Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!

© AFP 2023 / PASCAL POCHARD-CASABIANCAВакцина от коронавируса Pfizer-BioNTech, фото из архива
Вакцина от коронавируса Pfizer-BioNTech, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.07.2021
Abunə olmaq
Azərbaycanın Baş nazir Əli Əsədov bir sentyabr tarixindən tətbiq olunacaq dəyişiklikləri təsdiq etdi.

BAKI, 26 iyul — Sputnik. Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərində dəyişikliklər edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən:

-dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:

-mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

-mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

Bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin işçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının olması tələb olunan iş və xidmət sahələrinin siyahısı əlavə edilmişdir.

Eni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur;

Bununla yanaşı, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

-ictimai iaşə müəssisələrində;

-mehmanxanalarda;

-iri ticarət mərkəzlərində.

Sputnik Azərbaycan "İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin" siyahısını təqdim edir:

1. Kommunal sahə üzrə:

1.1. elektrik enerjisi, qaz, istilik ilə təchizat;

1.2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və

təmizlənməsi;

1.3. tullantıların yığılması, emalı və məhv edilməsi.

2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:

2.1. dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və

sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;

2.2. liman xidmətləri;

2.3. logistika xidmətləri;

2.4. telekommunikasiya və rabitə xidmətləri;

2.5. poçt və kuryer fəaliyyəti.

3. Sosial sahə üzrə:

3.1. sosial xidmətlərin göstərilməsi;

3.2. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün

baxıcılıq xidməti.

4. Ticarət və ictimai iaşə sahəsi üzrə:

4.1. topdan və pərakəndə ticarət;

4.2. ictimai iaşə;

4.3. yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.

5. Turizm sahəsi üzrə:

5.1. mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri

göstərən müəssisələr;

5.2. turagentliklərinin və turoperatorların fəaliyyəti.

5.3.

6. Maliyyə xidmətləri üzrə:

6.1. maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit

təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).

7. Digər sahələr üzrə:

7.1. poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;

7.2. bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;

7.3. kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə

əşyalarının, məişət mallarının təmiri;

7.4. avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi,

onların təmiri və yuyulması;

7.5. kirayə və lizinq fəaliyyəti;

7.6. daşınmaz əmlakın alınması və satılması xidmətləri;

7.7. memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər

verilməsi sahəsində fəaliyyət;

7.8. reklam fəaliyyəti və bazarın öyrənilməsi;

7.9. işə düzəltmə agentliklərinin fəaliyyəti;

7.10. tədris və repetitor xidmətləri;

7.11. tərcümə üzrə xidmətlər;

7.12. dizayn fəaliyyəti;

7.13. fotoqrafiya sahəsində fəaliyyət;

7.14. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı

göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq,

kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət

(konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim

edilən bu kimi digər iş və xidmətlər);

7.15. istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və

yığışdırılması;

7.16. dezinfeksiya xidmətləri;

7.17. toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi

təmizlənməsi;

7.18. dərzi xidmətləri;

7.19. bərbərxana və gözəllik salonları;

7.20. baytarlıq fəaliyyəti;

7.21. heyvan sığınacaqları.

Həmçinin oxuyun: 

* Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı növbəti qərarı açıqlandı

* Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!

* Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB

Azərbaycanda koronavirusa yoluxanlar arasında riskli yaş qrupu açıqlanıb

Xəbər lenti
0