Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, 20 iyul 2021-ci il.

İlham Əliyevlə Vladimir Putinin görüşündə diqqət çəkən məqamlar

2750
(Yenilənib 23:24 20.07.2021)
,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

BAKI, 20 iyul - Sputnik. Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlər koronavirus pandemiyasından sonra bərpa olunur, yaxın gələcəkdə Rusiya nümayəndə heyəti ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Bakıya gələcək. Bu barədə Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə bildirib.

"Gəlməyə razılıq verdiyiniz üçün Sizə minnətdaram, Allaha şükür, münasibətlərimiz, ilk növbədə iqtisadiyyat demək olar ki, koronavirusdan sonra bərpa olunur", - deyə Putin Əliyevlə görüş zamanı bildirib. 

O, Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəal işlədiyini qeyd edib.

"Yaxın gələcəkdə bu məsələlərlə məşğul olacaq nümayəndə heyətimizi artıq Bakıya göndərməyi planlaşdırırıq", - deyə Rusiya dövlətinin başçısı bildirib.

Onun sözlərinə görə, müxtəlif əməkdaşlıq sahələrini - sənaye, nəqliyyat, infrastruktur və digər məsələləri nəzərdən keçirmək planlaşdırılır.

______

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı vəziyyətin həllinə dair kompromis həllər tapdığı üçün Azərbaycan rəhbəri İlham Əliyevə təşəkkür edib.

"Əlbəttə ki, ən vacib məsələlərdən biri bölgədəki vəziyyətin həlli məsələsi olaraq qalır. Bilirəm ki, siz əlbəttə buna böyük diqqət və əhəmiyyət verirsiniz. Və kompromis həllər tapdığınız üçün sizə təşəkkür etmək istəyirəm", - deyə Putin Kremldə keçirilən görüşdə azərbaycanlı həmkarına bildirib. 

"Onlar hər zaman məsələnin ən çətin tərəfidir. Ancaq əgər biz istəyiriksə və hamımız məsələnini həllini istəyiriksə, bu yolla getrməliyik. İndiyə qədər biz bunu etməyə nail olduq", - Putin əlavə edib. 

______

Kremldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Rusiya prezidenti Vladimir Putin onu müsəlmanların Qurban bayramı münasibətilə təbrik edib.

"Qurban bayramınız mübarək", - Putin görüşün əvvəlində deyib.

Onun "İd mübarak" kimi ifadə etdiyi təbrikə İlham Əliyev bir qədər təəccüb və gülüşlə "Təşəkkür edirəm", - deyə cavab verib. 

"Müsəlmanların bayramıdır, sizi təbrik edirəm ...Ən xeyirxah arzularımı diləyirəm", - Rusiya lideri deyib.

19:45

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib.

Sputnik Azərbaycan xəbər verir ki, Moskvanın Vnukova-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

19.07.2021

16:13

Rusiya Prezidenti Vladimir Putin iyunun 20-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Kreml yayıb.

Qeyd olunur ki, əsas diqqət Qarabağ üzrə razılaşmalara veriləcək.

---------

14:38

Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya "saatların dəqiqləşdirilməsi" üçün işçi səfəri hazırlanır. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Bu işçi səfərdir. Saatların dəqiqləşdirilməsi nəzərdə tutulur", - deyə o Azərbaycan liderinin səfərinin nəticələrinə görə sənədlərin qəbul edilib-edilməməsi barədə suala cavab verərkən qeyd edib.

Bəzi media orqanları prezident İlham Əliyevin Rusiyaya gözlənilən səfəri və onun rusiyalı həmkarı Vladimir Putinlə görüşü barədə məlumat yayıblar.

Rəsmi Bakı hələlik səfər barədə məlumatı təsdiq etməyib.

Həmçinin oxuyun:

Rusiya və ABŞ ölkəmizə böyük əhəmiyyət verməyə davam edəcək - İlham Əliyev

İlham Əliyev Rusiya Prezidentini təbrik edib - Monitorinq Mərkəzi ilə bağlı

İlham Əliyev: "Mehri dəmir yolu layihəsini Rusiya ilə müzakirə edirik"

2750
İvan Tixonov

On nəfərə bir qələbə: Azərbaycanlı idmançıların Tokioda ilk günü

12
Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir.

BAKI, 24 iyul - Sputnik. Tokio Yay Olimpiya Oyunlarının ilk yarış günü azərbaycanlı idmançılar üçün uğursuz keçdi. Sputnik Azərbaycan bildirir ki, onlardan yalnız biri uğurlu start götürə bilib.

Cüdo

İlk məyusedici xəbərlər cüdodan gəldi. Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk pillələrdən yarışdan ayrıldılar. Hüseynov öncə britaniyalı Eşli Makkenzini udub, gürcü Luxumi Çxvmianiyə uduzdusa, Qurbanova elə ilk görüşündəcə Katarina Koştaya (Portuqaliya) məğlub oldu.

Veloyürüş

Vaxtından əvvəl yarışı dayandıranlardan biri də velosipedçi Elçin Əsədov oldu. 234 km-lik şosse yürüşünün, demək olar ki, yarısını keçəndən sonra yıxıldı. 

Güllə atıcılığı

Snayperimizi Ruslan Lunyov da uğursuzluğa düçar oldu. 10 metrlik məsafəyə pnevmatik tapançadan atəşdə 20-ci yerə düşərək finala çıxa bilmədi. Ancaq birinci gün çıxış edən idmançılarımızın çoxundan fərqli olaraq, Lunyov hələ Oyunlarda iştirakını yekunlaşdırmayıb - 25 m-lik məsafəyə xırda kaliberli tapançadan atəş yarışında da qüvvısini sınayacaq. 

Üzgüçülük

 

Üzgüçülərimiz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah Tokiodakı Olimpiadada uğursuz çıxış ediblər.

400 m məsafədə kompleks üzgüçülükdə çıxış edən Şemberev 4:19.40 dəqiqə nəticə ilə çıxışını yekunlaşdırıb. O, öz yarımqrupunda sonuncu - səkkizinci yer tutub. Ümumi sıralamada isə 29 iştirakçı arasında 26-cı ola bilib. Yarımfinala çıxa bilməyən Şemberev Olimpiadadakı işini yekunlaşdırıb.

Şemberev üçün bu, ikinci Olimpiadadır. 2012-ci ildə Londonda o, Ukrayna bayrağı altında çıxış edirdi.

100 m məsafədə batterflyay üsulu ilə yarışda Məryəm Şeyxəlizadəxangah finişə 1:01,37 dəqiqə nəticə ilə çataraq, üç nəfərdən ibarət yarımqrupda birinci olub. Yekun hesabda isə 33 yarışçı arasında 30-cu olub və o da Tokiodakı çıxışını bitirib.

 

Məryəmdən kimsə nəticə gözləmirdi, o, Beynəlxalq Federasiyanın kvotası ilə Olimpiadaya gəlib, Şemberev isə lisenziya normativini yerinə yetirmişdi və ən azı, onun yarımfinala çıxacağına ümid edirdik.

Boks

İdman həvəskarlarına ən böyük məyusluğu isə boks yarışları yaşatdı. Titullu idmançı, Riodakı 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayordan (69 kq), heç olmasa, medallar uğrunda mübarizə gözlənilirdi, birinci dövrədən kənarda qalmaq yox. O isə 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzdu. Görüşü üçüncü raundda Sotomayorun zədəsi səbəbindən (qanaxma) saxladılar, ancaq Azərbaycan yığmasının kubalı legioneri üçün qələbə ümidi heç yox idi də: ilk iki raundu o uduzmuşdu.

57 kq çəki dərəcəsində çıxış edən boksçumuz - Tayfur Əliyev növbəti mərhələyə adlamağa layiq idi. Çünki 1/16 mərhələdə Vyetnam təmsilçisi Duaonq Van Nquenə qarşı yaxşı döyüşürdü. Ancaq hakimlər mübahisəli qərar verərək qələbəni vyetnamlının adına yazdılar (2:3).

 

Boksçumuz Məhəmməd Abdullayev (91 kq çəki dərəcəsi) isə Azərbaycan təmsilçiləri arasında Tokiodakı Olimpiadada qələbə qazanan yeganə idmançı oldu. 1/16 finalda o, Bəhreyn təmsilçisi Denis Latipovla görüşündən 3:1 hesabı ilə qalib ayrıldı. Düzdür, püşkatmada onun heç bəxti gətirməyib: növbəti mərhələdə o, dünya çempionu, Özbəkistan təmsilçisi Bahodir Calolovla görüşəcək. Bu görüş iyulun 29-da olacaq.

İdman gimnastikası 

Təmsilçilərimizdən Tokiodakı ilk yarış günündə sonuncu çıxış edən isə idman gimnastı İvan Tixonov oldu. O, təsnifatda 45-ci yer tutaraq, adını finala yazdıran 24 nəfərin arasına düşə bilmədi.

Medal hesabı

Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir. İkinci yerdə Yaponiya ilə İtaliya qərarlaşıblar: hərəyə bir qızıl və bir gümüş medal. İlk onluğa həmçinin 4. Koreya (1, 0, 2), 5. Macarıstan, Kosovo, Tailand, Ekvador, İran (1, 0, 0), 10. Serbiya, Rusiya (0, 1, 1) daxildir.

12
Teqlər:
atıcılıq, gimnastika, cüdo, şosse velosipedi, üzgüçülük, boks, idmançılar, azərbaycanlı, Tokio Yay Olimpiya Oyunları

Təhsil naziri müəllimlərin imtahanı ilə bağlı söz verdi

10
Təhsil naziri əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

BAKI, 24 - iyul - Sputnik. Azərbaycanın Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilmiş imtahanlardan narazılıqlara dair açıqlama verib.

"2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq", - deyə nazir sosial şəbəkə hesabında qeyd edib.

O əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

 

Qeyd edək ki, imtahanda iştirak edən müəllimlər sosial şəbəkələrdə xüsusilə ədəbiyyatdan verilən sualların məzmunundan, ümumilikdə isə suallar üçün az vaxt ayrılmasından şikayət ediblər.

Eləcə də oxuyun:

10
Teqlər:
imtahan, işə qəbul, müəllim, Emin Əmrullayev, təhsil naziri, təhsil