Pandemiyada imtahan

I IV ixtisas qrupu üzrə imtahan tarixi açıqlandı

8
(Yenilənib 16:04 16.07.2021)
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları ilə bağlı abituriyentlərə xəbərdarlıq edib.

BAKI, 16 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 27-28 iyulda I ixtisas qrupu, həmçinin iyulun 28-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, iştirakçılar Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, artıq II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının keçirilməsi baş tutub. Artıq həmin qruplar üzrə keçirilən imtahanların qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqlarının düzgün cavabları açıqlanıb. İmtahan nəticələri isə yaxın iki həftə ərzində elan olunacaq.

8
Qazaxda mətkəbin həyəti

Qəbul imtahanlarında maksimum nəticə göstərmiş paytaxt məktəbliləri

3
(Yenilənib 18:14 29.07.2021)
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında Mirsaleh Məmmədov 671, Aygün Mahmudlu 657 bal toplayıb

BAKI, 29 iyul — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər. İdarədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, 14-15 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 192 nömrəli tam orta məktəbin şagirdi Mirsaleh Məmmədov II mərhələdə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. İmtahanın I mərhələsində 271 bal yığan istedadlı məzun hər iki mərhələnin cəminə görə 671 bal toplayıb.

Qeyd edək ki, M.Məmmədov 2019-cu ildə keçirilən Respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə III yeri tutub. 2021-ci ildə isə II yerə layiq görülərək Avropa Coğrafiya Olimpiadasına vəsiqə qazanıb. III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə Bakı şəhəri 323 nömrəli tam orta məktəbin şagirdi Aygün Mahmudlu göstərib. Belə ki, II mərhələdə 396,2 bal toplayan məktəbli hər iki mərhələnin cəminə görə 657 bal toplayıb. Uğur qazanmış bütün abituriyentləri, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, müvəffəqiyyətlər arzulayırıq!

Həmçinin oxuyun:

Magistraturaya kimlərin qəbul olunduğu bilindi

İlahiyyat İnstitutuna qəbul olunmuş abituriyentlərin nəzərinə

3
CoronaVac

TƏBİB-dən vaksinlə bağlı daha bir məlumat

5
(Yenilənib 17:50 29.07.2021)
TƏBİB bildirir ki, bu tibb müəssisəsində peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

BAKI, 29 iyul — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 əleyhinə canlı növbə əsasında vaksinasiyanın davam etdiyini bildirib. TƏBİB-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, COVID-19 əleyhinə vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə "Yeni Klinika" Tibb müəssisəsində peyvəndləmə prosesi davam edir.  Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçirilir. Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Həmçinin oxuyun:

Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB

Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!

QMİ dindarları vaksin olunmağa çağırıb

5