Həftəsonu avtobusların fəaliyyətinə qoyulan qadağa aradan qaldırılacaq?

© Sputnik / Murad OrujovВид на центральный парк в Баку. фото из архива
Вид на центральный парк в Баку. фото из архива - Sputnik Azərbaycan, 1920, 26.07.2021
Abunə olmaq
Prezidentin köməkçisi Azərbaycanın quru sərhədlərini açması məsələsinə də toxunub. Deyib ki, şənbə-bazar günlərində ictimai nəqliyyatın işləməməsi aktivliyi aşağı salır.

BAKI, 26 iyul — Sputnik. Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, şənbə-bazar günlərində ictimai nəqliyyatın işləməməsi aktivliyi aşağı salır: "Bu səbəbdən yoluxma sürəti aşağı düşür və biz yoluxma sürətinə nəzarət edə bilirik".

Prezidentin köməkçisi Azərbaycanın quru sərhədlərini açması məsələsinə də toxunub. O bildirib ki, Azərbaycanda yaxın müddət ərzində quru sərhədlərinin açılması müzakirə olunmur.

Ş.Mövsümov həmçinin qeyd edib ki, əgər epidemioloji vəziyyət pisləşəcəksə, qapanmalara getməyə məcbur olacağıq: "Çünki insanlar ölür, xəstəxanalar dolur. Qapanmadan bunun qarşısını almaq mümkün olmayacaq".

Prezidentin köməkçisi bildirib ki, vətəndaşlar qısa müddətdə kütləvi vaksinasiyaya gedəcəksə, qapanmalara da ehtiyac olmayacaq.

Həmçinin oxuyun: 

* Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı növbəti qərarı açıqlandı

* Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!

* Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB

Azərbaycanda koronavirusa yoluxanlar arasında riskli yaş qrupu açıqlanıb

Xəbər lenti
0