İnsanın kölgəsi, arxiv şəkli

Ata 12 yaşlı oğlunu ağaca bağlayaraq döydü

29
(Yenilənib 19:34 27.07.2021)
Hazırda məsələ ilə bağlı araşdırma aparılır və məsələyə aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək.

BAKI, 27 iyul — Sputnik. Ata 12 yaşlı oğlunu ağaca bağlayaraq döyüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda qeyd olunub ki, Tovuzda atanın 12 yaşlı oğlunu zəncirlə ağaca bağlayaraq döyməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Uşağın atası Şahin Mustafayev onu ağac parçası ilə döyüb. Nəticədə o, xəsarət alıb. "Hazırda məsələ ilə bağlı araşdırma aparılır və məsələyə aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, bir neçə gün öncə də bənzər hadisə baş vermişdi. Belə ki, Bakıda valideynlər 5 yaşlı uşağa dəhşətli işgəncə vermişdilər. Azyaşlı oğlan anası və onun sevgilisi tərəfindən işgəncəyə məruz qalmışdı.

Həmçinin oxuyun: 

* Bakıda valideynlər 5 yaşlı uşağa dəhşətli işgəncə verib - İş prokurorluğun nəzarətindədir

Daha bir uşaq zorakılıq qurbanı oldu, prokurorluq işə qoşuldu

 

29
Tütün məmulatlarının istehsalı zavodu, arxiv şəkli

Niyə siqaret çəkənlər koronavirusa daha az yoluxur

2
(Yenilənib 10:25 25.09.2021)
Alimlər ACE-2 reseptorlarının əmələ gəlməsinə mane olan maddəni müəyyənləşdirərək ondan tütün ekstraktı yaradıblar. Onların fikrincə, bu ekstraktdan COVID-19-un müalicəsində istifadə etmək mümkündür.

BAKI, 21 sentyabr — Sputnik. Yaponiyanın Xirosima Universiteti və Kansay Tibb Universitetinin alimləri siqaret çəkən insanların hansı səbəbdən koronavirusa daha az yoluxduğunu araşdırıblar. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, araşdırmanın nəticəsi "Scientific Reports" jurnalında dərc olunub.

Alimlərin müşahidələri göstərir ki, siqaret çəkənlər arasında SARS-CoV-2 virusuna yoluxanların sayı bu zərərli vərdişdən uzaq olanlara nisbətən xeyli aşağıdır. Bununla belə, siqaret çəkməyin sözügedən xəstəliyin gedişatını çətinləşdirdiyi artıq öz təsdiqini tapıb. Yapon alimləri bu fenomeni araşdırmaq qərarına gəliblər.

Nəticədə aydın olub ki, tütünün tərkibindəki bəzi maddələr virusun "fəaliyyətinə" mane olur. Məsələ burasındadır ki, tütünün tərkibində zəhərli və kanserogen xarakter daşıyan politsiklik aromatik karbohidrogenlər (PAH) var və onlar SARS-CoV-2 virusu ilə insan hüceyrələri arasında bir növ "qapı" rolunu oynayır, yəni ACE-2 reseptorlarının əmələ gəlməsinə maneə törədir. Bu reseptorlar olmadan isə virus insan hüceyrələri ilə "birləşə" bilməz. Buna görə də siqaret çəkənlərin koronavirusa yoluxma ehtimalı aşağıdır.

Alimlər ACE-2 reseptorlarının əmələ gəlməsinə mane olan maddəni müəyyənləşdirərək ondan tütün ekstraktı da yaradıblar. Onların fikrincə, bu ekstraktdan COVID-19-un müalicəsində istifadə etmək mümkündür.

Həmçinin oxuyun:

COVID-19-a yoluxub sağalanlarda immunitet vaksin olunanlardan dəfələrlə güclüdür

2
Teqlər:
siqaret, yoluxma, COVID-19, Koronavirus
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Ermənistanın məhkəməyə verilməsi hansı hüquqi nəticələr yarada bilər? Hüquqşünas şərhi

3
(Yenilənib 15:02 24.09.2021)
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib.
Əliməmməd Nuriyev: “Məhkəmədə işə ədalətli baxılacağına əminəm”

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Sputnik Azərbaycan Azərbaycan tərəfinin atdığı bu hüquqi addımın perpektivləri ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, Ermənistan “İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub: “Bundan əlavə bu ölkə beş konvensiyaya qoşulub. Hətta bu konvesiyalar məhkəmənin yurisdiksiyasına daxil olmasalar belə həmin işlərlə bağlı məsələlərə beynəlxalq Ədalət Məhkəməsində baxılmasını zəruri edir. Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib. Məhkəmədə işə ədalətli baxılacağına əminəm. İnanırıq ki, məhkəmənin qərarı Ermənistan üzərinə hüquqi öhdəlikləri qoyacaq”.

Əliməmməd Nuriyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

3