Gənc cütlük, arxiv şəkli

Maskaya görə toya getməkdən imtina edənlər var - Sorğu

730
(Yenilənib 20:18 27.07.2021)
Respondentlərin 42,5%-i toy və şənlik mərasimlərinə dəvət alacağı təqdirdə məmnuniyyətlə iştirak edəcəyini, 20,6%-i artıq iştirak etdiyini, 9,2%-i “COVID-19” pasportu olmadığı üçün iştirak edə bilməyəcəyini qeyd edib.

BAKI, 27 iyul — Sputnik. Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən pandemiya şərtləri nəzərə alınmaqla şənlik mərasimlərinin keçirilməsinə icazə verilib. Mövzunun aktuallığını nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 12-16 iyul tarixlərində sorğu keçirilib. Sorğuda iştirak edən 720 respondentin 53%-ni qadınlar, 47%-ni kişilər təşkil edib.

MTM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, respondentlərin 42,5%-i toy və şənlik mərasimlərinə dəvət alacağı təqdirdə məmnuniyyətlə iştirak edəcəyini, 20,6%-i artıq iştirak etdiyini, 9,2%-i “COVID-19” pasportu olmadığı üçün iştirak edə bilməyəcəyini qeyd edib. Cavab verənlərin 7,6%-i “Maska taxmaq lazım olsa, iştirak etmərəm” deyib. Koronavirusa görə kütləvi mərasimlərə qatılmadığını qeyd edənlər respondentlərin 10,4%-ni, ümumiyyətlə, toy və şənlik mərasimlərinə getmədiyini deyənlər 9,7%-ni təşkil edib.

Respondentlərin 29,6%-i pandemiya tələblərinə uyğun olaraq özünə və ya ailə üzvlərinə toy və ya şənlik təşkil etməyi düşünür. Sorğu iştirakçılarının 8,2%-i “COVID-19” pasportu tələb olunduğu üçün şənlik mərasimi keçirmədiyini vurğulayıb.

Pandemiyanın bitməsini gözləyənlər respondentlərin 24,7%-ni, şənlik keçirtdiyini deyənlər 7,5%-ni, dəqiq qərar vermədiyini bildirənlər 30%-ni əhatə edib.

Qeyd edək ki, MTM tərəfindən mütəmadi olaraq cəmiyyətdə müəyyən məsələlərə münasibət öyrənmək üçün sorğular təşkil olunur.

730
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub

6
(Yenilənib 22:41 23.09.2021)
Avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

BAKI, 23 sentyabr — Sputnik. Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

F.Hacıbəyli artıq ev-muzeyinin direktoru kimi fəaliyyətə başlayıb. O, 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.

Qeyd edək ki, avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Ev muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1982-ci ildə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edilib. Bina 1982-1983-cü illərdə təmir olunub. Ev-muzeyi Şuşanın işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Bu il yanvarın 14-də Şuşaya səfəri zamanı ev-muzeyində olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ev muzeyi Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar Polad Bülbüloğlunun vəsaiti hesabına təmir-bərpa edilib.

Bərpa zamanı evin divarlarında daş üzərində yonulmuş yazılarda evin tikilmə tarixinin qeyd edildiyi aşkarlanıb. Divarın üzərində yeni aşkar olunmuş yazıda binanın 1788-ci ildə inşa olunduğu qeyd edilib. Ev-muzeyinin həyəti əvvəlki görkəmini saxlamaqla bərpa olunub. Muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Eyni zamanda burada vaxtilə olan və erməni vandalizminə məruz qalan büstü də saxlanılır.

Muzeydə Bülbülə aid olan eksponatlar, əşyalar, sənədlər toplanıb. Bundan başqa, ev-muzeyində quraşdırılan böyük monitorda görkəmli musiqiçinin ifa etdiyi əsərlər, onunla bağlı audio və videoyazılar, məlumatlar 7 dildə nümayiş olunur.

Həmçinin oxuyun:

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

6
Teqlər:
Bülbül
Nikol Riçi, arxiv şəkli

Dünya şəhrətli ulduzun saçları ad günündə alışıb

5
(Yenilənib 22:37 23.09.2021)
Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan "Instagram" hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

BAKI, 23 sentyabr — Sputnik. Dünya şöhrətli ulduz Nikol Riçi doğum gününü sevdikləri ilə birlikdə qeyd edərkən uğursuz hadisə ilə üzləşib. Sputnik Azərbaycan verir ki, tortun üzərindəki şamları söndürmək üçün əyilən məşhurun saçları alovlanıb. O, qısa müddətli panikadan sonra saçlarını xilas edib.

2000-ci illərin ilk yarısında çılğın həyatı ilə gündəmdə olan və evlənib uşaq sahibi olduqdan sonra sakit həyatına davam edən Nikol Riçi, 40 yaşını qeyd edərkən yaşadığı bu hadisənin görüntülərini sosial media hesabında yayımlayıb.

Məşhur müğənni həmin anları 5,2 milyon izləyicisi olan "Instagram" hesabında da paylaşıb. İfaçının bu paylaşımına qısa müddətdə 1,5 milyona yaxın baxış gəlib.

Məşhur müğənni sənət fəaliyyətinə 2003-cü ildən başlayıb. Məşhur pop kralı Maykl Cekson onun xaç atasıdır.

5
Teqlər:
məşhur, müğənni, ad günü