Yanğınsöndürən

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunublar

25
(Yenilənib 18:53 17.07.2021)
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

BAKI, 17 iyul — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 80 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər (onlardan ikisi azyaşlı, biri yataq xəstəsidir) təhlükəsiz əraziyə təxliyə olunub.

Qeyd edək ki, 21 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 41 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdu.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadla xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Belə ki, yanğın barədə qaynar xəttə saat 20:49-da daxil olan ilkin məlumat əsasında cəmi 6 dəqiqə sonra, yəni saat 20:55-də yanğınsöndürmə qüvvələri hadisə yerinə çatıb.

Yaşayış kompleksinin həyətinə girişdə, habelə həyətdə vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınla mübarizə üçün xüsusi təyinatlı nəqliyyat vasitələrinin, o cümlədən avtonərdivanın yanğın yerinə yaxınlaşaraq tətbiq edilməsi mümkün olmayıb. Bu səbəbdən, yanğınsöndürənlər, təqribən 80 metr məsafədən su xətti açaraq yanğınla mübarizəni fərdi qaydada, bilavasitə mənzilin daxilində aparmalı olublar.

Yanğınsöndürənlərin fərdi şücaəti və peşəkar fəaliyyəti sayəsində yanğın saat 21:30-da məhdudlaşdırılaraq saat 21:36-da tam söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 60 m² olan mənzilin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

25

Bir il gecikən açılış, prezidentin qətli, milyarderin göyə uçusu

4
(Yenilənib 15:24 25.07.2021)
Ötən həftənin ən əhəmiyyətli hadisələri dünya agentliklərinin fotomüxbirləri tərəfindən kentə köçürülüb. Ən parlaq kadrlara Sputnik Azərbaycan-ın fotolentində baxın.

Təbii fəlakətlər, pandemiya əleyhinə tədirlərə qarşı etirazlar, Kann kinofestivalı, Qurban bayramı, MAKS-2021 beynəlxalq aviasalonu, dünyada ilk pilotsuz suborbital uçuş zamanı New Shepard Blue Origin raketinin buraxılışı və əlbəttə ki, Tokio Olimpiadasının açılışı - son günlər hadisə və olaylarla zəngindir.

Tokio Olimpiadasının açılışını düz bir il gözləmək laızm gəldi.

Həftənin ən şokedici hadaislərindən isə Haiti prezidentinin qətlə yetirilməsini göstərmək olar.

Ötən həftə dünyada nə baş verdiyini görmək üçün sizə dünyanın müxtəlif yerlərindən toplanmış şəkillərə baxmağı sizə təklif edirik.

4
  • © AFP 2021 / Gent Shkullaku

    Albaniya müsəlmanları Tiranadakı İskəndər bəy meydanında Qurban bayramı namazı zamanı.

  • © AP Photo / Bryan Daniels / Bootleg Fire Incident Command

    Ayı balası ABŞ-ın Oreqon ştatında Butleq yanğınında təhlükəsizlik zabiti onu gördükdən sonea ağacdan tutur.

  • © AFP 2021 / Armend Nimani

    Kosovonun Priştina şəhərinin su basmış meydanında qarmaq atan kişi.

  • © REUTERS / Blue Origin

    Biznesmen Ceff Bezos və pilot Uolli Fank New Shepard Blue Origin raketində uçuşdan sonra kapsuldan çıxırlar.

  • © AP Photo / Michael Probst

    Solda Almaniyanın Erfştadt-Blessem ərazisində zərər dəymiş qəsr.

  • © AFP 2021 / Valerie Baeriswyl

    Haitili rəqqaslar ölkənin keçmiş prezidenti Jovanel Moizin dəfn mərasimində çıxış edirlər.

  • © AFP 2021 / Joaquin Sarmiento

    Kolumbiyanın Medelyin əyalətində nümayişçilərin polislə toqquşması.

  • © AFP 2021 / Arif Ali

    Pakistanın Lahor şəhərində Badşahi məscidində Qurban bayramı namazından sonra selfi çəkdirənlər.

  • © AFP 2021 / Str / JIJI Press

    Yaponiyanın "mé" art-qrupu tərəfindən yaradılmış hava şarı Tokionun Yoyogi parkı üzərində.

  • © AP Photo / Matias Delacroix

    Haitinin Port-o-Prens şəhərində xoruz döyüşləri.

  • © REUTERS / Ricardo Arduengo

    Haitinin Kap-Aityen şəhərində ərzaq satıcıları.

  • © AP Photo / Damian Dovarganes

    Los-Ancelesin Echo-Park rayonunda Sanset bulvarında lourayder üçtəkərli avtomobil sürür.

  • © REUTERS / Antara Foto / Raisan Al Farisi

    İndoneziyanın Qərbi Yava əyalətindəki Bandunq şəhərində Qurban bayramı namazı.

  • © REUTERS / Pascal Rossignol

    Azadlıq heykəli kostyumunda olan nümayişçi Parisdə prezident Emmanuel Makron tərəfindən elan olunmuş koronavirusla yeni mübarizə metodlarına qarşı aksiyada.

  • © AP Photo / Yorgos Karahalis

    Yunan polisi Afinanın mərkəzində vaksinasiya əleyhinə etiraz edənləri qözyaşardıcı qazla qovur.

  • © REUTERS / Johanna Geron

    Amanda Ford və Barbara Vittorelli 74-cü Kann kinofestivalında.

  • © Sputnik / Alexey Maishev

    MAKS-2021 aviasalonunda pilotaj qrupu MiQ-29 təyyarələrində yay proqramını yerinə yetirirlər.

  • © Sputnik / Evgeny Biyatov

    Rusiyada Dövlət Kreml sarayında peşəkarlar arasında Latın Amerikası rəqsləri üzrə Dünya kubokunun iştirakçıları.

  • © Sputnik / Alexey Maishev

    MAKS-2021 avisalonunda Checkmate yeni hərbi təyyarəsinin təqdimatı.

  • © AP Photo / Oded Balilty

    İsrailli ərəblər Qurban bayramı zamanı Qan-Ha-Şloşa milli parkında.

  • © REUTERS / Amir Cohen

    Qüdsdə milli matəm günündə yəhudilər Ağlama Divarı önündə.

  • © AP Photo / Michael Probst

    İki qız Almaniyanın Travemyund şəhərində Baltik dənizin çimərliyində xüsusi hazırlanmış şezlonqda.

  • © AFP 2021 / Prakash Singh

    Hindistan Konqres partiyasının üzvləri Dehlidə təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıblar.

  • © Sputnik / Alexey Filippov

    Tokioda XXXII Yay Olimpiya oyunlarının açılışı zamanı atletlərin paradı.

  • © Sputnik / Grigory Sysoev

    Yapon Mahina Mazda Tokio Yay Olimpiya oyunları ərəfəsində məşq edir.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid

Rəşad Məcid: “İndi çox xaotik bir vəziyyət yaranıb”