Флора Керимова

Flora Kərimovaya ağır itki üz verib

41
(Yenilənib 11:11 16.07.2021)
Xalq artistinin qardaşı Akif Kərimov uzun sürən xəstəlikdən sonra vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

BAKI, 16 iyul — Sputnik. Xalq artisti Flora Kərimovaya ağır itki üz verib. Müğənninin köməkçisi Yaqut İmanovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, müğənninin qardaşı Akif Kərimov uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib: "Akif Kərimov xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bilirsiz ki, Flora xanım bu günlərdə nəvəsini də itirib. Ona görə də bu aralar verilişlərə qatılmamağı seçir".

Qeyd edək ki, Xalq artisti bir müddət öncə müğənninin qızı Zümrüdün övladı doğulmamış dünyasını dəyişib.

Məluma üçün bildirək ki, əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi bütövlüklə 4 oktavanı əhatə edir — yəni bütün notları əhatə edir (istər aşağı, istərsə zil və eləcə də orta yüksəklikdə olan).

Flora Kərimova Milli Azadlıq Hərəkatı fəalı olub. BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh səfiri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMMİB) vitse prezidenti, DAMMİB Qadınlar Şurasının sədri, İctimai Nəzarət Koalisiyasının fəxri üzvu, Şəhid Anaları Komitəsinin vitse-prezidenti, Xocalı şəhərinin Fəxri Vətəndaşı, Türk Dünyası Yazarlar və Sənətçiləri cəmiyyətinin üzvüdür.

Yaradıcılığında klassik opera (nümunə üçün "Qaynana" filmində Sevil (opera)-sindan Dilbərin Ariyası), milli opera (1965-ci ildə Leyli və Məcnun" (opera) operasında Leyli), xalq mahnıları, romanslar, bəstəkar mahnıları və estrada janrlarına yüzlərlə nümunələrin yer aldığı sənətkardır.

"Qanun naminə" filmində rol alan müğənni "Böyük dayaq", "Alma almaya bənzər", "Qaynana", "Tıq-tıq xanım", "Şir evdən getdi", "Manı dağlarda qaldı", "Abşeron ritmləri" və s. kimi filmlərdə mahnı ifa edib.

Həmçinin oxuyun: 

* Xalq artisti Flora Kərimova nəvəsini itirib

41
Qazaxda mətkəbin həyəti

Qəbul imtahanlarında maksimum nəticə göstərmiş paytaxt məktəbliləri

3
(Yenilənib 18:14 29.07.2021)
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında Mirsaleh Məmmədov 671, Aygün Mahmudlu 657 bal toplayıb

BAKI, 29 iyul — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər. İdarədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, 14-15 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 192 nömrəli tam orta məktəbin şagirdi Mirsaleh Məmmədov II mərhələdə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. İmtahanın I mərhələsində 271 bal yığan istedadlı məzun hər iki mərhələnin cəminə görə 671 bal toplayıb.

Qeyd edək ki, M.Məmmədov 2019-cu ildə keçirilən Respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə III yeri tutub. 2021-ci ildə isə II yerə layiq görülərək Avropa Coğrafiya Olimpiadasına vəsiqə qazanıb. III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə Bakı şəhəri 323 nömrəli tam orta məktəbin şagirdi Aygün Mahmudlu göstərib. Belə ki, II mərhələdə 396,2 bal toplayan məktəbli hər iki mərhələnin cəminə görə 657 bal toplayıb. Uğur qazanmış bütün abituriyentləri, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, müvəffəqiyyətlər arzulayırıq!

Həmçinin oxuyun:

Magistraturaya kimlərin qəbul olunduğu bilindi

İlahiyyat İnstitutuna qəbul olunmuş abituriyentlərin nəzərinə

3
CoronaVac

TƏBİB-dən vaksinlə bağlı daha bir məlumat

4
(Yenilənib 17:50 29.07.2021)
TƏBİB bildirir ki, bu tibb müəssisəsində peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

BAKI, 29 iyul — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 əleyhinə canlı növbə əsasında vaksinasiyanın davam etdiyini bildirib. TƏBİB-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, COVID-19 əleyhinə vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə "Yeni Klinika" Tibb müəssisəsində peyvəndləmə prosesi davam edir.  Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçirilir. Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Həmçinin oxuyun:

Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB

Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!

QMİ dindarları vaksin olunmağa çağırıb

4