TikTok

"TikTok"da narkotiki təbliğ edən musiqi videoları yayanlar saxlanıldı

260
(Yenilənib 14:47 16.07.2021)
Baş İdarənin əməkdaşları tərəfindən “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqilər yayan 11 nəfər saxlanılıb və müvafiq videolar silinib.

BAKI, 16 iyul — Sputnik. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında "TikTok" platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı tədbirlər həyata keçirilib.

DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nəticədə Baş İdarə və ərazi polis orqanları tərəfindən həmin videoları yayan şəxslərin anket məlumatları qısa zamanda müəyyən olunub.

Baş İdarənin əməkdaşları tərəfindən “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqilər yayan 11 nəfər – Fərid Bağırov, Orxan Hüseynov, Kərim Zeynalov, Tərlan Dəmirov, Riad Misirli, Əli Əliyev, İlkin Cəfərov, Elçin Rüstəmov, Kamil Əliyev, Qurbanəli Əlizadə və Yusif Zairov qısa zamanda saxlanılıblar. Bu şəxslərlə profilaktik söhbətlər aparılıb, paylaşdıqları videoların zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə onlara məlumatlar verilib. Adları çəkilən şəxslərin “TikTok” sosial şəbəkəsində paylaşdıqları bu tipli videoların silinməsi təmin edilib.

Qeyd edək ki, bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar məhkəmələrə göndərilib.

14.07.2021

Bakıda narkotiklərin tüğyanı: Polis silsilə əməliyyatlar keçirdi

 Bakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin onlayn satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, əməliyyatlar paytaxtın Xətai, Nizami, Suraxanı və Xəzər rayonunda baş tutub.

Belə ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də, paytaxtın digər rayonlarında, o cümlədən, sosial şəbəkələrdə külli miqdarda psixotrop maddə olan "patı", "şüşə" adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Əvvəlcə, sosial şəbəkələrdə yayılan görüntülər əsasında binaların bloklarında "şüşə", yəni metamfetamin satan paytaxt sakini Qədim Manafov və Sahib Mustafayev saxlanılıb. Onların üzərinə baxış zamanı külli miqdarda metamfetamin, elektron tərəzi və onlayn narkotik satışında istifadə olunan bank kartları aşkar edilib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseyn Orucov saxlanılıb. Onun üzərindən və Suraxanı rayonundakı evindən 50 büküm satış üçün qablaşdırılan metamfetamin , 2 ədəd elektron tərəzi , 1 kiloqramm 430 qram heroin və xeyli sayda bank kartları aşkar edilib.

Davam etdirilən əməliyyat zamanı müəyyən edilib ki, Hüseyn Orucov narkotik vasitələri Rəfail adlı şəxsdən alıb. Həmin şəxs - Abşeron rayon sakini Rəfail Zeynalov da Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Xırdalan şəhərindəki mənzilinə baxış zamanı 2 kiloqram 430 qram heroin, 350 qram tiryək, 100 büküm satış üçün qablaşdırılan metamfetamin, 2 ədəd elektron tərəzi, 1 ədəd "COLD" markalı tapança, iki ədəd həmin silaha aid sandıqça, 16 ədəd patron, 1 ədəd uzaqgörmə cihazı və onlayn narkotik satışı zamanı istifadə olunan bank kartları aşkar edilib.

Rəfail Zeynalov ifadəsində sosial şəbəkələr vasitəsi ilə tanış olduğu və xarici ölkələrdən birində yaşayan şəxsin vasitəçiliyi ilə narkotik vasitələrin satışını həyata keçirdiyini etiraf edib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı paytaxt sakinləri - əvvəllər məhkum olunmuş Ceyhun Cəfərzadə və Rəşid Əliyev saxlanılıblar. Bu şəxslər, əsasən, Sabunçu və Lökbatan qəsəbələrində psixotrop maddə olan metamfetamin, eləcə də, digər narkotik tərkibli maddələrin satışını həyata keçiriblər.

Ceyhun Cəfərzadənin ətrafında keçirilən əməliyyat tədbiri zamanı müəyyən edilib ki, o, taksi şirkətlərindən birində qeydiyyatdan keçərək, taksi fəaliyyəti görüntüsü yaratmaqla elə idarə etdiyi avtomobildə "patı" və "şüşə"nin satışını həyata keçirib.

Onun nəqliyyat vasitəsinə baxış keçirilən zaman külli miqdarda heroin və metamfetamin, 1 ədəd elektron tərəzi aşkar olunub. Rəşid Əliyevdən isə ümumilikdə 1 kiloqram 335 qram metamfetamin, heroin, eləcə də satışı qadağan olunan "Metadon" və "Tramadol" həbləri aşkar olunub. Rəşid Əliyev də ifadəsində Ceyhun Cəfərzadə ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Bu əməliyyatlar zamanı Xatai Rayon Polis İdarəsi tərəfindən ümumilikdə 6 kiloqramdan artıq heroin və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə birbaşa olaraq xarici ölkələrdən birində yaşayan narkotacirlə sosial şəbəkələr vasitəsi ilə cinayət əlaqəsinə girərək narkotik vasitə və metamfetaminin ölkəmizdə onlayn satışını həyata keçirən şəxs saxlanılıb.

Bölmə ənməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı vətəndaş Dilsuz İsmayılov Nizami rayonu ərazisində tutulub. Onun üzərinə baxış zamanı 610 qram "patı", "şüşə" adlanan metamfetamin, 90 qram heroin və 1 kiloqram 150 qram marixuana aşkar olunub. Dilsuz İsmayılov ifadəsində sosial şəbəkələrdə səhifələr yaradaraq narkotiklərin satışını təşkil etdiyini bildirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində toplanan materiallar İstintaq Şöbəsinə göndərilib.

Analoji tədbirlər Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də rayonun Əmircan qəsəbəsində həyata keçirilib. Əməliyyat zamanı qeyd edilən qəsəbədə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan 7 nəfər - Emil Qaraxanov, Mətləb Qəhrəmanov, Vaqif Hüseynov, Rəhman Qurbanov, Anar Əliyev, Səttar Fərəcov və Böyükağa Nəhmətov saxlanılıb. Onların üzərlərindən və yaşadıqları evlərdən ümumilikdə 700 qramdan artıq "patı" adlanan metamfetamin aşkar edilib.

Xəzər Rayon Polis İdarəsinin və 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə Binə qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyat zamanı Binə və ətraf ərazilərdə narkotiklərin satışını həyata keçirən İmran Əliyev, Həsən Əsədullayev, Ruslan Dəmirov, Rahib Quliyev və qardaşı Sərraf tutulublar.

Bu şəxslərdən satmaq üçün əldə etdikləri külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunub. Qeyd edilən əməliyyatlar nəticəsində ümumilikdə 9 kiloqramdan artıq narkotik vasitə və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Xətai, Nizami, Suraxanı və Xəzər Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin oxuyun: 

* DİN-dən "patı" açıqlaması

* Baş Narkotiklərlə Mübarizə İdarəsi sosial şəbəkələrdə hesab yaradıb

* Azərbaycan - İran sərhədində atışma, ölən var

* Tərəvəzdən pul çıxara bilməyən maştağalı fermerlər istixanada narkotik becəriblər

* "Patı" dəhşəti: Azərbaycanda qadınlar arıqlamaq üçün "ağ ölüm"ün girbadına düşür

260

Londonun su batmış küçələri

5
(Yenilənib 22:21 26.07.2021)
Böyük Britaniyanın paytaxtı son onillikdə ən güclü daşqınlardan biri ilə qarşılaşıb. Sputnik Azərbaycan-ın fotolentində Londonun təbii fəlakətlə necə mübarizə apardığını görə bilərsiniz.

Londonda bazar günü günortadan sonra güclü yağış yağıb.

Su basması ilə əlaqədar yol-nəqliyyat polisi tunellərin və yol qovşaqlarının bağlanması barədə məlumat yayıb.

Şəhər yanğın xidməti bazar günü daşqınla əlaqədar insidentlərlə bağlı 600-dən artıq zəng qəbul edib.

Londonda bir neçə saat ərzində aylıq yağıntı miqdarı düşüb, sel metro stansiyalarına doğru axaraq turniketlərin yanında burulğanlar yaradıb. Daşqın nəticəsində bazar ertəsi nəqliyyatın hərəkətində ciddi ləngimələr olub. 

Britaniyalılara uzunboğaz çəkmələrini şkaflardan çıxarmağı məsləhət görüblər. Sinoptiklərin proqnozlrına görə, yay ən azı üç həftəlik olmayacaq.

 

5
  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

İl-76 təyyarəsi, arxiv şəkli

Rusiyada nüvə müharibəsi ehtimalı üçün "Məhşər günü təyyarəsi" yaradılacaq

14
Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır

 

BAKI, 26 iyul — Sputnik. Voronejdə geniş gövdəli İl-96-400M təyyarəsi əsasında nüvə müharibəsi olduğu təqdirdə qoşunların idarə olunması üçün yeni uçuş aparatının yaradılmasına başlanıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu cür "Məhşər günü təyyarələri" vaxtilə İl-86 sərnişin təyyarələrinin əsasında hazırlanmış və hazırda istifadədə olan İl-80 təyyarələrini əvəz edəcək.

İl-96-400M laynerlərinin uçuş məsafəsi əvvəlki versiya ilə müqayisədə iki dəfə artırılacaq. Ümumilikdə Rusiya ordusunun sərəncamına "Zveno-3S" layihəsi çərçivəsində iki ədəd bu cür hava komanda məntəqəsi təhvil veriləcək.

Təyyarədə istifadə olunacaq radiorabitə kompleksi altı min kilometr radiusda əmrləri yerüstü və sualtı raket atəşi qurğularına ötürməyə imkan verəcək.

Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır.

14