"Azərpoçt" bayram günlərində iş qrafikini açıqladı

© AR Ministry of Transport, Communications and High Technologies"Azərpoçt"un binası, arxiv şəkli
Azərpoçtun binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Abunə olmaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC Qurban bayramı günlərində növbəli iş rejimində fəaliyyət göstərəcəyini açıqlayıb.

BAKI, 17 iyul — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC Qurban bayramı günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Sputnik Azərbaycan-a qurumdan məlumat verilib.

Belə ki, 18 iyul tarixində Bakı şəhəri üzrə Mərkəzi Poçt Şöbəsi, 2 saylı poçt filialının 138, 144 , 3 saylı poçt filialının 2 (MXŞ), 40, 4 saylı poçt filialının 44, 5 saylı poçt filialının 63 (MXŞ), 6 saylı poçt filialının 124 sayli poçt şöbələri saat 10:00-dan 17:00-dək xidmət göstərəcək.

19, 20 və 21 iyul tarixləridnə Bakı şəhəri üzrə yuxarıda qeyd olunan poçt şöbələrindən əlavə 1 saylı poçt filialının 1, 66, 2 saylı poçt filialının 17,117, 122, 3 saylı poçt filialının 104, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 77, 89, 90, 5 saylı poçt filialının 3, 83 6 saylı poçt filialının 52, 53, 54,72 saylı poçt şöbələri saat 10:00-dan 17:00-a qədər işləyəcək.

18-21 iyul tarixlərində regionlardakı mərkəzi xidmət şöbələri saat 10.00-dan 17.00-a qədər, digər poçt şöbələri isə istehsalat zərurətilə əlaqədar növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt-maliyyə xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pul köçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

Qeyd edək ki, baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 20 və 21-i ölkədə Qurban bayramı qeyd olunacaq. Həmin günlər də Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab edilir.

Xəbər lenti
0