 m/s, Şirvanda 21 m/s, Altıağac, Ağstafada 20 m/s, Çeyrançöldə 19 m/s, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvan, Hacıqabulda 18 m/s, Şabranda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağa, Bakıda 35 m/s, Sumqayıtda 31 m/s, Qum adasında 30 m/s, Pirallahı, Çilov adasında 29 m/s, Neft Daşlarında 28 m/s, Qum yataqda 26 m/s, Binədə 24 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.0 metrə çatıb.

İyulun 29-u səhər saatlarından şimal-qərb küləyi 8-13 m/s-dək mülayimləşib.

Xidmətdən bildirilib ki, iyulun 29-u gündüz, 30-da ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu tədricən yüksələcək.

20
Spirtli içki

Alkoqollu içkilərə xərclədiyimiz pullar artıb - 51 milyon dollar

2
(Yenilənib 19:54 18.09.2021)
Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

BAKI, 18 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,779 milyon ABŞ dolları (17,8 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,902 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,531 milyon ABŞ dolları (6,3 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

Eləcə də oxuyun:

2
Teqlər:
alkoqol, alkoqollu içki, qiymət, idxal, bahalaşma
Yeniyetməyə koronavirusa qarşı peyvənd vurulur, arxiv şəkli

Dünyada uşaqlar COVID-19 əleyhinə necə vaksin olunurlar

2
(Yenilənib 19:24 18.09.2021)
ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, İrlandiya, İsveçrə kimi ölkələrdə uşaqların COVID-19 əleyhinə vaksin yaşı 12-dən başlayır.

BAKI, 18 sentyabr — Sputnik. Hələlik Azərbaycanda uşaqların COVID-19 əleyhinə vaksinləşməsi ilə bağlı bir qərar yoxdur. Nazirlər Kabinetinin qərarı ilə ölkədə yaşı 18-dən yuxarı olan şəxslərin vaksinasiyası aparılır. Azərbaycandan fərqli olaraq qonşu Türkiyədə isə artıq bu istiqamətdə addımlar atılıb və yaşı 12-15 olan uşaqlar vaksin olunurlar. Maraqlıdır, dünyada uşaqların vaksin yaşı neçədir?

Sputnik Azərbaycan bunu araşdırmağa çalışıb.

Bir çox dünya ölkələrində, xüsusən də inkişaf etmiş ölkələrdə COVID-19 əleyhinə uşaqların peyvənd yaşı 12 olaraq müəyyənləşib. Bəzi ölkələrdə bu yaş 12-15 yaş aralığında dəyişir.

Məsələn, ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, İrlandiya, İsveçrə kimi ölkələrdə uşaqların COVID-19 əleyhinə vaksin yaşı 12-dən başlayır.

Bəs bu ölkələrdə uşaqların neçə faizi vaksin olunub, buna nəzər yetirək:

- Fransada 68 %

- İtalyada 62%

- İspaniyada 79%

- Almaniyada 39%

- İrlandiyada 90%

- İsveçrədə 55%

Qonşu Türkiyədə vəziyyət necədir?

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, son günlər COVID-19 virusu ilə əlaqədar olaraq reanimasiyadakı uşaqların sayında artım olub: "Bu səbəbdən də əlimizdə əsas silahımız vaksindir. Ailələr övladlarını vaksin etdirməkdən qorxmasınlar. Nəinki Türkiyədə, dünyanın bir çox ölkələrində bu virus əleyhinə uşaqlar vaksin olunurlar. Məsələn, Kubada uşaqlar 2 yaşından vaksin olunurlar. Çin və Birləşmiş Ərəb ölkələrində 3 yaşdan vaksinləşmə başlayır".

Qeyd olunub ki, uşaqlar üçün vaksinin fərqli dozada tətbiqi ilə bağlı hələlik nəsə demək mümkün deyil: "Yaşı 12-dən yuxarı olanlara tam doza vaksin vurulur, yaşı 12-dən aşağı olanlara isə daha az dozada vaksinin vurulması üçün müəyyən işlər getsə də, hələlik bir nəticə, qərar yoxdur".

Eləcə də oxuyun:

2
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, vaksinasiya, dünya, uşaqlar
Mövzu:
Yeni tip koronavirus pandemiyası